III Əhmədin Hakimiyyəti (1703-1730)

1703-cü ildə hakimiyyətə gələn III Əhməd üsyanı yatırdı. Üsyançıların bəzilərini öldürtdü, bəzilərini isə edam etdirdi. Bundan sonra səfərlərə başladı.
Osmanlı ordusu 1711-ci ildə baş vəzir Baltaçı Məhməd paşanın əmrində hərəkətə keçdi. Çar Pyotr Boğdan və Ehistandan ordu toplayaraq Tunanı tutmaq, Boğdan və Əflaqı Osmanlıya qarşı üsyana təşviq etdirmək istəyirdi. Çar Pyort bu səfəri Osmanlı dövlətindəki xristianları azad etmək məqsədilə etdiyini bildirdi. Rus ordusu Tunaya enərək Osmanlılara pusqu qurmaq istədi. Ancaq Osmanlı ordusu onlardan əvvəl buranı keçdi. Krım ordusu ilə birləşən Osmanlı ordusu ruslan Prut çayı sahilində sıxışdırdılar. Ruslar sülh təklif etdi. Müqavilə imzalandı. Müqaviləyə əsasən Azak qalası türklərə təslim ediləcək, yeni tikilən qalalar söküləcək və Krıma illik vergi veriləcəkdi. Mühasirədən azad olan Rus çan müqavilənin heç bir maddəsini yerinə yetirmədi.
1714-cü ildə Venedikə qarşr müharibə elan edildi. Avstriyanrn İspaniyada müharibə ilə məşğul olduğu üçün bura kömək etməyəcəyi nəzərdə tutulmuşdu. 1715-ci ildə Mora dənizdən və qurudan edilən hücumla Ve-nedik ələ keçirildi. Avstriya Venedikdə itirdiyi əraziləri geri almağa çalışırdı. Osmanlılar buna qarşı tədbir almadılar. Nəticədə Tameşvar Avstriyanın əlinə keçdi. Sonrakı il də Belqradı mühasirə edən Şahzadə Ojen ani bir hücumla Osmanlı ordusunu məğlub edərək buranı ələ keçirdi. Bununla da Belqrad ikinci dəfə itirildi. Avstriya ilə 1718-ci ildə Pasarov-çamüqaviləsi imzalandı. Müqaviləyə əsasən Əflaq, Tameşvar və Saman-dıra Avstriyaya verildi. Venediklə də sülh müqaviləsi imzalandı.
 
Lalə dövrü (1718-1730)
İbrahim Paşa və Fəaliyyətləri

İbrahim paşanın əsl adı Musqaradır. III Əhmədlə şahzadə olarkən tanış olmuş və onun qızı ilə evlənmişdi. Xarakter olaraq müharibələrdən heç xoşu gəlməyən, əyləncə həvəskarı bir insan idi. Vəzirliyinin ilk 5 ili sükutla, sonrakı illərinin bir qismi isə Səfəvilər üzərindəki qələbələrin sevinci ilə keçdi. İbrahim paşa yaxşı təhsil almışdı. Şeirə, sənətə və musiqiyə xüsusi rəğbəti vardı. Seyid Vəhbi, Nahifi, Əhməd Neyli, Nədim və başqa şair və yazıçıları müdafiə etmişdir. Elmi söhbtlərdən xoşu gələrdi. Tarixə meyli olduğu üçün milli kitabxanaya dəyərli əsərlər gətirtmişdi. Ayninin 24 cildlik böyük tarixini tərcümə etdirmişdir. Elm heyəti təşkil etdirərək bura dövrünün ən nüfuzlu alimlərini dəvət etmişdir.
Bundan əlavə Aristotelin bəzi əsərlərini də tərcümə etdirmişdi. İbrahim paşa doğulduğu kənddə iki came, bir mədrəsə, imarət, məktəb, bir neçə bulaq və bunlara aid vəqflər qurdurmuşdur. İstanbulda Darul-hədis mədrəsəsi və kitabxana, dərs otaqları və hamam tikdirmişdir.
İznikdən ustalar gətirdərək 1725-ci ildə İstanbulda çini qablar istehsal edən fabrik qurdurdu. Bundan əlavə qumaş fabriki də tikdirmişdir.
İbrahim paşa və III Əhməd əyləncəyə düşkünü və qərbmeyilli insanlar idilər.
 
