I Yezidin Hakimiyyəti (680-683)

Atasının ölümündən sonra Yezid hakimiyyətə gəldi. Bu əsnada Vəlid b. Utbə Mədinədə, Amr b. Sad Məkkədə, Übeydullah b. Ziyad Bəsrədə və Bəşir b. Numan da Kufədə vali idilər.
Öz dövründə nəzərəçarpacaq bir dəyişiklik etməyən Yezid, Hz. Hüseyn, Abdullah b. Ömər və Abdullah b. Zübeyri beyət etdirmək üçün hərəkətə keçdi. Mədinə valisi Vəlid b. Utbəyə məktub yazaraq adı çəkilən şəxslərin beyət etdirilməsini istədi. Vəlid b. Utbə isə, məsləhətləşmək üçün, sabiq Mədinə valisi, Hz. Osmanın katibi olmuş Mərvan b. Hakəmi çağırdı. Mərvan isə:
"Üçünü də çağır və Yezidə beyət elətdir. Əgər eləməslər, hamısının boynunu vur! ” dedi.

Vəlid də, onun məsləhətinə uyğun olaraq onları çağırdı. Vəlidin yanma gələn Hz. Hüseyn, onu bir az dinlədikdən sonra otaqdan çıxmaq istədi. Haşimoğullannm qatı düşməni olan Mərvan:
“Hüseyn indi beyət etmədən gedərsə, sonra hər iki tərəfdən bir çox insan ölüdürlmədikcə onu ələ keçirə bilməzsən. Beyət etməsə onu öldür. ” dedi.

Hz. Hüseyn otaqdan çıxdı. Vəlid b. Utbə isə, Mərvanın bu sözünə cavab olaraq:
“EyMərvan! And içirəm ki, bütün dünyanı mənə verəsi olsalar Hüseyni öldürə bilmərəm. Allaha and içirəm ki, sabah Haqqın divanında Hüseynin qanının hesabını verəcək şəxsin halı yamandır. ”dedi.
Abdullah b. Zübeyr Vəlidin dəvətinə getmədi. Dəvətdən bir gün sonra gizlincə Məkkəyə tərəf hərəkətə keçdi. Hz. Hüseyn də ailəsini alaraq Məkkəyə getdi. Abdullah b. Ömər isə, “xalq beyət edərsə mən də edərəm” cavabını verdi. Onu çox təhlükəli görmədikləri üçün, bu hərəkətinə heç nə demədilər.
Xəlifə Yezid, Vəlidin Hz. Hüseynə qarşı olan rəftarından ötrü onu vəzifəsindən kənarlaşdırdı. Onun yerinə Amr b. Səidi Mədinə valisi təyin etdi. Amr b. Səid Hz. Zübeyrin digər oğlu Amn iki min nəfərlik orduyla, qardaşı Abdullahın üzərinə Məkkəyə göndərdi. Fəqət Abdullah qardaşını məğlub edərək həbs etdi. Nəticədə Hicazda şöhrəti artdı.
 
Hz. Hüseynin Kufəyə Dəvət Olunması
Hz. Hüseyn Məkkədə olarkən, kufəlilər onu Kufəyə dəvət etdilər. Gəldiyi təqdirdə onun təhlükəsizliyini təmin edəcəklərinə dair söz verdilər. Dalbadal bir çox dəvət məktubu göndərdilər.

Hz. Hüseyn onların atası və qardaşına necə davrandıqlarını yaxşı bildiyi üçün əvvəlcə tərəddüd elədi. Çünki Məkkəyə gələrkən onu qarşılayan Abdullah b. Muti də, ondan kufəlilərə etibar etməməsini, Məkkədən çıxmamasını xahiş etmişdi. Amma Hz. Hüseyn, vəkili olaraq əmioğlusu Müslim b. Aqili Kufəyə göndərdi. Müslim Kufəyə çatdıqda otuz minə yaxın insan Hz. Hüseynə beyət etdi.58

Bu xəbər Şama çatdıqda, Kufə valisi Numan b. Bəşir vəzifəsindən azad edildi. Onun yerinə Bəsrə valisi Ubeydullah b. Ziyad təyin edildi.

