Köprülüzadə Fazil Əhməd Paşa (1661-1676)

Köprülü Məhməd paşanın vəsiyyətinə uyğun olaraq, yerinə 25 yaşlı oğlu Fazil Əhməd paşa vəzir oldu. O, yaxşı yetişdirilmişdi.
Zitvatoruq müqaviləsindən 56 il keçmişdi. Avstriyanın yeni qala tikdirdiyi və müharibəyə hazırlaşdığını görən Fazil Əhməd paşa, 120 min əsgərlə səfərə çıxdı. Avstriya illik vergi və hədiyyə təklif etsə də qəbul edilmədi. Uyvar qalası 37 günlük mühasirədən sonra alındı. Ordu Avropanın mərkəzinə tərəf irəlilədi.124 Qışı Belqradda keçirən Köprülüzadə yeni qalanı tutaraq dağıtdırdı. Məqsədi Yanıqqalam ələ keçirərək Vya-naya nəzarət etmək idi. Senqatorda Raab çayını keçmək istəyərkən körpünün çökməsi nəticəsində 10 min əsgər öldü. Buna görə 1667-ci ildə Vasvar müqaviləsi imzalayaraq geri dönmək məcburiyyətində qaldı. Müqaviləyə əsasən fəth edilən qalalar Osmanlıda qalmalı, Avstriya da bir dəfə olmaq şərtilə 200 min qızıl florin verməli idi.
1645-ci ildə başlamış Qrit səfəri 21 ildir davam edirdi. Bütün Avropa bura kömək göndərirdi. Hazırlıqlarını tamamlayan Fazil Əhməd paşa 1666-cı ildə Qritə səfərə çıxdı. 1667-ci ildə buranın mərkəzi Qandiyyəni mühasirəyə aldı. 8 min şəhid verilməsinə baxmayaraq qala alınmadı. Qışı burada qalan baş vəzir yeni toplar tökdürərək sonrakı il qalanın mühasirəsini yenidən başlatdı. Lakin bu da bir nəticə vermədi. Mühasirə yaz aylarına qədər davam etdi. 1669-cu ildə son hücum başladı. Qalanı müdafiə edən Morosini sülh təklif etdi və müqavilə imzalandı. Bununla da Qandiyyə içindəki 1100 top və digər hərbi sursat türklərin əlinə keçdi.

25 il davam edən Venedik-Osmanlı-Qrit savaşı bununla sona çatdı. Adaya edilən ilk səfərdən fəthinə qədər 130 min şəhid verildi. Buranı fəth etmək Fazil Əhməd paşaya nəsib oldu.
Bundan soma Lehistanın Osmanlıya tabe olan Ukraynaya ordu göndərməsi müharibəyə səbəb oldu. Padşah səfərə çıxdı. Ordu Tuna-Dnestr çaylarım keçdi. Lemberq tutuldu. Sülh istəyən Lehistanla 1672-ci ildə Buçaş müqaviləsi imzalandı. Sonradan müqavilə pozuldu. Jan Sobiyeski kral seçildi. O daHotini ələ keçirdi. Bundan sonrakı illərdə də Lehistan səfərlərinə davam edilərək bir çox ərazi tutuldu. Nəticədə Zoravno müqaviləsilə müharibə dayandı. Ukrayna və Podolya Osmanlıya, Qaliçiya və Lublin Lehistana verildi. Bu müqavilə 1683-cü ilə qədər 7 il davam etmişdir.
Fazil Əhməd paşa 1676-cı ildə 42 yaşında vəfat etdi. Vaxtsız vəfatı dövlət üçün bir çox itkilərə səbəb oldu. 15 il, 4 ay vəzirlik etmişdir. Ömrünün çox hissəsini cəbhələrdə keçirmişdi. Natiqlik məharəti var idi.
 