Səfəvilərlə Müharibə
Səfəvilər zəifləmişdi. Əfqan Üveysi Səfəvilərin bir qisim torpaqlarını ələ keçirmişdi. Dağıstan 1722-ci ildə Səfəvilərdən ayrılaraq Osmanlılara tabe olmuşdu. Rusiya Qafqaza ordu yeritmişdi. Osmanlılar 1723-cü ildə Səfəvilərlə müharibəyə başladılar. Nəticədə Tiflis, Qori, Cənubi Azərbaycan, Luristan, Kirmanşah, Həmədan Osmanlıların əlinə keçdi. İranın böyük hissəsini əlində saxlayan Nadir şah Əfşar Osmanlılara qarşı mübarizəyə başladı. 1730-cu ildə Nəhavənd, Həmədan və Kirmanşahı geri aldı. İstanbulda siyasi böhran başladı. Bununla da İbrahim paşanın düşmənlərinin gözlədiyi fürsət gəlib çatdı. Yeniçəri üsyanları başladı.
 
Patron Xəlil Üsyanı və III Əhmədin Taxtdan Endirilməsi
Padşah və vəzir hərbi sirləri yaxşı bilmirdilər. Üsyanın səbəblərindən biri də yeniçərilərdən ümidini kəsən İbrahim paşanın, Fransadan yeni ordu gətirərək təlimlərə başlaması idi. Üsyançılara Patron Xəlil rəhbərlik edirdi. Üsyançılar əvvəl 4, sonra isə 37 nəfərin başını istədilər. Bəzi yerlərin təyinlərini dəyişdilər. Bu əsnada İbrahim paşa və iki nəfər də öldürülərək üsyançılara göndərildi. Bununla kifayətlənməyən üsyançılar III Əhmədin taxtdan əl çəkməsini istədilər. Bunu görən III Əhməd 1730-cu ildə qardaşı II Mustafanın oğlunu taxta keçirdi.
III Əhməd 27 il hökmdarlıq etmişdir. Taxtdan enəndən 6 il sonra 1736-cı ildə 63 yaşmda olarkən vəfat etmişdir.
 
I Mahmudun Hakimiyyəti (1730-1754)
Üsyançılar İstanbul qazısı təyin etdikləri Divanə İbrahim əfəndinin fitvası ilə 120-ə yaxın köşkün yandırılmasını tələb etdilər. Padşah bunlardan qurtula bilməyəcəni anlayaraq onlara icazə verdi. Bütün bunlara baxmayaraq üsyançılar dövlət işlərindən əl çəkməyərək hər işə müdaxilə etdilər. Bu səbəbdən Patron Xəlil, Muslu Beşə, Çinar Əhməd, Qarailan, Əmir Əli başda olmaqla 18 üsyançı öldürüldü və üsyan yatırıldı. İki ay sonra onların növbəti üsyanı da yatırıldı.
Nadir şahın aldığı yerlərdən Urmiya, Kirmanşah və Həmədan geri alındı. 1732-ci ildə müqavilə imzalandı. Müqaviləyə əsasən Araz çayı sərhəd oldu. 1 il sonra Nadir şah Bağdadı mühasirə etdi. 30 min əsgər itirməsinə baxmayaraq buranı ala bilmədi. Lakin sonralar itirdiyi əraziləri geri aldı və Qəsri-Şirin müqaviləsi əsas alınaraq 1737-ci ildə yeni bir müqavilə imzalandı.
Ruslar 1736-cı ildə iki tərəfdən hücumakeçərək 96 gün mühasirədən sonra Azakı tutdular. Digər qol Krıma daxil oldu. Bir çox əraziləri talan etdilər. Bağçasarayda kitabxanaları yandırdılar. Osmanlı ordusu gələndə isə geri çəkildilər. Bu əsnada Avstriya ruslan sülh müqaviləsi imzalamağa razı salacağını bildirdi. Bununla Osmanlının başını qatan Avstriya, Rusiya ilə birləşərək Vidin, Niş, Əflaq və Bosniya tərəfdən hücuma keçdilər. Osmanlı pusquya düşmüşdü. Niş döyüşsüz təslim oldu. Həkimoğlu Əli paşa isə Bosniyanı çox yaxşı müdafiə etdi və Avstriya ordusunun çoxunu məhv etdi. Nəticədə Belqrad sülh müqaviləsi imzalandı. Rusiya, Avstriya ilə müharibə gedərkən Boğdan, Yaş və Hotini almışdı. Fransız elçiləri vasitəsilə 1739-cu ildə Rusiya ilə müqavilə imzalandı.
I Mahmudun dövründə şəhərdə bir neçə yanğın baş verdi. Padşah yanan bütün obyektləri dövlətin hesabına yenidən tikdirdi. Bunun ardından 1752-1754-cü illərdə meydana gələn zəlzələlərdə şəhərin böyük qismi məhv oldu.
Sultan I Mahmud 1754-cü ildə 59 yaşında olarkən vəfat etmişdir. 24 il, 2 ay, 12 gün hakimiyyətdə olmuşdur.
Dərrakəli və hadisələri tez qavrayan bir şəxs idi. İstanbuldan çıxmamasına baxmayaraq müxtəlif istiqamətlərə göndərdiyi bacarlıqlı komandirlər sayəsində qələbələr qazanmışdır.
 
III Osmanın Hakimiyyəti (1754-1757)
II Mustafanın ikinci oğlu olan III Osman 56 yaşında taxta keçmişdir. III Osmanın dövründə İstanbulda qısa müddətdə bir neçə yanğın baş verdi. 1755-ci ildə 36 saat davam edən bir yanğın nəticəsində şəhərin 2/3-si yanmışdı. 1756-cı ildə baş verən başqa bir yanğında isə 2000 ev, 1000 dükan, 200 came və məscid, 70 hamam yanmış və bir çox insan da tələf olmuşdu. İnşaatına I Mahmud dövründə başlanılan və 7 ilə tamamlanan cameni III Osman Nuri-Osmaniyə adı ilə istifadəyə vermişdir.
III Osman 1757-ci ildə vəfat etmişdir. Bütün həyatı sarayda keçmişdir. Heç kəsə etibar etmirdi. Onun dövründə nəzərə çarpacaq hər hansı bir xarici hadisə baş verməmişdir. Heç övladı olmayıb.