Übeydullah b. Ziyad dərhal Kufəyə gələrək, xalqı Yezidə itaət etməyə çağırdı. Hz. Hüseynə beyət edənlər Müslimin yanından ayrılmadılar. Fəqət 680-cı ildə baş verən döyüşdə məğlub oldular. Übeydullah Müslimi tutaraq edam elətdirdi.
Müslimin edam edildiyi gün, baş verənlərdən xəbərsiz olan Hz. Hüseyn də, Məkkədən Kufəyə yola düşdü. Abdullah b. Ömər və Abdullah b. Abbas ona getməsin deyə yalvardılar. Fəqət Hz. Hüseyn, bütün Əhli-Beyti və qohumları ilə birgə yola çıxdı. Yanma ərəblərdən qatılanlar da oldu.

Yolda şair Fərəzdəq onunla qarşılaşdı. Hz. Hüseyn iraqlılar haqqında soruşduqda Fərəzdəq:
-“Xalqın qaibi səninlədir, fəqət qılıncları Ümeyyəoğulları ilədir” cavabını verdi.

Sonra əmioğlusu Müslimin öldürüldüyünü və onunla bərabər olanların pərişan edildiyini öyrəndi.59 Yanındakılara bunu dedikdən sonra “istəyən geri dönsün ” dedi. Ona sonradan qoşulanlar ətrafa dağıldılar. Məkkədən yola çıxanlar isə, onunla qaldı.
 
Kərbəlaya Doğru
Hz. Hüseynin qarşısına çox insafsız və zalim adam çıxmışdı. Bu şəxs Bəsrənin sabiq valisi Ziyadın oğlu Übeydullah idi.
Ziyad b. Əbih Bəsrədə misli görülməyən zülmlər törətmiş, özbaş-nalıqlar etmişdir. Hətta Müaviyə dövründə ona: “Mən İraqı sol əlimlə işğal etdim, sağ əlim boşdur. Onunla da Hicazla məşğul olum ” demiş, Müaviyə də Hicazı ona bağlayan fərman göndərmişdi.
Hicaz xalqı vəziyyətdən xəbərdar olduqda dəhşətə gəlmiş və Hz. Ömərin oğlu əllərini qaldırıb “Ya Rəbb! Bizi Ziyadın şərrindən qoru” deyə dua etmiş, yanındakılar da amin demişdilər. Allahın hikmətidir ki, Ziyad o əsnada Kufədə ikən vəfat etmişdir. Übeydullah belə qorxulan bir atanın oğlu idi.
Übeydullah b. Ziyad Hz. Hüseyni tutmaq üçün Hürr b. Yezid adlı komandirini iki min nəfərlik ordu ilə ona qarşı göndərdi. Kadisiyyə istiqamətindən gələn Hürr, Hz. Hüseynin qafiləsi ilə Siraf deyilən yerdə qarşılaşdı.60 Hz. Hüseyn ora dəvətlə gəldiyini, əgər sözlərindən dönüblərsə geri dönəcəyini söylədi. Fəqət Hürr, onları Kufəyə Ubeydullahın yanma aparmağa gəldiyini bildirdi. Hz. Hüseyn “ölüm bundan yaxşıdır" deyərək geri dönmək istədi. Amma Hürr ona mane oldu. Bərabər getməyə başladılar.
Yolda rastlaşdığı insanlardan Kufədəki vəziyyəti soruşan Hz. Hüseynə: “İdarəçilər çox rüşvət alaraq torbalarını doldurdular. Hamısı sənin əleyhinədir. Başqalarının qəlbləri səninlə olsa da, qılıncları sabah sənin üzərinə sıyrılacaqdır” dedilər.
Ertəsi gün Məhərrəmin ikinci, cümə axşamı günü idi. Səhərdən Hz. Hüseyn və tərəfdarları sol tərəfə dönmək istədikcə Hürr, onları təzyiqlə Kufəyə tərəf çevirirdi. Dayandıqları zaman Ubeydullahdan bir məktub gəldi. Məktubda: “Bu məktub harda əlinə keçərsə Hz. Hüseyni orada, susuz və kimsəsiz bir yerdə saxla” yazılmışdı.
Hz. Hüseyn ətrafdakı kənddə qalmaq istəsə də Hürr, Übeydullahdan qorxduğu üçün bu təklifi rədd etdi və onu susuz bir yerdə saxladı. Hz. Hüseyn bu yerin admın Kərbəla olduğunu öyrəndikdə: «Bura Kərb (sıxıntı) və Bəla (müsibət) yeridir.62 Çox qəribədir ki, atam Sıffinə gedərkən onunla bərabər idim. Bura gəlib çatanda “buranın adı nədir? ” deyə soruşdu. Kərbəla dedikdə, “Allahın hökmü, qəzası belədir ki, Hz. Məhəmmədin (s.ə.s) soyundan bir qrup bura enəcək, kişiləri öldürüləcək, uşaqların başları kəsiləcək, başlarına olmazın müsibətlər gətiriləcək və qəbirləri ziyarət olunacaqdır. Bunu mənə babam vəd etmişdir” dedi və Uca Allahın təqdirinə boyun əydi.63
b. Kərbəla Faciəsindən Əvvəlki Günlər

