Hz. OSMANIN XİLAFƏT DÖVRÜ

Hz. Osmanın Xəlifə Seçilməsi (23 h./644 m.)
İdarə etməsindən razı olan xalq, vəfatından əvvəl Hz. Ömərdən yerinə birisini xəlifə təyin etməsini istədi. O da bu işi şuraya həvalə edərək, dövlət başçısı seçimlərində yeni bir metod göstərdi. Hz. Osman Hz. Ömər tərəfindən tövsiyə edilən altı nəfərlik məşvərət heyəti tərəfindən xəlifəliyə uyğun görüldü. Hz. Ömər yaralandıqdan və vəziyyətinin ağırlaşmasından sonra, arzu edilməsinə rəğmən, yerinə keçəcək dövlət başçısını şəxs olaraq təyin etmədi. Ancaq cənnətlə müjdələnən altı nəfərlik məşvərət heyətindən, içlərindən birisini ən gec üç gün içində seçmələrini tövsiyə etdi. Heyət Osman, Əli, Zübeyr, Talha, Sad b. Əbi Vakkas və Əbdürrəhman b. Avfdan ibarət idi. Əbdürrəhmanın başçı olduğu bu heyətdə, seçilməmək şərtiylə, ancaq seçmək haqqına sahib olan Abdullah b. Ömərdə vardı. Talha b. Ubeydullah bu əsnada Mədinədə olmadığı üçün, Sad b. Əbi Vakkas onun adından vəkalət etməyi qəbul etdi. Bundan əlavə, Mikdad b. Əsvəd bu məclisi toplamaqla, Əbu Talha seçim şəffaflığını qorumaqla, Suheyb ər-Rumi isə üç gün müddətində camaata namaz qıldırmaqla vəzifələndirilmişdilər.

Davamı →

Müaviyənin hakimiyyəti

Müaviyənin hakimiyyəti


Müaviyə Nuxeylədə bir xütbə oxuyaraq qəlbində gizlətdiyi sözlərin hamısını aşkar edib dedi: Mən sizinlə namaz, oruc, zəkat, həcc və bu kimi işlərə görə vuruşmadım, siz onsuz da bu işləri yerinə yetirirsiniz. Mən hakimiyyət uğrunda və sizə hakim olmaq üçün vuruşdum.
İmam Həsən (ə) Mədinəyə dönmək qərarına gələn zaman Müaviyə onun yanına adam göndərib Hosərə (xarici) ilə döyüşməyini istəyir. Bu şəxs Əli (ə)-ın şəhadətindən sonra Nuxeyləni özü üçün mərkəz seçib xəvaricləri başına toplamışdı.


Ardı →