III Mustafanın Hakimiyyəti (1757-1774)
1757-ci ildə Osmanlı padşahı olan III Mustafa 41 yaşında ikən taxta çıxmışdır. Səltənətinin 1767-ci ilə qədərki bölümü rahat keçmişdir.
III Mustafa yenilik tərəfdarı bir padşah olduğundan hakimiyyətə gələn kimi hərbi islahatlara başladı. Bu əsnada İstanbulda olan Baron De Totdan istifadə edərək yeni toplar tökdürmüşdür. III Mustafa eyni zamanda yeni gəmilər də inşa etdirmişdi. O, fəal bir padşah idi. Top təlimlərinə birbaşa özü nəzarət edərdi. Xəzinəni doldurmağı bacardı.
Onun hakimiyyəti dövründə Avropada Avstriya, Fransa və Lehistan durğunluq dövrü keçirirdi. Lakin Rusiya isə inkişaf etməyə başlamışdı. II Yekatirina Rus taxtını ələ keçirmişdi.
1739-cu ildəki Belqrad müqaviləsindən sonra Rusiya Osmanlıya müharibə elan etməsə də, onlara qarşı düşmənçiliyini davam etdirirdi. Ortodoksları Gürcüstanda üsyana təşviq etmişdi. Bu yolla Osmanlı ərazilərinə təcavüz etdi. Dövlət 1768-ci ildə Rusiya ilə müharibə etməyə məcbur oldu. Ordu bu müharibəyə hazır deyildi. Üstəlik təlim də keçməmiş və komandirləri də yaxşı deyildi. Rus ordusu isə müasirləşmişdi. 1769-cu ildə Hotin qalasının mühafizəçiləri zəif olmalarına baxmayaraq Ruslan iki dəfə məğlub etdilər. Amma komandirlərinin bacanqsızlığı ucbatından qala 300 top ilə Rusların əlinə keçdi.
Tunanın şimalında olan bütün torpaqlar bu vaxtlan ruslann əlinə keçdi. Ruslar artıq Krımı da ələ keçirə bilərdilər. Ruslar 90 minlik ordu ilə 1771-ci ildə Krımı tutdular. Bu minvalla Rusların əlinə keçən Krımda Osmanlı hakimiyyəti 296 il davam etmişdir. Bəzi knmlılar Osmanlı torpaqlarına köçdü. 1772-ci ildə əhəmiyyətli bir hadisə baş vermədi.
Ruslar 1773-cü ildə misirliləri üsyana sövq etdilər. Lakin üsyan tezliklə yatırıldı. Hər iki tərəfin nümayəndələri Kiçik Qaynarçada müqavilə imzaladılar. Müqaviləyə əsasən Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu. Bundan əlavə Osmanlı 3 il ərzində Rusiyaya 750 min axça hərbi təzminat verməli idi. Osmanlı dövləti bu vaxta qədər belə biabırçı müqavilə imzalamamışdı. Bu müqavilə torpaq itkisi az olmasına baxmayaraq, dövləti zəiflədən, Krımın əldən çıxmasına səbəb olan, rusların daxili işlərə müdaxilə etməsinə imkan verən bir müqavilə idi.
16 il, 3 ay davam edən hakimiyyətindən sonra 57 yaşında ruslara məğlub olmağın təsiri ilə 1774-cü ildə III Mustafa vəfat etdi. O, dövlətdə bir çox islahatlar aparmışdır.
 