Merzifonlu Qara Mustafa Paşa
Köprülü Məhməd paşa tərəfindən yetişdirilən Merzifonlu, Fazil Əhməd paşanın ölümündən sonra 1676-cı ildə baş vəzir oldu.
Baltik dənizi Lehistanın, Qara dəniz də Osmanlıların əlində idi. Rusiyanın Osmanlılara tabe olan Ukraynanı özünə tabe etmək istəməsi Osmanlının ora yürüş etməsinə səbəb oldu. Merzifonlu, Ukraynanın mərkəzi Cehrinə gələrək şəhəri ələ keçirdi. Bəzi yerləri tutandan sonra geri döndülər. Çarəsiz qalan ruslar müqavilə imzalamağa razı oldular. 1681 -ci ildə Ədimə müqaviləsi ilə, Ukrayna iki dövlət arasında bölündü. Rusiya Krıma illik vergi verməyə razı oldu.
Osmanlıların Əlcəzair donanması Fransaya hərəkət etməyə imkan vermirdi. Bu vəziyyətin gərginləşməsinə səbəb oldu. Bu dövrdə Osmanlı dövlətində daxili çəkişmələr səngimişdi.
Papanın təşviqi ilə bütün Avropa türklərə qarşı birləşməyə başladı. 1682-ci ildə Avstriyaya qarşı müharibə elan olundu. Merzifonlu Vyananı mühasirəyə almağa qərar verdi. Məğlub olan Avstriya ordusu geri çəkildi. Bütün Avropa Vyananı qurtarmağa çalışırdı. Lehistan kralı Sobiyeski böyük bir ordu ilə köməyə gəldi. Nəticədə Alamandağı yaxınlığındakı döyüşdə Osmanlı ordusu məğlub oldu. Vyana məğlubiyyəti türk tarixinin dönüş nöqtəsidir. Türklüyün 1071-ci ildə Malazgirddə başlayan və 612 il davam edən qələbələri Vyana məğlubiyyəti ilə sona çatdı. Bundan sora isə geriləmə dövrü başladı.

Vyana məğlubiyyətindən Belqradda xəbər tutan IV Məhməd, buna əhəmiyyət vermədi. Vəzirinə təsəlli verərək İstanbula qayıtdı. Merzifon-lunu sevməyənlər onun edamına səbəb oldular. O, Belqradda edam edildi. Onun yerinə Qara İbrahim paşa gətirildi. Merzifonlunun edamı dövlətin daha da zəifləməsinə və geriləməsinə səbəb oldu.
 
IV Məhmədin Taxtdan Endirilməsi və Vəfatı
Həmişə Ədimədə oturan, dövlət işlərilə maraqlanmayan, tarixə ovçu kimi düşən IV Məhməd, 1687-ci ildə taxtdan endirildi. Onun yerinə qardaşı Süleyman gətirildi.
IV Məhməd silah işlətmək, at minmək və ox atmaqda mahir idi. Dövlət işlərini vəzirlərinə həvalə etmişdi. Ən böyük səhvi Merzifonlunu edam etdirməsi oldu. 39 il hökmdarlıq etmişdir. Taxtdan endirildikdə 46 yaşı vardı. 1693-cü ildə vəfat etmişdir.
 
II Süleymanın Hakimiyyəti (1687-1691)
Sultan İbrahimin oğlu olan Süleyman 46 yaşında idi. Cəsur və dindar olmasına baxmayaraq dövlətin geriləməsinin qarşısmı ala bilmədi.
Baş vəzir olan Mustafa paşa dövlət işlərini düzəltmək üçün hərəkətə keçdi. Könüllü əsgərlik təşkil etdi və veıgiləri azaltdı. Saraydakı qızıl və gümüş əşyalardan pul kəsdirdi. Bunu görən padşah da onun izindən getdi.
13 iyun 1690-cı ildə Fazil Mustafa paşa səfərə çıxdı. Niş, Samand-ra və Vidini aldı. Belqradı yenidən ələ keçirdi. İstanbula qayıdan Fazil Mustafa paşa mərasimlə qarşılandı.
Belqraddan sonra Budini geri almaq istəyən Fazil Mustafa paşa, 1691-ci ildə Avstriya komandiri Ludviqlə qarşılaşdı. Ludviqin ordusu 50 min süvari və piyadadan ibarət idi. Fazil Mustafa bəy Knm ordusunu gözləmədən hücuma keçməklə səhv etdi və şəhid oldu. Türklər 5 min nəfər itki verdilər. Heç bir nəticə hasil olmadı. 1691-ci ildə II Süleyman vəfat etdi. 3 il, 7 ay, 4 gün sultanlıq etmişdir. Onun yerinə qardaşı II Əhməd keçmişdir.
 