Ertəsi gün Kufədən Ömər b. Sadın başçılığı ilə əlavə dörd min süvari gəldi. Ubeydullah b. Ziyad bu ordunu da Hz. Hüseyni tutmaq üçün göndərmişdi. O da Hz. Hüseynin geri qayıtmaq təklifini qəbul etmədi. Übeydullaha Hz. Hüseynin geri dönmək istədiyini bildirdikdə, Ubeydullah: “Hüseyn bizim pəncəmizə düşəndən sonra qurtulmaqmı istəyir? Sən ona təklif et. Yezidə beyət etsin. Bundan sonra bir çarə qılaram. Əgər beyət etməsə su vermə.” cavabını göndərdi.
Vəzifəsini itirməkdən qorxan Ömər b. Sad, beş yüz nəfər göndərərək Hz. Hüseynlə çay arasında atlılardan ibarət sədd çəkdi. Bu atlılardan biri olan Abdullah b. Əzdi:

— “Ey Hüseyn! Uzaqdan suya baxarsan, fəqət susuzluqdan ölənə qədər bir udum su içə bilməzsən ” deyə bağırdı.

Hz. Hüseyn bu sözə çox təəssüflənərək:
-“Ya Rəbbim! Onu susuzluqla öldür!” deyə Allaha yalvardı. Bir müddət sonra bu zalim insan şiddətli xəstəliyə tutuldu. Susuzluqdan öldü.

Hz. Hüseyn yenə geri dönmək üçün Ömər b. Sadla danışdı. Bu xəbər Übeydullaha bildirildikdə o, Şimr adlı çox qəddar bir şəxsi Ömər b. Sadın yanma göndərdi. Yolladığı məktubda da:

-'Hüseynlə adamları təslim olsalar yanıma göndər. Əgər təslim olmasalar onlarla savaş və onları atlara çeynət. Əgər sən də, əmrimi yerinə yetirməsən, komandirlikdən əl çək və ordunu Şimrə təslim et.” deyə əmr etmişdi.65

Vəzifəsindən aynlmaqdansa, Allah Rəsulunun nəvəsinin üzərmə hücum etməkdən çəkinməyən Ömər b. Sad, ordunu Hz. Hüseynin üzərinə göndərdi. Məhərrəmin doqquzu günü cümə axşamı, ikindi vaxtı idi. Hz. Hüseyn qardaşlığı Abbası göndərərək ertəsi günə qədər düşünmək üçün möhlət istədi. Ömər b. Sad da ordu komandirləri ilə danışandan sonra möhlət verdi. Hz. Hüseyn ətrafindakılarla danışaraq onlara, yanından ayrılaraq qurtulmalarım təklif etdi. Ətrafindakılardan heç biri onu düşmən qarşısında buraxaraq getmədi.
 