I Əbdülhəmidin Hakimiyyəti (1774-1789)
III Əhmədin oğlanlarından olan I Əbdülhəmid 1774-cü ildə 47 yaşında ikən qardaşının yerinə taxta keçdi. O, mərhəmətli, məsuliyyətli, dövlətin zəifləməsini dayandırmağa çalışan bir padşah olmuşdur. Əhali Krımın itirilməsinə çox kədərlənmişdi. Oranın geri alınmasım arzu edirdilər.
Səfəvilərdə də 1747-ci ildən etibarən hakimiyyət uğrunda mübarizələr başlamışdı. Osmanlının zəifləməsindən istifadə edən Kərim xan və qardaşı 1776-cı ildə Bəsrəni ələ keçirdilər. Bəsrə 3 il sonra geri alındı.
Kiçik Qaynarça müqaviləsindən sonra Osmanlı dövləti çox zəifləmişdi. 1780-cı ildə Rusiya ilə Fransa dövləti bölüşdürmək haqqında razılığa gəldilər. Bu vaxt Rusiya Krımı yenidən işğal etdi. Osmanlı dövləti onların bu hərəkətinə göz yumdu. Ordu hazırlıqsız olduğundan Knm və ətrafi məcburi olaraq ruslara verildi. II Yekatirina İstanbulu tutmaq istəyirdi. Bu məqsədlə nəvələrindən birinə Konstantin adını da vermişdi. O, İstanbulu tutaraq Bizansı yenidən diriltməyi düşünürdü. Avstriya Rusiya ilə Osmanlını parçalamaq üçün razılaşarkən, İsveç və Prussiya da Osmanlını Krımı geri almağa çağırırdı. Ancaq dövlət döyüşə hazır deyildi.
Həyatının 47 ilini qapalı keçirən, taxta keçən kimi Kiçik Qaynar-ça sülhünü imzalamağa məcbur olan I Əbdülhəmid islahat tərəfdarı idi. Qara vəzir Seyid Məhməd paşanı vəzir təyin etdi. Bu vəzir dövlət işlərinə müdaxilə etdi. Valilərin tez-tez yerdəyişmələrinin qarşısını aldı. Baron De Tot tərəfindən tərtib edilən topçu dəstəsinin təlimlərinə böyük əhəmiyyət verdi. Yeniçəri ordusunu xaricilərdən təmizlədi. 2 min topçu yetişdirildi ki, bunlar da dəqiqətə 8-10 mərmi atmağı bacarırdılar. XVIII əsrdə Aralıq dənizində sadəcə Osmanlı donanması var idi. 1770-ci ildə rusların Çeşmə limanını yandırmasıyla sahillər müdafiəsiz qaldı. Qazı Həsən paşanın səyi nəticəsində köhnə ağır gəmilər müasir yüngül gəmilərlə əvəz olundu. Dənizçilik məktəbi quruldu.
Xəlil Həmid paşa ordunu yeni üsularla yetişdirmək, Fransa da Osmanlıya bu məsələdə kömək etmək istəyirdi.
Avstriya, zəifləyən Osmanlını ələ keçirmək üçün Osmanlıya müharibə elan etdi. Lakin müharibədə məğlub oldu. Ruslar bu arada Yaş qəsəbəsini tutdular. Buna əvəz olaraq Qazi Hüseyn paşa rus donanmasını Qaradənizdə məğlub etdi. Ruslar Özi qalasım mühasirəyə aldılar. Həmid Hüseyn paşa qalanı 7 ay müdafiə etsə də köməksiz qaldı. Nəticədə ruslar qalanı ələ keçirdilər. Oranı yağmaladılar. 3 gün ərzində 25 min nəfəri öldürdülər. Dövlət İsveçlə müqavilə imzalayaraq rus donanmasının Aralıq dənizinə girməsinin qarşısını aldı.
Özi qalasının rusların əlinə keçməsindən sonra kədərdən xəstələnən I Əbdülhəmid 1789-cu ildə 65 yaşında vəfat etdi. 15 il, 2 ay, 17 gün hakimiyyətdə olmuşdur. O Bağçaqapıda tikdirdiyi türbədə dəfiı edildi. Xalq dindarlığından ötrü onun vəli olduğuna inanırdı.
 
