Рейтинг
+6.23

İntellekt və təhsil

30 üzv, 55 topik

Siseron metodu

Siseronun yadda saxlama metodu qədim və məşhur Roma siyasətçilərindən birinin adını daşıyır. Bu siyasətçi öz çıxışları zamanı heç bir qeydlərdən istifadə etməməsi ilə məşhurdur. Bununla yanaşı, natiq öz danışığında çoxlu sayda rəqəm, ad, faktlardan istifadə edir və kifayət qədər tez-tez sitatlar səsləndirirdi.

Bəzi mənbələrə görə, Siseron metodu hələ hazırda adını daşıdığı müəllifdən əvvəl də istifadə olunurmuş. Belə ki, qədim yunan şairi Simonid fəal və uğurlu şəkildə bu metodu təcrübədən keçirmişdi. 

Bu metod çox sadə və effektivdir. Onun digər adı “Roma otağı sistemi”dir. Metodun mahiyyəti ondan ibarətdir ki, yadda saxlamalı olduğumuz cəhətləri beynimizdə müəyyən səliqə ilə yerləşdirməliyik. Belə ki, beyninizdə boş otaq təsəvvür edirsiniz və yadda saxlamalı olduğunuz cəhətləri bu otaqda müəyyən yerlərdə yerləşdirirsiniz.
Davamı →

Feynman metodu

Fizika üzrə Nobel mükafatı laureatı Richard Feynman istənilən mövzunu tez bir zamanda və daha dərindən mənimsəməyə imkan verən öyrənmə alqoritmini tərtib edib. 

Məşhur fizik “nəyisə bilmək” və “nəyinsə adını bilmək” arasındakı fərqi dərk edib və onun uğurunun əsas səbəblərindən biri məhz budur.

Feynman öyrənmək istədiklərini digərlərindən daha yaxşı anlamağa imkan verən öyrənmə düsturunu aşkar edib. Bu düstur “Feynman metodu” adını alıb və istənilən fənni daha sürətlə və yaxşı öyrənməyə kömək edir. Öyrənmək istədiyinizin mövzu, fənn və yaxud hər hansı bir anlayış olmasının heç bir əhəmiyyəti yoxdur. Bu düstur hər biri üçün keçərlidir. Və ən əsası odur ki, bu düsturu həyata keçirmək çox asandır. Həddindən artıq asan. Bu əla öyrənmə metodu olmaqla yanaşı, tamamilə fərqli düşüncə tərzinə açılan pəncərədir. Feynman metodunda üç addım var.
Davamı →

Avropanın ən təhsilli şəhərləri hansılardır?

Eurostat (Avropa statistika agentliyi) Avropanın təhsil baxımından ixtisaslaşmış şəhər və hissələrinin siyahısını təqdim edib. Analitiklər hesablama zamanı Avropanın hər bir əyalətində, regionunda, qəsəbəsində əhalinin (25 yaşdan 64 yaşa qədər) necə faizinin ali təhsilə sahib olmasını araşdırmışlar.

Avropanın ən təhsilli şəhərləri və qəsəbələri aşağıdakılardır:
Madrid Cəmiyyəti (Comunidad de Madrid) – əhalinin 46,9%-ni ali təhsilli vətəndaşlar təşkil edir. Bu rayon İspaniyanın 17 muxtar cəmiyyətini birləşdirir və paytaxtı Madriddədir.
Davamı →

Uşağın inkişafı ilə bağlı 10 məsləhət

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir.

Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara, dayələrə təslim edirik. Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.  

Davamı →

Öz beyin bacarıqlarını sınamağa hazırsan? Red Bull Mind Gamers sənin beyninin hüdudlarını sınamaq istəyir.

Biz hamımız əqli səviyyədə sınanmağı xoşlayırıq, buna görə də gündəlik krossvord həll edirik və ya kompüter oyunları oynayırıq.
Heyrətamiz və yeni qlobal platforma ilə Red Bull Mind Gamers parlaq zehinlər üçün özlərini sınamaq şansı yaradır.
Bu tədbir artıq Missiya: “Unlock Enoch” ilə bir yerdə başlayır. Yarışmanın dünya finalında — 2017-ci ildə Budapeştdə keçiriləcək «Escape Room» oyunu üzrə qlobal turnirdə iştirak etmək şansı əldə etmək üçün oyunçular yarışın ilk iki mərhələsində öz bacarıqlarını sübut etməlidirlər.
Davamı →

İngilis dilini öyrənmənizə kömək edəcək filmlər

Yeni dil öyrənməyin ən yaxşı yollarından biri də maraqlı filmlər izləməkdir. Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri öyrənməyə kömək edir. Oxuyacağınız bu məqalədə baxıb asanlıqla başa düşəcəyiniz bəzi filmlər toplanılmışdır. 