Məhərrəmin Onuncu Günü (10 Oktyabr 680)
Hz. Hüseyn yanındakıların özünü tək buraxmadığını gördükdən sonra, mühafizə tədbirlərinə başladı. Bu məqsədlə çadırları sıxlaşdırmış, ətrafına odun və qamış yığdırmışdı ki, düşmən ora yaxınlaşarkən, onu yandıraraq özlərini müdafiə etsinlər.
Ertəsi gün səhər, 6 minlik Əməvi ordusu hərəkətə keçdi. Rəsulullahın nəvəsi və Əhli-Beytin dirəyi olan Hz. Hüseynin isə, 32 süvari və 40 piyadası vardı. Cəmi yetmiş iki nəfər idilər. 6 min nəfərə qarşı, 72-i nəfər.
Hazırlanan qamış və odunlar yandırılaraq yan və arxa tərəf təhlükəsiz hala gətirildi. Hz. Hüseyn isə, dəvəsinə minib meydana çıxdı və üstlərinə gələn gözlərini qəzəb bürümüş bu insanlara belə səsləndi:
“Ey əhali! Mənim kim olduğumu düşünün. Sonra vicdanla qərar verin. Ondan sonra baxın mənim qanım sizə halaldımı? Mən sizin Peyğəmbərinizin qızının oğlu deyiləmmi? Peyğəmbərin əmisi oğlunun oğlu deyiləmmi? Peyğəmbərin bu hədisini eşitmədinizmi? Qardaşımla mənim üçün: “Siz cənnət gənclərinin əfəndilərisiniz və əhli-sünnənin gözünün nurusunuz”66 əgər mənə inanmırsınızsa, öz aranızda bunu bilənlər var. Abdullahın oğlu Cabirə, Əbu Səidə və Ərkamın oğlu Zeydə soruşun. Onlar Peyğəmbərdən bu hədisi eşitdiklərini sizə deyərlər. Məndən nə istəyirsiniz? Sizlərdən birinizimi öldürdüm? Yaxud mallarınızımı zorla qəsb etdim? Ey filankəslər! Bura gəlin deyə mənə dəvət məktubu göndərmədinizmi? Əgər məni istəmirsinizsə, buraxın geri öz məmləkətimə dönüm ” dedi.

Döyüş Başlayır
Hz. Hüseynin bu nitqindən sonra, qarşı tərəfdə münaqişələr başladı. Ömər b. Sad orduya hərəkət əmri verəcəyi əsnada, Peyğəmbərin nəvəsinə qarşı işlənəsi cinayətin dəhşətindən titrəyən komandir Hürr, ona:

  •   “Mən səndə bir qəribəlik görürəm. Heç bir müharibədə səndə bu qəribəliyi görmədim. Kufəlilərin ən qəhramanı kimdir? deyə soruşsalar səni göstərərdim. And içirəm ki, öz nəfsimi cənnətlə-cəhənmnəm arasında sərbəst buraxaraq, cənnəti üstün tuturam. ” dedikdən sonra, silahını götürərək, Hz. Hüseynin yanma gəldi və ona:
  •   “Allah məni sənəfəda etsin. Ey Rəsulullahın nəvəsi! Sənin qayıtmağına mane olan və səni burda saxlayan mənəm” deyərək üzr istədi. Hz. Hüseyn Hürrü bağışladığını bildirdikdən sonra, Hürr öz yoldaşlarına tərəf getdi və onlara belə xitab etdi:
  •   “Ey insanlar! Hüseynin təkliflərindən birisini qəbul edin ki, Allah da sizi bağışlasın. Ey Kufəlilər! Hüseyni siz çağırdınız, uğruna canlar fəda dediniz, sonra da öldürməyə niyyətlənərək, ətrafını mühasirəyə aldınız. İndi burada mühasirədədir. Onu, xristianların, yəhudilərin içdiyi Fərat suyundan məhrum etdiniz. Ailəsi ilə bərabər susuzluqdan əziyyət çəkirlər. Hz. Məhəmmədin ailəsindən olan biriylə necə də pis rəftar edirsiniz. Əgər tövbə edib, bu halınızdan dönməzsinizsə, Allah da sizə susuzluq günündə su verməz”

Lakin Hürrün bu sözləri, üzərinə atılan oxlarla qarşılandı. Komandir Ömər b. Sad, ilk oxu ataraq döyüşü başlatdı.
 
