Рейтинг
+16.58

İqtisadi coğrafiya

22 üzv, 33 topik

Dünyada emaledici sənayenin coğrafiyası

ETİ dövründə emaledici sənayenin sahəvi və ərazi quruluşunda əsaslı dəyişikliklər baş vermişdir. Xüsusilə maşınqayırma, elektroenergetika və kimya sənayesi sahələri daha sürətlə inkişaf etməyə başlamışdır. Bu sahələrin artım sürəti digər sahələrdən yüksək olduğu üçün onları “avanqard üçlük” adlandırırlar. Elmi-texnki tərəqqinin sürəti bu sahələrin inkişafı ilə sıx bağlıdır.
ETİ müxtəlif sənaye sahələrinin coğrafiyasına da təsir göstərmişdir. Elektroenergetika sənayesində istehsalın yarıdan çoxu inkişaf etmiş ölkələrin payına düşür. Elektrik enerjisinin 63%-ni İES-lər (ABŞ, Çin, Yaponiya, Rusiya, Hindistan, AFR), 20%-ə qədərini SES-lər (Kanada, ABŞ, Braziliya, Rusiya, Çin), 17%-ə qədərini AES- lər (ABŞ, Fransa, Yaponiya, Rusiya, AFR) istehsal edir.
Davamı →

Ölkələrin geosiyasi mövqeyi

Coğrafi mövqe ölkənin digər ölkə və coğrafi obyektlərə nəzərən mövqeyidir. Hər bir ölkə bir neçə ölkə ilə quru və ya su sərhədlərinə malik olur və bu sərhədlər müxtəlif təbii obyektlərdən keçir. Həmsərhəd ölkələrin çox olması ölkənin iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Bu, geniş sosial- iqtisadi əlaqələrin qurulmasına imkan verir.
Ölkənin mövqeyi fiziki, iqtisadi və siyasi baxımdan qiymətləndirilir.
Fiziki-coğrafi mövqe - ölkənin materik və okeanlara, dağ və düzənliklərə, digər təbii obyektlərə nəzərən mövqeyidir.
Davamı →

Dünyada hasilat sənayesinin coğrafiyası

Elmi-texniki inqilab təsərrüfatın hər bir sahəsinin yerləşməsinə və sahəvi quruluşunun dəyişməsinə təsir etmişdir. ETİ təsərrüfat sahələrinə 3 istiqamətdə təsir göstərmişdir:
1. İqtisadiyyatın birinci və ikinci sektorları (hasilat və emaledici sənaye) ilə üçüncü və dördüncü sektorları (xidmət və informasiya) arasında nisbət dəyişmiş, avtomatlaşdırma ilə (xüsusilə sənayedə) əlaqədar olaraq sonuncularda məşğulluq artmışdır.
2. Emal sektoru, xüsusilə sənaye sürətlə inkişaf etməyə başlamışdır. Buna səbəb digər təsərrüfat sahələrinin inkişafının emaledici sənayedən asılı olmasıdır.
Davamı →

Əhalinin sayının artımı

Dünya əhalisinin təbii artımında yüksək göstəricilər üstünlük təşkil etmişdir. Əhali artımının ənənəvi tipi adlandırılan II tip çox yüksək doğum və aşağı ölüm nəticəsində yüksək təbii artımla (hər 1000 nəfərə 12 nəfər və daha artıq) səciyyələnir.

Doğumun yüksək olması adət-ənənə, dini amillər, təhsil, ailə planlaşdırılmasının olmaması ilə əlaqədardır. Belə ölkələrdə kənd təsərrüfatı işlərində işçi qüvvəsi tələb olunduğu üçün erkən yaşlarından uşaqlar əməyə cəlb edilir.


Davamı →

Yer kürəsinin mənimsənilməsi

Əhalinin sayının artması, insanların əlverişli təbii şəraitə malik olan sürətlə mənimsənilmiş, yəni əhalisinin sıxlığı yüksək olan ərazilərdən kənarlara köçməsinə səbəb olur. Belə ərazilərdə mövcud olan yeraltı sərvətlər tükənmək üzrə olur. Torpaqlardan fasiləsiz istifadə onun məhsuldarlığının azalmasına gətirib çıxarır. Antropogen təsir nəticəsində ərazinin tәbii vәziyyәti pozulur. Belə olan halda insanlar yaşayış üçün daha az əlverişli olan yeni mәnimsәnilәn ərazilərə köçmək məcburiyyətində qalırlar.


