Рейтинг
+6.23

İntellekt və təhsil

30 üzv, 55 topik

Biologiya testləri-1

1. Fiziologiya fənni orqanizmin hansı xüsusiyyətlərini öyrənir?
A) Funksiyaları, uyğunlaşmanı və fəaliyyəti
B) Quruluşu, inkişafı və uyğunlaşmanı
C) İnkişafı, uyğunlaşmanı, hüjeyrəvi quruluşu
D) Prenatal və postnatal inkişafı
E) Morfoloji əlamətləri,uyğunlaşmanı və inkişafı.
Ardı →

Yaddaşı möhkəmlətmək

Mütəxəssislər daha yaxşı yaddaşa sahib olmağın 10 qaydasını tapıblar. Araşdırma «Yahoo» portalında da yer alıb. Beyin əzələlərini hərəkətə keçirərək, daha güclü yaddaşa sahib olmağın yolları aşağıdakı kimidir:
1.Bir şeyi öyrənmək üçün əl hərəkətlərindən istifadə etmək beyinin məlumatı qavramasını asanlaşdırır.
2. Fasiləsiz ən azı 6 saat yatmaq
3.Sakitlik və stresdən uzaq durmaq beyinə məlumatı qavramağa və onu yadda saxlamağa kömək edir.
4.İdman beynin bütün, xüsusilə yaddaşa cavabdeh olan hissəsinə qan dövranını yaxşılaşdırır.
5. Brokolli, kələm, qabaq, yaşıl bitkilər, gilas, qırmızı alma, badımcan və üzüm kimi meyvə və tərəvəzlər yaddaşı qüvvətləndirir.
6.Oxumaq və oxunan kitabı müzakirə etmək yaddaşı gücləndirir. Beyinin düşünmək üçün cavabdeh hissəsini gücləndirmək üçün tərcümə ən yaxşı variantdır.
7. Qoxu xatırlamağa kömək edən hissdir.
8. Tək bir işlə məşğul olmaq beynə ötürülən informasiyanı yadda saxlamağa yardımçı olur. Məsələn, kitab oxuyarkən televizora baxmamaq, yemək bişirərkən telefonla danışmamaq.
9. Mahnı əzbərləmək
10. Daima yeni şeylər öyrənmək də yaddaşın güclənməsinə yol açır.

Davamı →

Uşaqlara iki dilin eyni anda öyrədilməsi

Yəqin ki,bəzən sizdə sual yaranır ki: «Görəsən mənim övladım xarici dili necə öyrənəcək? „və ya “görəsən o,balaca yaşında eyni zamanda iki dil öyrənə bilərmi?»
Bu suallar valideynlərdən başqa,müəllimləri və alimləri də çoxdandır ki, maraqlandırır.
Bu suallarla bağlı bəzi məsləhətlər Sizə də maraqlı olacaqdır.
Uşaqların öz dillərini inkişaf etdirməsi üçün, nələrə ehtiyacları var?
Ardı →

Gənclik mahnısı

Gənclik — həyatın ən coşan anları,
Gülər üzlə qarşıla, gülərüz insanları.
Həyatda çox şey çəkir bizi sınağa,
Qiymət verir bizə başdan ayağa.

Gənclik — həyatın ən böyük dərsi,
Hər kəsin öz yaşamaq tərzi.
Kaş hər uşağa məktəb vaxtından,
Verilsin böyük, kiçik dərsi.

Kimin ürəyincə tələbə həyatı
Rep-musiqi olub gənclər ədəbiyyatı
Tələbənin qiymət almağı üçün
Ya gərək pulu çox olsun, ya da kitabı.
Ardı →