Ə. III Səlimin Hakimiyyəti (1789-1808)
I Əbdülhəmidin vəfatından sonra, III Mustafanın oğlu III Səlim taxta gəldi. Bu vaxt Rusiya və Avstriya ilə müharibə hələ də davam edirdi. Ancaq dövlət maddi cəhətdən zəifləmişdi. Eyni zamanda əsgərlər də cəbhələrdən qaçırdılar. Qazi Həsən paşa bu səbəblə qəti qərarlar almağa başladı. Buna baxmayaraq Bəndər ərazisi də Rusların əlinə keçdi.
Avstriya 20 günlük mühasirədən sonra 1789-cu ildə Belqradı ələ keçirdi. Avstriya və Rusiyanın gücləndiyini görən Prusiya, Osmanlı dövləti ilə müqavilə imzaladı. Müqavilədən sonra Avstriya da Osmanlı ilə müqavilə imzalamağa məcbur oldu. Prusiya heyətinin də qatıldığı uzun mübahisələrdən sonra köhnə sərhədlər qalmaq şərtilə 50 illik Ziştove müqaviləsi imzalandı. II Yekatirinanm orduları bir çox yerlərlə yanaşı İsmayıl, Kili və Tuna qalalarını ələ keçirdi. Rusların qarşısını almaq mümkünsüz idi. Onlar ələ keçirdikləri ərazilərdə qətliamlar törədirdilər.
1768-1789-cu illərdəki Rus-Osmanlı müharibələri ordunu xeyli zəiflətmişdi. 1683-cü ildə Devşirmə qanunu ləğv edildiyindən, müharibələrdə təlim keçməyənlər iştirak etməli olurdular. Buna görə də ordunun məğlubiyyəti qaçmılmaz idi. Xəlil Həmid paşa üsyanından qorxduğu üçün yeniçərilərə toxuna bilmirdi. Onların bir qismi döyüşlərə də getmirdilər.
Osmanlı dövlətinin bu məğlubiyyətlərindən sonra dövlət adamları islahatlar aparmaq barədə qərar qəbul etdilər. Bu məsələdə Fransadan kömək almaq istəyirdilər. Bu müzakirələr davam edərkən İtaliya cəbhəsində qələbələr qazanan Napaleon Bonapart 280 gəmi və 38 min əsgərlə 1798-ci ildə İsgəndəriyyə limanına gələrək Misiri işğal etdi. Suriyanı da ələ keçirmək istəyərkən Akka yaxınlığında məğlub edildi. Gizlicə Misirə, oradan da Fransaya qayıtdı. Fransa Maltanı ələ keçirdi. Osmanlı ordusu Fransa ordusuna məğlub oldu. Fransa ilə yenidən dostluq münasibətləri yaradıldı.
III Səlim islahat tərəfdarı olduğundan islahatlara başladı. O, ilk olaraq Nizami-Cədidi qurdurdu. Bu idarənin qurulması ilə Osmanlı avropa-laşmağa başlayırdı. III Səlim bu işə başlayarkən bunun çox çətin olduğunu bilirdi. Çünki müsəlmanlar əsrlərlə Avropaya meydan oxumuşdular. Onları avropalaşdırmaq çox çətin idi.
Nizami-Cədidin davam etməsi üçün güclü bir heyətə ehtiyac var idi. Padşahın isə belə bir heyəti yox idi. Alimlərin çoxu, Nizami-Cədidin-yəni avropalaşmağın-düşməni idi. Ölkədəki üsyanlar getdikcə artırdı. Əsgərlərin şalvar geyinməsi, dinsizlik olaraq qəbul edilməyə başlanıldı. Bu fikirlər xalq tərəfindən də dəstəklənirdi. Bu dövrdə şeyxülislamlı-ğa Rumeli qazısı Topal Ataullah əfəndi gətirildi. O da yenilik düşməni idi. Lakin bunu büruzə vermirdi. Bu vaxtlarda üsyanlar daha da artdı. Üsyançılara Qabaqçı Mustafa adlı şəxs rəhbərlik edirdi. Üsyan vəliəhd Şahzadə Mustafa və Topal Ataullah əfəndi tərəfindən də dəstəklənirdi. III Səlim şeyxülislamın da içində olduğu bir üsyanla qarşı-qarşıya idi. Bu səbəblə də Sultan Nizami-Cədidi ləğv etdiyini elan etdi. Etdikləri ilə kifayətlənməyən üsyançılar padşahdan 11 nəfərin başını istədilər. Padşah da, onların istəklərini yerinə yetirməli oldu. Üsyançılar onları müxtəlif işgəncələrlə öldürdülər.
Ataullah əfəndinin fitvasilə III Səlim taxtdan endirildi. Onun özü də “belə bir təbəqənin padşahı olmaqdansa olmamaq daha yaxşıdır” deyərək taxtdan çəkildiyini bildirdi. III Səlim 18 il, 2 ay hakimiyyətdə qalmış, 46 yaşında taxtdan endirilmişdi.

IV Mustafanın Hakimiyyəti (1807-1808)
I Əbdülhəmidin oğlu və II Mahmudun böyük qardaşı olan IV Mustafa çox hiyləgər insan idi. Hökmdar olarkən 28 yaşı vardı.
Tunada döyüşən ordudakı yeniçəriləri və Nizami-Cədidə bağlı olanları öldürməyə başladıqda bunlar Ələmdar Mustafa paşanın yanma qaçdılar. Ələmdar Tirsinikli İsmayıl ağanın vəfatından sonra onun yerinə keçmişdi. Ruslarla apardığı müharibələrdə göstərdiyi qəhrəmanlıqlardan ötrü ona vəzir ünvanı verilmişdi. Padşah və baş vəzirin etimadını qazanan Ələmdar, ordusu ilə İstanbula gələrək Qabaqçı üsyanını yatırdı.
Ələmdar Mustafa paşa III Səlimi taxta çıxarmaq istəyirdi. Bundan xəbər tutan IV Mustafa, əmisi III Səlimi öldürdərək II Mahmudun da dərhal öldürülməsini əmr etmişdi. Ancaq II Mahmud adamlarının köməyi ilə ölümdən canını qurtara bildi. IV Mustafanın adamları tərəfindən 47 yaşmda öldürülən III Səlimin cənazəsini görən Ələmdar Mustafa paşa ağlamağa başladı.
Ələmdar Mustafa paşa bu hadisədən sonra IV Mustafanı taxtdan endirərək, yerinə II Mahmudu taxta çıxardı. IV Mustafa taxtda 1 il, 2 ay qalmışdır.

II Mahmudun Hakimiyyəti (1808-1839)
II Mahmud sultan olarkən dövlət dağınıq vəziyyətdə idi. Dövlət idarəsi zəifləmişdi. Anadolu və Rumeli üsyançıların əlində idi. Vəhhabilər Məkkə və Mədinəni ələ keçirmişdilər. Misirdə də Məhməd Əli paşa mübarizəyə başlamışdı. Dövlətin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçildi. Bir çox üsyançı öldürüldü və İstanbulun asayişi təmin edildi. Bu əsnada baş vəzir Ələmdar Mustafa paşa, Anadolu və Rumelinin bütün əyanlarım İstanbula çağırdı. “Məşvərəti-ammə” adlı dövlət adamlarının iştirak etdiyi toplantı keçirildi. Nəticədə bu qərarlar alındı: Padşahın əmrləri mütləq olaraq yerinə yetiriləcək, baş vəzirin əmri də qanun çərçivəsidə padşahın əmri kimi yerinə yetiriləcəkdi. Bu qərarın qəbul olunmasına şeyxülislam fitva verdi. Padşah da təsdiq etdi. Bu hadisənin Osmanlı tarixində bənzəri yoxdur.
Ələmdar Mustafa paşa hərbi islahatlara başladı. Səqbanı-Cədid adlı hərbi təşkilat quruldu və təlimlərə başlandı. Bunları bacaran Ələmdar paşa qürura qapıldı. Bu səbəblə ətrafındakılar onu tərk etdilər. Düşmənləri də bundan istifadə edərək sarayını mühasirəyə aldılar. Qurtula bilməyəcəyini anladıqda sarayının altındakı silah anbarını partlatdı və 4 yüz yeniçəri ilə birgə həlak oldu.
Üsyançılar padşahı da istəmədiklərini bildirirdilər. II Mahmud üsyançılarla birlikdə olan IV Mustafanı alimlərin fitvası ilə öldürtdü. Bundan sonra başqa şahzadə qalmamışdı. Buna baxmayaraq yeniçərilər yeni padşah axtarmağa başladılar. İstanbulda bu hadisələr cərəyan edərkən Rus çarı və Napaleon Osmanlı ərazilərini bölüşdürmək haqqında düşünürdülər. Çar İstanbulu istədikdə Napaleon: “ora müstəqil bir impera-torluğa dəyər” demişdi. Rus-Osmanlı müharibəsi 3 il davam etdi. Məğlubiyyətdən sonra ruslar Basarabya, Boğdan, Əflaq, Şimali Bolqarıstanı ələ keçirdilər. Osmanlı ordusu müharibələrə davam edirdi.
 
II Mahmudun Şəxsiyyəti
II Mahmud 31 il padşahlıq edəndən sonra, 1839-cu ildə 54 yaşmda vərəmdən vəfat etmişdir. Uzun sürən hakimiyyəti dövründə üsyanların yatırılması və müharibələrlə məşğul olmuşdur. Dövləti zəifləməkdən qorumağa çalışmışdır.
 
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh