Azərbaycan Uğrunda İran-Osmanlı Mübarizəsi

Azərbaycan ərazisinin böyük hissəsinin Rusiya və Osmanlı tərəfindən işğalı İran dövlətinin varlığım böyük təhlükə altına almışdı. Bu İran feodallarını birləşməyə, ümumi qüvvə ilə yaranmış vəziyyətdən çıxmağa məcbur etdi. İşğalçılara qarşı mübarizəyə İranda geniş şöhrət tapmış və İran şahı Təhmasibin şərəfinə özünü Təhmasib Quluxan adlandırmış, İran qoşunları komandanı təyin edilmiş əfşarlar qəbiləsindən olan böyük feodal Nadir başçılıq edirdi. Nadir tezliklə əfqanları ölkədən qova bildi. Əfqanları ölkədən qovandan sonra o, Azərbaycan torpaqlarını ələ keçirməyə və bu yerlərdən türk qoşunlarını qovmağa başladı. O, tezliklə Azərbaycanın cənub torpaqlarının böyük hissəsini tutdu.
Türk qoşunlarını Azərbaycandan çıxardıqdan sonra Nadir Rus qoşunlarını Xəzərsahili vilayətlərindən çıxarmağa girişdi. Bu zaman I Pyot-run vəfatından sonra Rusiyanın beynəlxalq vəziyyəti mürəkkəbləşmişdi. Ordusu və donanması xeyli zəifləmişdi. Buna görə də Rusiya Nadirlə müharibəyə girişməyi lazım bilmədi və Xəzərsahili ölkələri Nadirə verməklə onunla Osmanlıya qarşı ittifaq bağlamaq istədi.
1732-ci ilin əvvəllərində Rəştdə İranla Rusiya arasında müqavilə imzalandı. Bu müqavilə ilə Kürün Xəzərə töküldüyü yerdən cənuba doğru bütün Xəzərsahili torpaqlar İrana verildi. Bir qədər sonra, 1735-ci ildə İranla Rusiya arasında Gəncədə ikinci müqavilə bağlandı. Bu müqavilə ilə rus qoşunları Xəzərsahili vilayətlərinin qalan hissələrindən öz əsgərlərini çəkməyə, bu yerləri İrana güzəştə getməyə məcbur oldu.
Nadir bütün bu yerləri tutandan sonra Muğana gəldi. Şah Təhmasib öldükdən sonra onun kiçik yaşlı oğlu şah elan edilmişdi. Nadir İran şahının kiçik yaşlı olmasını, onun dövlət işlərilə məşğul ola bilməyəcəyini bəhanə edib İranın feodallarını buraya qurultaya çağırıb özünü İran şahı elan etdi. Bundan bir az sonra kiçikyaşlı III Şah Abbas öldü. Belə bir mülahizə vardır ki, onu Nadir şah öldürtmüşdü.
Qurultayda feodallardan bəziləri Nadirin şah seçilməsi əleyhinə çıxış etdilər. Onların arasında mərkəzi Gəncə olan Qarabağ bəylərbəyi Zi-yadoğlu da var idi. O, açıqca söylədi ki, Təhmasib Quluxanın əsil-nəsəbi yoxdur. O, şah ola bilməz. Nadir onun şah seçilməsinin əleyhinə olanların çoxunu öldürtdü. Lakin o, qüdrətli Qacarlar soyundan olan Ziyadoğlu-nu edam etdirməkdən çəkindi. Buna baxmayaraq Qarabağ bəylərbəyini xeyli zəiflətdi. O, Qazax və Borçalınm idarəsini Qarabağ bəylərbəyindən ayırıb Gürcüstan əmirlərinin idarəsinə verdi. Qarabağdan otuz iki, Cavanşir və Kəbirli soylarını Xorasana köçürdü.
Beləliklə, Nadirin özünü şah elan etməsi və kiçik yaşlı III Şah Abbasın ölümü ilə İran taxtında Səfəvilərin hakimiyyətinə son qoyulmuş oldu. Nadir şah Azərbaycanı tərk edib İrana qayıdanda qardaşı İbrahim xanı Azərbaycanın hakimi təyin etdi.
 
Mədəniyyət
Azərbaycan Səfəvilər dövlətinin yaranması, ölkə ərazisinin bir dövlətin tərkibində birləşdirilməsi, xarici basqınların nisbətən azalması, təsərrüfatın bütün sahələrinin inkişaf etməsi mədəniyyətin inkişaf etməsinə də təsir etdi. Azərbaycan şahları Şah İsmayıl və onun oğlu I Təhmasib öz dövrlərinin çox savadlı adamları olmuş, elm və mədəniyyət xadimlərini həmişə himayə etmişlər.
XVI yüzilliyin mədəniyyət sahəsində əldə edilmiş ən böyük nailiyyətlərindən biri ana dilimizin inkişafi üçün yaradılmış şərait idi. Artıq dövlət dili olmuş Azərbaycan dili və Azərbaycan ədəbi dili xeyli zənginləşdi. Bu dildə Xətai, Həbibi, Füzuli kimi dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş etmiş şairlər yazıb-yaratmışdır.
Bu dövrdə xalq dili də xeyli zənginləşdi. Bu xalq yaradıcılığında və aşıq yaradıcılığında öz əksini tapmışdı. Bu dövrdə yaşayıb-yaratmış Qur-bani yaradıcılığında aşıq sənətinin bütün incəliyi xalq kütlələrinin xarici işğalçılara və feodal zülmünə qarşı mübarizəsi, insanların mərdliyi, məhəbbətin gözəlliyi öz əksini tapmışdı. Ümumiyyətlə Azərbaycanda ilk dastanların yaranması bu dövrə aiddir.
Azərbaycanda şifahi aşıq sənəti ilə yanaşı klassik ədəbiyyat inkişaf edirdi. Şah İsmayılın sarayında ədəbi məclis var idi. Bu məclisə dövrünün görkəmli şairi Həbibi başçılıq edirdi. Saray şairlərinin yaradıcılığı xalq həyatından uzaq idi. Onların əsas işi şahlara mədhiyyə yazmaq idi. Şah İsmayılın özü də böyük şair idi. Xətai təxəllüsü ilə şeirlər yazırdı. Şah İsmayılın Azərbaycan dilində yazılmış bir çox şeirləri, poema və qəzəlləri bizim dövrümüzə qədər gəlib çıxmışdır.
Azərbaycan Səfəvilər dövlətinin yaşadığı dövrün ən böyük, doğma dilimizdə yazıb-yaratmış dahi şairi Məhəmməd Füzuli (1498-1556) olmuşdur. Füzuli İraq mühitində, oraya hələ XII yüzillikdə gəlmiş indi Kərkük türkmənləri adlanan Azərbaycanlılar içərisində dünyaya göz açmışdır. Müsəlman dünyasının böyük mədəniyyət mərkəzi olan Bağdad, o dövrdə Səfəvilər dövlətinin tərkibinə daxil idi.
Dövrünün ən savadlı adamlarından biri olub, şərq dillərində və bu dillərin vasitəsilə şərq mədəniyyətinə yiyələnmiş Füzuli dünya ədəbiyyatı xəzinəsinin inciləri sayılan «Leyli və Məcnun ”, „Şikayətnamə ” və başqa əsərlərini ana dilində yazmışdır. Nizami kimi nəhəng söz ustası, Nəvai kimi böyük şairdən sonra “Leyli və Məcnun» mövzusuna qayıtmaq, bu mövzuda poema yazmaq böyük cəsarət tələb edirdi.
Doğrudur, Nizamidən sonra Leyli və Məcnun mövzusunda 200-ə qədər poema yazılmışdır. Lakin onların heç biri Nizami, Nəvai səviyyəsinə yüksələ bilməmişdir. Füzulinin “Leyli və Məcnun ”u isə dünya ədəbiyyatı xəzinəsində bu mövzuda yazılmış əsərlərin ən parlaq incisidir. Böyük şair olan Füzuli, həm də böyük alim idi. Onun təbabətə və astronomiyaya dair də əsərləri vardır.
XVI yüzillikdə Azərbaycan mədəniyyətinin digər sahələri, o cümlədən incəsənət xeyli inkişaf etmişdi. Bu dövrdə Təbrizdə Kəmaləddin Behzad (1455-1535) kimi böyük nəqqaş (miniatür) yaşayıb-yaratmışdır. Behzad Şah İsmayılın ən çox sevdiyi rəssam olmuşdur. Behzadın Nizaminin əsərlərinə çəkdiyi miniatürlər çox qiymətli sənət əsərləridir. Behzad Təbrizdə öz davamçılarının bütöv bir məktəbini yaratmışdı. Bu dövrdə xəttatlıq da xeyli inkişaf etmişdi. Şərqdə hələ çap işinin olmadığı bir vaxtda xəttatlıq çox böyük əhəmiyyətə malik idi. Xəttatların böyük əməyi sayəsində Nizami, Füzuli və başqaları kimi böyük şairlərin, elm və mədəniyyət xadimlərinin çox qiymətli əsərlərinin əlyazmaları gəlib günümüzə qədər çatmışdır.

Səfəvilərin hakimiyyəti dövründə memarlıq xeyli inkişaf etmişdi. Qusar rayonunda Həzrə kəndi yaxınlığında Şeyx Cüneyd məqbərəsi, Naxçıvan yaxınlığında Əlincə çayı üzərində körpü, Bakının şərq darvazaları, bir çox karvansaralar və başqa tikililər bu dövrün yadigarlarıdır. Klassik muğam bu dövrdə məclislərin bəzəyi olmuşdu. Azərbaycan xanəndələri bütün şərqdə şöhrət qazanmışdılar.
Bu dövrdə elm xeyli tərəqqi etmişdi. Səfəvilərin Təbrizdə yaratdıqları saray kitabxanası dünyanın ən zəngin kitabxanalarından biri idi.
Bu dövrdə Marağa rəsədxanası bərpa edildi. Tarix elminin inkişafında irəliyə doğru addımlar atıldı. Azərbaycan tarixçisi Həsən bəy Rumlu-nun yazdığı “Əhsənut-təvarix” (Tarixlərin ən yaxşısı) əsəri, o dövrün tarixini öyrənmək üçün çox qiymətli vasitədir. Həsənbəy Rumlu ilə yanaşı XVI yüzillikdə tarixçilərin bütöv bir nəsli yaşayıb-yaratmışdır.
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh