Dini 20 qəpiyə satmayanlar...

Londondakı məscidin yeni axundu şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt eyni şoferə rast gəlirmiş.
Bir gün, bilet götürərkən şofer səhvən 20 qəpik çox verir. Axund isə 20 qəpik artıq qaytarıldlğını dərhal hiss edir. Öz-özünə düşünür ki, "20 qəpiyi geri versəmmi şoferə?" Amma içindən bir səs deyir ki "Çox kiçik bir puldur və şofer onsuzda hiss etməyib.Avtobus şirkətinə 20 qəpik nə fərq edər? Bu pulu Allahdan gələn bir hədiyyə kimi düşün."

Enəcəyi dayanacağa gəlincə, axund qalxır və fikirini dəyişir, enmədən əvvəl şoferin yanına gedir, 20 qəpiyi geri qaytarır və deyir ki : "Mənə çox pul verdiniz, 20 qəpik artıq qaytarmısınız."

Şofer gülümsəyir və deyir ki : "Siz məscidin yeni axundusunuz deyilmi? Əslində uzun zamandır sizi məscidinizi ziyarət etmək istəyirdim, İslamı öyrənmək, namaz qılmağı öyrənmək istəyirdim sizdən. Buna görə də bilərək sizə çox pul verdim ki, görüm necə reaksiya verəcəksiniz, halal, yoxsa haram insan olduğunuzu bilmək, görmək istədim."

Axund enərkən sanki qıçlarını hiss etmirdi, yerə yıxılacaqmışcasına bir dirəyə yapışdı və özünə gəlməyə çalışırdı. Axundun gözlərindən yaşlar tökülürdü. O səmaya baxaraq deyirdi: "ALLAHIM az qala İslamı 20 qəpiyə satırdım!"
 

1 şərh

Karizma

duzdur.Adam gerek hec 1 qepik de haram pul yemesin neinki islami satmaq.Onsuzda gelecekde butun yediyin haram pullar burnundan gelir