Tarixin Tərifi və əhəmiyyəti

Dil cəhətdən tarix; bir hadisəni vaxtla bildirməyə deyilir. Tarix ərəbcə bir sözdür: c~> ' — kökündən gəlir. Kitabı bu gün tarixlədi deyə ifadə edilir və “kitabı filan günü yazdı” mənasında yazılma gününü bildirmək deməkdir. Bəzi dilçilər bu sözün “hər şeyin bitmə yerinə tarix” deyildiyini də bildirməkdədirlər. Bu fikri əsas götürən bir çox tarixçi kitablarım ölüm tarixlərini əsas alaraq əsərlərini yazmışdılar.
Termin olaraq tarix; insanların doğum, ölüm, səyahət etdikləri yerlər, keçmiş hadisələr, insanların haqqında edilən pis və ya yaxşı dəyərləndirmələr və buna bənzər şeylərin yazıldığı vaxtı bilməkdir.
İbn Xaldunun məşhur «Müqəddimə»sində bunu belə tərif edər: Bil ki, tarix elmi faydalan xeyli çox, yolu çox qiymətli, məqsədi çox şərəfli bir fənn olub, bizə keçmişdəki millətlərin əxlaqi dəyərlərinin meydana gəlmə və dəyişmələri, peyğəmbərlərin həyatlanm, krallann dövlətləri və siyasətlərini öyrədib, din və dünya işlərində bunlardan istifadə etmək üçün son dərəcə faydası olan bir məlumatdır.
 
Bizdən əvvəl yer üzündə yaşayan, bizim varis olduğumuz şeylərə sahib olan, bu aləmdə bir iz buraxmaq üçün həyatı heçə sayan insanları tanımaq, tanımaya yaxınlaşa bilmək yüzdə əllilik bir nisbətə çatmasa da bütün insan oğlunun müştərək arzusudur.
Məchula aid məsələlər, bütün insanlarda araşdırma arzusunu artırır və bu səbəblə də ona bilmədiyini öyrənmə ehtirası verən bir varlıqdır. Hələ həyatlarını öyrənmək istədiyimiz insanlar tarixdə iz buraxan, mədəniyyətlərin inkişaf, dəyişmə və yayılmasında böyük təsirləri olan insanlardırsa o zaman bu arzu imtina edilməsi mümkün olmayan bir təhsil və araşdırma halına çevrilər.
Dövətləri idarə edib, oradakı ictimai quruluşun möhkəmliyinə əhəmiyyət verən, nəsillərin varlığını davam etdirib suveren bir millət olaraq hayatlanm qurmaq istəyən hər kəs, tarixi məlumatların əhəmiyyətini, tarix şüurunun bir millətin gələcəyi üçün nə qədər qiymətli olduğunu daha yaxşı başa düşməkdədir. Tarix şəxsən insanın öz həyatıyla əlaqəlidir. Çünki hər yeni gün bir gün sonra tarix olacaq. İnsanın doğulmasından yaşadığı ana gələnə qədər keçirmiş olduğu bütün həyat mərhələləri onu iliklərinə qədər tarix ilə iç-içə olmağa vadar edir. Kimin evladıdır? Babası nənəsi kimdir, harada yaşamış, necə bir həyat sürmüşlər? Kimi bir sıra sualların cavabı tarixin tam özünü təşkil edir.
Millət özlüyündə kəslərdir. Fərdlərin tək-tək meydana gəlməsindəki hər mərhələ millətdə də vardır. Bir millət, tarixdə kökü yoxsa onun bütün xüsusiyyətlərini daşıyan səciyyəli və köklü bir millətin olması necə düşünülə bilər. Bir millət zaman axan içərisində digər millətlərlə qanşıb yeni bir millət meydana gəlməsinə də səbəb ola bilər. Eynilə xarici millətdən evlənib dünyaya iki irqdən xüsusiyyətlər daşıyaraq doğulan uşaq kimi olar. Belə bir milləti tanıya bilmək yenə tarix məlumatı tələb edir. Keçmişdə tək ana-atadan olan insanların millətlər və qövmlərə aynlış müddətini tanıması nə qədər təbii bir hadisədir. Tarixi yaxşı tanımaq, zamanla ideal bir ümmətin meydana gəlməsindəki amilləri, dəyişmə və başqalaşma sirlərini keçmişin təcrübələrindən faydalanmağı bacarıb tətbiq etmə və ibrət götürmə asanlığı gətirər.
Öyrənəcəyimiz din tarixi olacaq olsa onun əhəmiyyəti tamamilə başqa bir hadisədir. Çünki, tarixdən günümüzə qədər insan oğlunun sosial həyatında ən təsirli faktorun din olduğu şübhəsizdir.
 
 
 

0 şərh