Hz. Hüseynin Yanındakıların Ona Bağlılıqları
Tək-tək və qrup şəklində olan çarpışmalarda Hz. Hüseynin yanında qalanların ona bağlılıqları dastanlarda belə görülməyən bir mərdlik, qəhramanlıq və bağlılıq idi. Məsələn, Hz. Hüseynin tərəfdarı Abdullah b. Umeyri Kəlbi qarşısına çıxan iki düşməni öldürdükdən və barmaqları kəsildikdən sonra, onun yanma gedən xanımı: “Anam, atam sənə fəda olsun! Fatimə övladının uğrunda döyüş! ” dedi və əlinə bir dəyənək alaraq əriylə bərabər savaşmağa başladı. Lakin sonra Hz. Hüseynin əmri ilə döyüş meydanından çəkildi.
Təkbətəkə olan çarpışmalarda Hz. Hüseynin tərəfdarlarının qalib gəldiyini görən düşmənlər qrup şəklində hücuma keçdilər. Həmin hücum əsnasında, Peyğəmbər soyuna yaxınlığı və igidliyi ilə tanınan Müslim b. Əvsəcə ölümcül yaralandı. Can vermədən Hz. Hüseynin sol cinahdakı başçısı Həbib onun yanma gedərək:

  •  “Sənin yaralanmağın mənə çox pis təsir etdi. Səni cənnətlə müjdələyirəm. Əgər arxandan gələcəyimi bilməsən istərdim ki, mənə vəsiyyət edəsən. Mən də sənin vəsiyyətini yerinə yetirim ’’dedikdə Müslim əli ilə Hz. Hüseyni işarə edərək:
  •  “Bax onun uğrunda canını fəda etməyini sənə vəsiyyət edirəm ” deyərək ruhunu təslim etdi.

Hürr də qəhrəmanlıqla döyüşərək qarşısına çıxanları atlarından yerə sərdi. Nəticədə süvarilərlə olan çarpışmada məğlub olan Yezidin tərəfdarları, beş yüz oxçu ilə Hz. Hüseynin qrupunu ox yağışına tutmağa başladı. Atılan oxlar qarşısında Hz. Hüseynin tərəfdarları piyada vuruşmağa başladılar. Düşmən arxadan hücum etməyə başladı. Bəziləri çadırları yağmalayaraq içində Əhli-Beytin olduğu çadırları yandırdılar. Bu əsnada şəhid olan Abdullah b. Umeyrin yanında: “Cənnətə qovuşdun! ” deyərək ağlayan xanımını Şimrin əmri ilə öldürdülər. Şimr bununla da kifayətlənmədi. Hz. Hüseynin böyük çadırının içindəki xanımı və uşaqlan ilə birlikdə yandırmağa cəhd etdi. Fəqət yanındakılar onu bu qərarından çətinliklə döndürdülər.

Günorta vaxtı Əbu Səmamətus-Saidi:
“Ey Hüseyn! Sənə canım fəda olsun! Düşmən sənə yaxınlaşdı. And içirəm ki, mən sənin uğrunda ölmədikcə səni heç kəs öldürə bilməz. Amma bu namazı da sənin arxanda qılaraq Allahıma elə qovuşmaq istəyirəm. ” dedi. Hz. Hüseyn ona xeyir-dua verdikdən sonra namaz qılmaq üçün döyüşün dayandınlmasım təklif etdi.

Yezidin tərəfdan Hüsayn b. Numeyr:
“Sizin namazınız qəbul olmaz”dedikdə. Həbib b. Müzahir:
“Rəsulullahın soyunun namazı qəbul olmayıb da, sənin namazın-mı qəbul olacaq? ”deyə ona layiq olduğu cavabı verdi. Lakin Yezidin tərəfdarlan hücum edərək bu igidi şəhid elədilər. Namaz fasiləsi təklifini qəbul etmədilər.

Edilən yeni hücumda Hz. Hüseynin yanındakılar qəhrəmanlıqla şəhid oldular. Hürr, Züheyr b. Kayn, Nafi b. Hilal bu ilk hücum nəticəsində şəhid olanlardandır.
Şimr Hz. Hüseyni hədəfləyən növbəti hücuma keçdikdə, Rəsulullahın əvvəl Allaha, sonra da möminlərə əmanət etdiyi Əhli-Beytini və Hz. Hüseyni qorumaq və onun uğrunda ölmək üçün bir-biri ilə yarışmağa başladılar.
Urvətul Ğifarinin iki oğlu, Hanzalə, Abis b. Əbi Şəbib və köləsi Şəv-zəb, Ömər b. Sadın yanından Hz. Hüseynin yanma gələrək, Rəsulullahın nəvəsinin ətrafinda tək-tək şəhid oldular.70
 
Yezidin Tərəfdarları Əhli-Beyti də Öldürür
Həmin gün Əhli-Beytdən ilk şəhid olan, Hz. Əlinin nəvəsi Əliyyi Əkbərdir. O, qəhrəmanlıqla vuruşaraq şəhid oldu. Sonra Hz. Hüseynin Abdullah adlı oğlu, Hz. Həsənin Əbu Bəkr və Qasım adındakı oğulları, Hz. Əlinin digər nəvələri-Abbas, Cəfər, Abdullah, Osman, Məhəmməd və Əbu Bəkr ilə Mutə savaşında şəhid olan Cəfərin oğlu Abdullahın iki oğlu-Avn və Məhəmməd, Aqilin oğullan-Cəfər, Əbdürrəhman, Abdullah və Aqilin nəvəsi Müslimin oğlu Abdullah və digərləri qəhrəmanlıqla vuruşaraq hamısı şəhid oldular.
Hz. Hüseynə zərbə vurmağa cəsarət edə bilməyən düşmən onun ətrafında firlanırdı. Balaca oğlu Əliyyi Əsğər Hz. Hüseynin yanında idi. O, ox dəyərək şəhid oldu. Hz Hüseyn göz yaşlan ilə düşmənlərinə bəd-dua etdi. Sonra su içmək üçün Fərata yaxınlaşdı. Lakin düşmənlər onu ox atəşinə tutaraq, su içməyinə imkan vermədilər. Sifətindən dəyən oxla yaralandı. Hz. Hüseyn üzündən axan qanlan silərkən yenə onlara bəddua elədi.
Şimr Hz Hüseynin qadınlanm və uşaqlarını öldürmək — yəni Əhli-Beyti — yox etmək fikrində idi. Hz. Hüseyn misilsiz bir qəhrəmanlıqla döyüşürdü. Şimr əsgərləri Hz. Hüseynin üstünə göndərdi. Züra b. Şəriki-Təmimi Hz. Hüseynin sol əlini, başqası da sol ayağını qılıncla yaraladı. Hz. Hüseyn yerə yıxılarkən Sinan b. Ənəs adlı biri mizraqım ona sancdı. Havli Əshabi Yezid bu şanlı şəhidin başını kəsməyə cəhd elədi. Lakin etdiyi işin dəhşətindən əlləri titrədiyinə görə, Sinan atından enərək h. 60/m. 680-cı il Məhərrəmin 10-da Hz. Hüseynin mübarək başmı kəsdi və Havliyə verdi.
Sonra da mübarək şəhidin paltar və silahım aralarında paylaşdırdılar. Bundan sonra çadırları yağmalayaraq xanımlarının üstündəki zinət əşyalarını da götürdülər.
Hz. Hüseyn şəhid edilərkən əlli beş yaşında idi. Bədənində çoxlu ox yarası, 33 mizraq, 34 zərbə izi var idi.
Hz. Hüseynin həmin vaxt hələ çox balaca olan iki oğlu ilə çadırında xəstə yatan digər oğlu Əliyyi-Əvsat (Zeynalabidin) ölümdən qurtuldu. Onun həmin vaxt iyirmi yaşı var idi. Bununla da həm Kərbəla faciəsi, həm də kərbəla torpağı insanlar üçün başqa bir məna qazandı.
Hz. Hüseynin kəsilmiş başı və ailəsi əvvəl Kufəyə Übeydullah b. Ziyadın yanma, sonra da Şama Yezidə göndərildi.
Yezid Hz. Hüseynin şəhid edilməsinə və Əhli-Beytə olunan işgəncələrə kədərləndiyini bildirsə də, bunu edənləri vəzifədən kənarlaşdıraraq cəzalandırmaması, sözlərində səmimi olmadığmı göstərməkdədir.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh