Рейтинг
+6.23

İntellekt və təhsil

30 üzv, 55 topik

Onlayn təhsilə elmi yanaşma: müasir dünyada repetitorların nümunəvi təcrübələri

Onlayn repetitorluq: Buki dəstəyi ilə yeni bilik üfüqlərini açın

Uğurlu təhsilin ən vacib komponentlərindən biri əla repetitor dur. Tələbələrə və bütün insanlara rahat onlayn repetitorluqla təhsillərində ən yaxşı nəticələr əldə etməyə kömək edən innovativ Buki platformamız sayəsində indi hər şey daha əlçatandır.


Davamı →

İşıq sürəti nədir?

İşıq sürətinin təbiətində bir sürətin olduğunu bilirik. Kosmosda işığın sürəti ümumiyyətlə c ilə göstərilir. Fizikanın bir çox hissəsində istifadə olunur. Vacib bir fiziki sabit kimi diqqəti cəlb edir. Təxmini 299.792.458 m / s. İşıq sürəti bir çox zarafatda da istifadə olunur. Əlbəttə ki, hər kəsin məqsədi işıq sürətini aşmaqdır. Ancaq bu mövzuda təsadüfi olan elm adamlarının işığın sürətini aşması, işığın sürətini aşması və ya işığdan daha sürətli bir hissəcik tapması kimi sehrli xəbərlərdə həqiqət yoxdur. İşıq sürəti saniyədə 300.000 kilometr sürətdir və bu zaman kainatdan keçə biləcək heç bir mexaniki və ya başqa bir fenomen yoxdur.


Davamı →

Dünyagörüşü üçün intellektual Xəmsə sualları və cavabları

Qaraca qız
1. Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi məhz bu silsiləyə daxildir. “Qorxulu nağıllar”
2. O, “Forbs” jurnalına görə 2004 və 2005-ci illərdə dünyada ən nüfuzlu qadın seçilmiş, həmçinin “Time” jurnalının müəyyənləşdirdiyi 100 nüfuzlu şəxs siyahısına daxil olan 2 afroamerikalıdan biri olmuşdur. Kondoliza Rays
3. Onun “Cangüdən” albomu ən çox satılan 2-ci albomdur. “Keşişin arvadı” filmindəki rola görə 10 mln ABŞ dolları almaqla o həm də ən böyük qanarar alan aktrisalardan biri oldu. Uitni Hyuston
4. Nyu-York ştatının “Fırlanan daş” kazinosunda debüt edən bu idmançının ləqəbi “Sancan arı”dır. Leyla Əli
5. Hər il Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının təqdim edilmə mərasiminin keçirildiyi “Kodak” kinoteatrında 2333-cü ulduz məhz bu aktrisanın adını daşıyır. Holli Berri

Davamı →

İntellektual sual və cavablar

Fiziklər
1. 1922-ci ildə 14 yaşında Bakı Dövlət Universitetinə daxil olan bu şəxs eyni vaxtda iki fakültədə: fizika-riyaziyyat və kimya fakültələrində təhsil alırdı.Lev Landau
2. Ömrünün sonunda bu dahi ingilis fizik və riyaziyyatçısı peyğəmbər Daniil haqqında, Apokalipsisin şərhinə dair kitab yazmışdır. İsaak Nyuton
3. Onun ölçülməsi ilə müxtəlif vaxtlarda Qalileo Qaliley, Olaf Remer, Nikola Fuko, Ceyms Bradley, Albert Maykelson və başqaları məşğul olmuşlar. işıq sürəti
4. 1938-ci il Nobel mükafatı laureatı olan bu italyan və amerikan aliminin neytronlar fizikası sahəsində gördüyü işlər atom bombasının yaradılmasına gətirib çıxarmışdı. Enriko Fermi
5. Məşhur isveçrəli dramaturq Fridrix Dyurrenmattın bu pyesinin qəhrəmanları Albert Eynşteyn, İsaak Nyuton və Myobiusdur. “Fiziklər”

Davamı →

Distant təhsil nədir və xüsusiyyətləri

Müasir  dövrdə texnologiyanın inkişafı təhsil  sisteminə  də öz təsirini göstərir. Bunun nəticəsidir ki,  distant,  yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.
Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir.

Davamı →

Hostinq

Saytların bir serverdə işləməsi üçün lazım olan xidmətə qısaca olaraq Hostinq deyilir. Hostinq internet şəbəkəsində olan bir server haqqında məlumat yerləşdirmək üçün resursları təmin edən bir xidmətdir. Veb saytınız üçün bu xidmət server tərəfindən təşkil olunur.
Özünüzə aid bir veb sayt yaratmaq istəyirsinizsə, əvvəlcə bir domen almalısınız. Daha sonra hazırlanmış olan ya da hazırlanacaq olan veb saytınızın fayllarının (html, php, asp, fotoşəkil faylları və.s) işləyəcəyi bir sahənin olması lazımdır. Hazırlanan veb saytı hostinq sahəsinə yükləyə bilərsiniz.

Davamı →

Digər ölkələr Sinqapur məktəblərindən nələr öyrənə bilər?

Sərt tədris metodları və möhtəşəm müəllimlər ada-dövlətini sinfin əlaçısı edir. Sinqapur 1965-ci ildə müstəqil ölkə olanda, çox az dostu və çox az təbii resursları vardı. Bəs necə oldu ki, o, dünyanın ən böyük və maliyyə mərkəzlərindən birinə çevrildi? İlk Baş nazir Li Kuan Yu ölkənin strategiyasını belə izah edib: “Sinqapurun inkişafının təməlində dayanan bircə təbii resurs var: xalq”

Bugün Sinqapurun təhsil sistemi dünyanın ən yaxşılarından biri hesab olunur. Ölkə mütəmadi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nəzdindəki Beynəlxalq Tələbə Qiymətləndirməsi Proqramının (PISA) (çoxsaylı ölkələrdən olan 15 yaşlı şagirdlərin əsasən riyaziyyat, oxu və elmi bacarıqlarının qiymətləndirildiyi imtahan) zirvəsində yer alır. Sinqapurlu şagirdlər riyaziyyatda amerikalı həmyaşıdlarından təqribən 3 il qabaqdadırlar. Sinqapur eyni dərəcədə daha azyaşlı uşaqların imtahan nəticələrində də irəlidədir və onun orta məktəblərini bitirən şagirdləri dünyanın ən yaxşı universitetlərində görmək olar.
Davamı →

Tələbələr üçün dünyanın 10 ən yaxşı şəhəri

1. London, İngiltərə
İngiltərənin və Avropanın vazkeçilməz təhsil mərkəzi olan London, tələbələrin ən çox seçdiyi şəhərdir. Həm əylənib, həm də keyfiyyətli təhsillə təmin olunan tələbələr üçün xüsusi qalmaq yerləri, dostluqlar və fəaliyyətlərlə dolu bir şəhərdir. Eyni zamanda Londonda təhsil alan tələbələr qısa müddət ərzində iş tapa bilirlər.

Davamı →

Miçio Kaku ilə müsahibə

2013-cü ildə Nyu York Times qəzeti Miçio Kakunu Nyu Yorkun ən ağıllı adamlarından biri kimi qeyd etmişdi. Yapon əsilli bu amerikalı fizik fizikanın qara dəliklər və kainat genişləməsini öyrənən sahələrində araşdırmalar aparır. Həm də məşhur elm populyarizatorudur. Alim “Gələcəyin fizikası”, “Mümkünsüzlüyün fizikası”, “Supersicim nəzəriyyəsinə giriş”, “Gələcəyin fizikası” kimi elmi-kütləvi mövzuda yazılmış bestseller kitabların və Discovery, BBC kimi radioteleviziya qurumlarında hazırlanan proqramların müəllifidir. Kaku həm də dünyaca məşhur müəllimdir, Nyu York Siti kollecində nəzəri fizika professorudur və dünyanın müxtəlif intellektual mərkəzlərində mühazirələr oxuyur.

– Siz “Gələcəyin fizikası” adlı kitabınızda gələcək təhsilin internet texnologiyaları və Google Glass tipli qadjetlər (kiçik ölçülü köməkçi cihaz-tərc.) üzərində təməllənəcəyini yazırsız. Bu sferada gələcəkdə daha hansı qlobal dəyişikliklərin baş verəcəyi gözlənilir?
Davamı →

İnsan yaddaşının həcmi

Yaddaşımızın həcmi müasir kompüterlərin yaddaş həcmindən daha böyükdür. Təəccüblüdür, amma doğrudur.

Abraham Maslou demişdir ki, – “İnsan irqinin tarixi özlərini düzgün qiymətləndirə bilməyən kişi və qadınların tarixidir”. Maraqlıdır ki, insanlar reallıqda daha böyük nailiyyətlər əldə edə bilərkən, daha kiçik nailiyyətlərdə dayanırlar.

Əsas problem odur ki, insan müvəffəqiyyət əldə etmək və xoşbəxtlik üçün demək olar ki, qeyri-məhdud imkanlara malikdir, lakin bu bacarıqlardan istifadə üzrə təlimatı yoxdur. Nəticədə insan özü-özünə təlimat fikirləşir. Çoxu isə bunu fikirləşmək gücünə malik deyil. Onlar bütün həyatları boyu çalışır, nə isə əldə etmək istəyir, lakin bacarmırlar.

Davamı →