Davamı →

Türk dünyası ölkələri haqda

Türk xalqları Altay dil ailəsinin türk dil qrupuna aid olub 4 qola ayrılır.
1. Oğuz qolu –türk, azərbaycanlı, qaqauz, türkmən, türkmən, Krım tatarları, Axıska (Mehseti) türkləri və s.
2. Uyğur qolu -özbək, uyğur, tuvalı, xakas, kızıllar
3. Qıpçaq qolu – qazax, qaraqalpaq, qumık, qırğız, poqay, altaylar və s.
4. Bulqar qolu – tatar, başqırd, qaraçay, karaim və s.


Ardı →

Orta Avropa

Sahəsi 1,4 mln km2 olan Orta Avropada 10 ölkə yerləşir. Bu dövlətlərdən dördünün- İsveçrə, Avstriya, Lüksemburq və Lixtenşteynin dənizə çıxışı yoxdur. Dövlət quruluşuna görə regionun 5 ölkəsi-AFR, Fransa, Avstriya, Irlandiya və İsveçrə respublika; 5-i isə -Ingiltərə, Niderland, Belçika, Lüksemburq və Lixtenşteyn konstitusiyalı monarxiyadır. Bu dövlətlərdən -AFR, Avstriya, İsveçrə və Belçika federasiya, qalan 6 ölkə isə unitardır. Region ölkələrindən Lixtenşteyn cırtdan ölkədir. Niderland dövlətlərinin qeyri-rəsmi adı isə Hollandiyadır. Regionun Avropada mərkəz mövqeyi tutması onun ərazisinin tranzit əhəmiyyətini artırır.
Ardı →

Cənubi Asiya ölkələri

Regiona Himalay dağlarından cənubda və Hind okeanındakı adalarda yerləşən 7 ölkə aiddir. Son dövrlərdə güclü inkişaf tempi götürməsinə baxmayaraq, bu ölkələr hələ də dünyanın ən geri qalmış regionlarından biridir. Region ölkələrindən yalnız ikisində – Hindistan və Pakistanda müasir sənaye sahələri yaradılıb. Region ölkələrinin təsərrüfatında k/t hakim mövqe tutsa da, son zamanlar emaledici sənaye sahələri sürətlə inkişaf edirlər. Hindistan və Pakistanda maşınqayırma məhsullarının çəkisi artır. Bu region ölkələri dünya bazarını — çay, cut, ədviyyat, təbii kauçuk, yun, pambıq və pambıq parçaları ilə təmin edir.


Ardı →

Afrika ölkələri

Afrikada 53 dövlət yerləşir ki, bunun da yalnız CAR IEÖ-lər, Tunis isə YSÖ-ləri qrupuna daxildir. Afrika iqtisadi cəhətdən dünyanın ən geridə qalmış regionudur. O, savadsızlığa, uşaq ölümünün ən yüksək və orta ömür müddətinin ən aşağı göstəricilərinə görə dünyada 1-ci yeri tutur. Afrika əhalisinin 70%-i kasıb və acınacaqlı şəraitdə yaşayır.
Afrika ölkələrinin əksəriyyəti son 30-40 ildə müstəqillik qazanıb. Afrikanın əksər ölkələri unitar respublikalarıdır. Yalnız Svazilend, Lesoto və Mərakeş konstitusiyalı monarxiya; Nigeriya, Efiopiya v CAR federativ quruluşa malikdirlər.


Ardı →

Cənub-Qərbi Asiya ölkələri

Regionda 16 ölkə yerləşir. ICM-nin başlıca əlaməti 3 qitənin (Afrika, Asiya, Avropa) yolayrıcında, mühüm hava və dəniz yollarının (Bosfor, Dardanel, Babül-Məndab boğazları. Süveyş kanalı) kəsişdiyi yerdə yerləşmişdir. Bu region Afrikanın Misir və Sudan dövlətləri ilə Yaxın və Orta Şərq regionu da adlandırılır. Orta Şərqə yalnız Iraq və Əfqanıstan aid edilir. Siyasi cəhətdən dünyanın ən narahat regionu olduğundan buranı «barıt çəlləyi» adlandırırlar.
Əhalisi. Əsasən türk, ərəb və farslardan ibarətdir. Islam dini ilə əlaqədar təbii artım yüksəkdir. Əhalinin yarıdan çoxu şəhərlərdə yaşayır. Ən iri şəhərləri –Istanbul, Tehran, Ankara, Izmir, Bağdad, Dəməşq, Isfahan, Təbriz, Əl-Riyad və s.


Ardı →