Forrest Gump
Kino tarixinin ən yaxşı ekran əsərlərindən biri olan bu filmə baxaraq siz öz ingilis dilinizi daha da yaxşılaşdıra bilərsiniz. Filmin dili çox sadə və aydındır. Tom Hanks filmdə sözləri tələffüz edərkən aramla danışır və bu da filmi təzə dil öyrənməyə başlayanlar üçün belə rahat imkanlar yaradır.
Davamı →

Uşaqların inkişafında tətbiq olunan metodlar

Gənc analar uşaqları təlim və tərbiyə metodikaları üzrə kitabları aktiv şəkildə dərindən öyrənirlər. Bəzən ilk baxışda zərərsiz mövzular əsl söz döyüşləri yarada bilər, çünki hər bir istiqamətin tərəfdaşları (onların sayı az deyil) öz nöqteyi-nəzərini müxtəlif forum və bloqlarda şiddətlə müdafiə edirlər. Biz müasir yanaşmaların fərqliliyindən baş çıxarmağa çalışacağıq və hər bir metodikanın müsbət və mənfi cəhətlərini müəyyən edəcəyik.

Uşağın ilkin inkişafı
İlkin inkişaf uşaqla məşğul olmanı onun həyatının ilk aylarından başlamağı nəzərdə tutur. Gənc vunderkind böyütmək istəyirsinizsə, şirin danışmalarla vaxt itirməyin, Napoleon planlarını məhz bu gündən həyata keçirməyə başlayın. Populyar metodiklardan biri — Qlen Domanın kartlarıdır. Metodun əsasında hər bir uşağın dahi olmaq imkanının olduğu iddia edilir. 3-6 aylıqdan etibarən uşağa mütəmadi olaraq oxuma, hesab öyrənməyə və ensiklopedik bilik qazanmağa imkan verən kartlar göstərilir.
Davamı →

Yaddaş haqqında

Yaddaş — böyük xüsusiyyətdir və onsuz insan həyatını təsəvvür etmək çox çətin olardı. Onun sayəsində biz öz təcrübəmizdən və ötən nəsillərin təcrübəsindən gündəlik həyatımızda istifadə edirik. Yaddaşın iki növü var: qısamüddətli və uzunmüddətli.
Tələbələr imtahan zamanı bir gecə ərzində çox böyük həcmdə məlumatı beyinlərində yerləşdirməyə çalışırlar. Sözsüz, bu məlumatlar imtahandan sonra dərhal yox olur. Huşsuzluqdan əziyyət çəkən qocalar uşaqlıqda və ya neçə il əvvəl baş verən hadisələri ən cüzi xırdalıqlarına qədər xatırlayırlar, lakin yarım saat əvvəl baş verənləri yadda saxlamağa qadir deyillər.
Davamı →

Daun sindromu

Müasir dövrdə səhiyyənin qlobal problemlərindən biri gen xəstəlikləri və onlarla mübarizədir. Gen xəstəlikləri hələ xeyli vaxt bundan öncə aşkarlanıb. 1865-ci ildə çex bioloqu Qreqor Mendel apardığı təcrübələr zamanı bəzi xəstəliklərin məhz genlər vasitəsilə keçdiyini müəyyənləşdirib. Həmin illərdə alimlər tərəfindən birmənalı qarşılanmayan Mendelin bu kəşfi onun ölümündən 16 il sonra qəbul edilib.

Gen xəstəlikləri arasında birinci yeri Daun sindromu tutur. Bu xəstəliyi 1866-cı ildə ingilis həkimi Con Daun aşkarlayıb. O, xəstəliyi başqa cür adlandırsa da, sonradan bu sindroma həkimin adını veriblər. Ancaq xəstəliyi aşkarlayan həkim onun müalicəsini tapa bilməyib. İllər keçməsinə baxmayaraq, mütəxəssislər hələ də bu xəstəliyin müalicəsini tapa bilmirlər. Belə körpələrin yaşamaq şansı yarıbayarıdır. Sağ qalanların da əksəriyyəti yeniyetməlik yaşına çatdıqda dünyasını dəyişir.


Ardı →

Birinci sinif şagirdləri

Biri var idi, biri yox idi. Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları analar nənələr və tərbiyəçilər söyləyir. Uşaqlar isə özlərinə rahat pozada, sevimli yumşaq oyuncaqlarını qucaqlayaraq nağıllara və əhvalatlara qulaq asır.
Uşaqlar məktəbə qədəm qoyduqdan sonra belə xoş gecələr, çox vaxt qayğısız uşaq günləri kimi arxada qalır. İndi onlar özləri oxuyur, özü də nağıl deyil, dərs proqramı. Odur ki, uşaq əvvəlki uşaqlıq günlərinə qayıtmaq, istiliyi və məhəbbəti hiss etmək istəyir. Buna görə də valideyinlər uşaqları bu həzz-dən məhrum etməməlidir. Kişik məktəblilərə axşamlar öz həzin səsləri ilə nağıl oxumağa davam etməlidir. Əlbəttə bu nağılları məktəblilərə uyğun dəyişmək olar. Məsələn əşyalara münasibət haqda, sağlamlığa münasibət, dərsə münasibət, məktəb konfliktləri və s. Belə nağıllar uşağın təxəyyülünü və təfəkkürünü inkşaf etdirir. Bu nağıllarda uşaq qəhrəmanın davranışını izləyir, səhvini görür, bağışlamağı və sevməyi bacarır. Bu günkü nağılımız isə öz övladını birinci sinfə yola salacaq valideyinlər üçündür.
Davamı →