II Əhmədin Hakimiyyəti (1691-1695)
Baş vəzir Bozuklu Mustafa paşa bu əsnada bəzi islahatlar aparmağa başlamışdı. Orduya qatılmayanlann adlarını siyahıdan sildirdi. Araşdırma nəticəsində həmin şəxslərin əksəriyyətinin öldüyü, lakin onların adından başqalarının maaş aldıqları ortaya çıxdı.
II Əhməd də 1695-ci ildə Ədimədə 52 yaşında vəfat etdi.
 
II Mustafanın Hakimiyyəti (1695-1703)
IV Məhmədin böyük oğlu olan Mustafanın 35 yaşı vardı. Əmilərinin dövründəki vəziyyət onu qane etməmişdi. Hökmdarlığının üçüncü günü baş vəzirə göndərdiyi məktubunda özündən əvvəlki padşahlar kimi əyləncəyə dalmayacağım, onların buraxdığı səhvləri təkrarlamayacağmı və səfərlərdə iştirak edəcəyini bildirdi. Ərzurumda olan Feyzullah əfəndini gətirərək şeyxülislam təyin etdi. Feyzullah əfəndi də bu tarixdən başlayaraq ölənə qədər dövlət işlərinə müdaxilə etmişdir.
 
II Mustafanm Səfərləri
1695-ci ildə səfərə çıxan II Mustafa Lipve qalasını alaraq, Erdel ordusunu məğlub etdi. Bundan sonra Luqos qalasmı da ələ keçirdi. Hərblərdə şəxsən özü iştirak edirdi. Hazırlaşaraq növbəti il ikinci dəfə Avstriya səfərinə çıxdı. Tamışvara kömək edərək 1696-cı ildə Avstriya ordusunu məğlub etdi.
Son Avstriya səfərinə çıxan II Mustafa 1697-ci ildə Belqrada gəldi. Zantada körpü qurularaq çayı keçərkən Şahzadə Ojenin əmrindəki Avstriya ordusu hücuma keçdi. Osmanlı ordusu dağılmağa başladı. Baş vəzir qaçan əsgərlər tərəfindən öldürüldü. Avstriyalılar top atəşilə körpünü dağıtdılar. Ordunun 1/8-i məhv oldu. Bütün silah-sursat Avstriyalılann əlinə keçdi.
 
Ədirnə Hadisəsi və II Mustafanın Taxtdan Endirilməsi
Şeyxülislam Feyzullah əfəndinin dövlət işlərinə müdaxiləsi yeni-çərilərin üsyanına səbəb oldu. İstanbulda başlayan üsyandan sonra Ədirnəyə gələn üsyançılar 1703-cü ildə II Mustafanı taxtdan endirdilər. Feyzullah əfəndi və oğlunu əvvəlcə sancaqbəyi təyin etdirib, sonra da geri gətirərək öldürdülər. Bundan sonra II Mustafa qardaşı III Əhmədi taxta çıxardı. II Mustafa 8 il, 6 ay, 14 gün hakimiyyətdə olmuşdur. Taxtdan en-dirilərkən 40 yaşı vardı. II Mustafa səfərlərə çıxan son Osmanlı padşahıdır.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh