Rəsulullahın (s.ə.s) Hz. Hafsa və Huzeymə Qızı

Zeynəblə Evlənməsi

Hz. Ömərin qızı Hafsanm ilk yoldaşı Huneys b. Huzafə, Qüreyş liderlərindən və Həbəşistana hicrət edən ilk müsəlmanlardan idi. Sonra Mədinəyə hicrət etmiş, Bədir və Uhud döyüşlərinə qatılmışdı. Uhud döyüşündə aldığı bir yaradan Mədinədə vəfat etdi.

Hz. Ömər, Rəsulullah (s.ə.s) ilə qızı Hafsanm evlənməsini belə izah etmişdir:

-Hafsa dul qalınca, Osmana onunla evlənməsini təklif etdim. Hələ bir düşünüm, deyə cavab verdi. Sonra qaşılaşdığımızda, bu sırada evlənməyi uyğun görmürəm, dedi. Bunun üzərmə Əbu Bəkrə istəsən Hafsanı sənə verim, dedim. Əbu Bəkir susdu. Müsbət və ya mənfi cavab vermədi. Əbu Bəkrin susmasına, Osmanın təklifimi geri çevirməsindən daha çox kədərləndim. Vəziyyəti Rəsulullaha (s.ə.s) ərz edincə: -Kədərlənmə ya Ömər, Hafsanı Osmandan xeyirlisi alacaq. Osman da Hafsadan daha yaxşısı ilə evlənəcək,buyuraraq, Hafsa ilə evlənmək istədiyini bildirdi. Osmanı da qızı Ümmü Gülsümlə evləndirdi. Sonra Əbu Bəkir mənə rast gəldiyində:

-Zənn edirəm, Hafsanı mənə təklif etdiyində cavab vermədiyimə üzülmüşdün. Mən Hafsanı Rəsulullahın (s.ə.s) alacağını bilirdim. (Mənə bunu söyləmişdi.) Rəsulullahın (s.ə.s) sirrini ifşa etməyi uyğun görmədiyim üçün sənə cavab vermədim. Əgər belə olmasaydı, təklifini qəbul edərdim, dedi.

Rəsulullah (s.ə.s) Hz. Hafsa ilə evlənərək, həm ən yaxın yoldaşlarından Hz.Ömərin üzüntüsünü azaltmış, həm də Hz. Əbu Bəkir kimi Hz. Öməri də qohumluq bağı ilə özünə bağlamış oldu.

Hilaloğullanndan Huzeymə qızı Zeynəb, ilk ərindən ayrılmış, Rəsulullahın (s.ə.s) bibisi oğlu olan ikinci əri Abdullah b. Caxş isə, Uhud döyüşündə şəhid edilmişdi. Zeynəb gənc və gözəl deyildi, orta yaşlı və mərhəmətli bir xanım idi. Kasıbları, yoxsulları, kimsəsizləri düşündüyü üçün, özünə “Ümmül-məsakin” ünvanı verilmişdi.

Həyat yoldaşının şəhid olmasıyla himayəyə möhtac qalan bu şəfqətli xanımı Rəsulullah (s.ə.s) özünə nikahladı. Lakin Zeynəb çox yaşamadı, evlənməsindən üç ay sonra vəfat etdi.

Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Həsən də bu il Ramazan ayının ortalarında doğulmuşdur.
 

0 şərh