Kiprin Fəthi və İnəbaxtı Məğlubiyyəti

Kipr ilk dəfə 649-cu ildə Hz. Osmanın dövründə müsəlmanların əlinə keçmişdi. Anadolu və Suriyaya yaxın olan bu ada Venediklilərin əlində idi.
II Səlim Sokullunun etirazma baxmayaraq adanın fəthinə qərar verdi. Müəzzinzadə Əli paşanın əmrindəki donanma 1570-ci ildə adaya tərəf hərəkətə keçdi. Bununla başlayan fəth hərəkatı 1571-ci ildə adanın fəth olunması ilə nəticələndi. Kipri qurtarmaq üçün Don Juanın əmrində gələn Avropa donanması, İnəbaxtı yaxınlığında Osmanlı donanmasını məğlub etdi. Nəticədə Osmanlı donanması 190 gəmi itirdi. Müəzzinzadə şəhid oldu. Lakin cinahlardan birinə rəhbərlik edən Uluç Əli rəis 40 gəmini qurtararaq “Kapitani-dərya” olaraq, qılınc Əli paşa ünvanını aldı.
Bundan bir müddət sonra özünə gələn Osmanlı donanması qılınc Əli paşanın əmrində Aralıq dənizinə çıxa bildi. İspanları məğlub edərək güclərini göstərdilər. Bu vaxtlar Tunis tamamilə Osmanlının hakimiyyətini tanıdı.
 
II Səlimin Vəfatı və Şəxsiyyəti
II Səlim 1574-cü ildə, 57 yaşında vəfat etmişdir. 8 il, 3 ay, 8 gün hakimiyyətdə olmuşdur. Atalarının gücünə çatmayan ilk Osmanlı padşahıdır. Saray həyatı keçirmiş II Səlim döyüşlərdə heç iştirak etməmişdir. Sənətkar ruhlu bu padşah eyni zamanda bir divan sahibi şair idi. Ədimədə Səlimiyyə camesini tikdirərək adını əbədiləşdirmişdir.

H. III Muradın Hakimiyyəti (1574-1595)
Atasının vəfatından sonra Manisada sancaqbəyi olan III Murad, İstanbula gələrək taxta çıxdı. Sokullunu baş vəzir olaraq vəzifədə saxlamasına baxmayaraq onun müstəqil qərarlar verməsinə icazə vermədi. Dövlət işlərinə bir çox kənar müdaxilələr olurdu.
Osmanlı dövləti Əlcəzair bəylərbəyi Ramazan paşa vasitəsilə Mərakeş taxtında olan Əbdülməliki dəstəklədi. Osmanlılar özlərinə qarşı çıxan və köhnə Sultanı dəstəkləyək Portuqalya kralı Sebastyanm əmrindəki ordunu məğlub edib 20 min nəfəri öldürərək, 40 min nəfəri əsir aldılar. Si-nan rəis də Portuqalya donanmasını məğlub etdi. Bu məğlubiyyət Portu-qalyanın sonu oldu. Mərakeş isə 1578-ci ildə Osmanlılara tabe edildi.
Səfəvilərin bir qrup Şərqi Anadolu bəylərini öz tərəfinə çəkməsi səbəbilə 1578-ci ildə başlayan Səfəvi-Osmanlı müharibələri 12 il davam etdi.
 
Osmanlı Dövlətinin Durğunluq Dövrü
Sokullu Məhməd paşa 1564-cü ildə Süleyman Qanuni tərəfindən baş vəzir təyin edilmişdi. II Səlimin dövründə bu paşa, dövləti təkbaşına idarə etmişdi. III Muradın dövründə isə onun müstəqil fəaliyyətinin qarşısı alındı. Nəticədə 1579-cu ildə öldürüldü. Eyyubda tikdirdiyi türbəsində dəfiı olundu. Sokullu dövləti idarə etməyə çalışmasına baxmayaraq İstanbuldan kənara çıxmırdı. Bu səbəbdən də dövlət işləri yaxşı getmirdi. Ona qarşı edilən tənqidlərə baxmayaraq, o özündən sonra gələn vəzirlərin bir çoxundan daha yaxşıdır. Sokullunun vəfatilə Osmanlı dövləti, 1683-cü ildə baş verən II Vyana mühasirəsinə qədər durğunluq dövrünə qədəm qoydu.
Bu əsnada davam edən Səfəvi-Osmanlı müharibələrində Özdəmiroğ-lu Osman paşa Çildir müharibəsində qalib gəldi. Tiflis alındı. Digər bəzi ərazilərdə Osmanlı torpaqlarına qatıldı. Bundan sonra yenə Özdəmiroğlu Məşələlər savaşını qazanaraq İrəvəm da ələ keçirdi. Bu qələbələrindən sonra onu 1584-cü ildə İstanbula sədrəzəm təyin etdilər.
Sonralar yenidən cənub cəbhəsinə təyin olunan Özdəmiroğlu Təbriz yaxınlığında öldü və 1585-ci ildə Diyarbəkirdə dəfn olundu. 12 ildən bəri davam edən Səfəvi-Osmanlı müharibələri 1590-cı ildə İstanbul müqaviləsi ilə sona çatdı. Şimali Qafqaz, Dağıstan, İrəvan, Şərqi Gürcüstan, Təbriz, Luristan Osmanlıların əlinə keçdi.
III Murad 1595-ci ildə 49 yaşmda olarkən vəfat etdi. 20 il hakimiyyətdə olmuşdur. Yaxşı yetişdirilmişdi. Ədəbiyyatı çox sevən bu Sultanın 2 türkcə, 1 ərəbcə, 1 farsca divanı mövcuddur. Dövlətin sərhədləri onun dövründə daha da genişləndi.

III Məhmədin Hakimiyyəti (1595-1603)
1590-cı ildə Avstriya-Almanya ilə olan müqavilə yenilənmişdi. 1593-cü ildə Bosniya valisi Telli Həsən paşanın Siska qalasını mühasirə etməsi əsnasmda körpünün yıxılması Həsən paşa və 18 min döyüşçünün məhvinə səbəb oldu. Avsrtiya ilə Osmanlı dövləti arasındakı münasibətlər pisləşmiş və Avstriyaya qarşı müharibə elan olunmuşdu. I Sinan paşa bəzi zəfərlər qazandı. Lakin Avstriya, Əflaq və Boğdanlar müttəfiq olaraq üç istiqamətdən Osmanlı üzərinə hücum etdilər. 1595-ci ildə III Məhməd taxta keçən zaman həmin müttəfiq ordular, Esterqon və Vişiqra-dı ələ keçirmişdilər.
 
Əyri Səfəri və Xaçova Zəfəri
Cəbhəyə getmək istəməyən əsgərlərin və müəllimi Səadəddin əfəndinin təkidi ilə III Məhməd, 1596-cı ildə Avstriya səfərinə çıxdı. Əyri qalası tutuldu. Bundan sonra Avstriya imperatorunun qardaşının əmrindəki ordu ilə Osmanlı ordusu Xaçovada iki gün döyüşdülər. Bu döyüşdə xristian ordusu məğlub edildi. Amma qələbədən dərhal sonra padşah İstanbula qayıtdı. Bundan sonra Kanijə qalası da ələ keçirildi. Bu qalanın müdafiəsi 1600-cü ildə Tiryəki Həsən paşaya tapşırıldı.
Kanijə qalasına 20 bölük piyada və 3 min atlı əsgərlər yerləşdirildi. Əsgərlərin sayı 9 min nəfər idi. Avstriya imperatoru Osmanlılara iki tərəfdən zərbə endirmək üçün iki ordu hazırladı. Ordunun biri Belqrada göndərildi. Digəri isə 50 min əsgər və 42 mühasirə topu ilə Kanijə qalasını mühasirəyə almağa başladı. 70 yaşlı Tiryaki Həsən paşa çox az döyüşçüsünün olmasına baxmayaraq, təcrübəsi və zəkası sayəsində heç bir kömək almadan qalanı 2 ay 8 gün qorudu. Bu əsnada xristian orudu-nun sayı artaraq 100 min nəfər olmuşdu. Buna baxmayaraq 1601-ci ildə ani hücum edən Tiryəki Həsən paşa Ferdinandın ordusunu məğlub etdi. Bir neçə top, 14 min tüfəng, 60 min çadır və xeyli ərzaq ələ keçirildi. Bu qələbəsindən sonra Həsən paşaya vəzirlik rütbəsi verildi. O, I Əhmədin hakimiyyəti dövründə Budin bəylərbəyi olarkən 80 yaşında vəfat etmişdir.134
 
III Məhmədin Ölümü və Şəxsiyyəti
III Məhməd 1603-cü ildə vəfat etdi. Anası Safiyə Sultanın himayəsi altında yaşamışdır. 9 il hökmdarlıq etmişdir. Taxta gələndə 19 qardaşını öldürmüşdür. Ölümündən 6 ay əvvəl, 16 yaşlı ən böyük oğlu Mahmudu da üsyan edər deyə öldürtmüşdür. Onun dövründə Cəlalilər üsyanı olmuşdur.
 
 
Müəllif: Abbas QURBANOV, İlahiyyat elmləri namizədi, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru
Mənbə: İSLAM TARİXİ -2 (XüLləfayi-Raşidin dövrü)
Kitab Bakı İslam Universitetinin Zaqatala şöbəsi üzrə Pedaqoji Şuranın 10 fevral 2009 il tarixli IV iclasının 5 saylı qərarı ilə çap edilmişdir.
 

0 şərh