Рейтинг
+28.66

İslami Hekayətlər

44 üzv, 109 topik

İbrətamiz hekayələr

Cəhənnəmdən qurtaran vəsiyyət

Bir gün Abbasi xəlifəsi Məmunun əyanlarından biri onun üçün belə bir əhvalat danışdı:
Qonşuluğumuzda dindar bir kişi yaşayırdı. Heç kəsin haqqına təcavüz etməz, əlinin zəhməti ilə ruzi qazanardı. Halal yolla bir qədər sərvət əldə etmişdi. Amma oğlu çox təcrübəsiz və bədxərc idi, pis adamlarla durub-otururdu. Kişi öləndə oğlunu yanına çağırdı və ona bu cür vəsiyyət etdi:

“Oğlum, mən ömrüm boyu zəhmət çəkib bir az pul toplamışam. Onları sənin üçün irs buraxıram. Vəsiyyətim budur ki, bacardığın qədər pis dostlardan uzaq ol, israf etmə, malının qədrini bil. Amma inanmıram ki, bu vəsiyyətimə əməl edəsən. Çünki sənin iradəsiz və bədxərc olduğunu bilirəm. Bilirəm ki, mən öləndən sonra oturub-durduğun adamlar sənin ətrafına toplaşacaq, sərvətini yeyib-dağıdacaq, axırda səni quru yer üzərində qoyacaqlar. Köməyə ehtiyacın olan vaxt isə heç kim sənə yaxın durmayacaq.


Ardı →

Namaz qılan əsgərin cavabı


Bir əsgər namaz qılan əsgərdən soruşdu: — Neçənci əsrdə yaşayırıq? Niyə özünü zəhmətə salıb hər gün 5 dəfə namaz qılırsan?


Namaz qılan əsgər elə həmin vaxt uzaqdan görünən komandiri göstərib dedi: 
— Bu insan niyə hər yanından keçəndə düz durursan, salam verib bütün əmrlərinə tabe olursan? Yat desə yatırsan, qalx desə qalxırsan? Oda sənin kimi 2 əli, 2 ayağı, 1 başı olan insan deyilmi? 
Digər əsgər cavab verdi: 
— Bəli, o da mənim kimi biridi. Amma rütbəsi var, çiynində ulduzu var. 
Namaz qılan əsgər bunun cavabında dedi: 
— Ey dost! Sən çiynində 1 dənə ulduzu var deyə sənin kimi birinə itaət edirsənsə, mən niyə yerdəki qum dənəcikləri qədərində ulduzları olan və hamısını təsbeh dənələri kimi qüdrətli əliylə çevirən Allaha itaət etməyim? Niyə namaz qılıb əmrini yerinə yetirməməliyəm?


Davamı →

Buyur demədimi?..

Əllərimizi açıb duaya dayandığımızda nələr istəyirik bir düşünün! İstədiklərimiz olmayınca dərhal «duam qəbul olmadı», «Allah duama razılıq etmədi» deyirik… Bəs görəsən bu həqiqətən belədirmi?

Ardı →

Hz.Yusif

Bir gün Yusifin camalı önündə nəfsini cilovlaya bilməyən Züleyxa belə deyir:
-Yusif,sənin gözəl saçların var!
Yusif (ə):
-Cəsədimdən ilk ayrılacaq saçlarım olacaq.
-Sənin gözlərin də çox gözəldir!
Yusif (ə):
-Cəsədimdən ilk tökülən şey gözlərim olacaq.
-Sənin nə qədər gözəl üzün var!
-O,torpaq üçündür,torpaq onu çürüdəcəkdir — deyə Yusif cavab verir.

Mənbə:Hacı Sabir Həsənlinin Peyğəmbərlər tarixi kitabından.

Davamı →

Namazı gecikdirənlər üçün ibrətamiz hekayə

Nənəmin bir zamanlar mənə  dediyi bu sözləri yadıma salanda utanıram: «Heç namazı  da gecikdirərlər?» Nənəmin yaşı yetmişi adlasa da, azan səsini eşidən kimi dərhal yerindən qalxar, dərhal dəstəmazını alar və namazını qılardı. Ancaq mən hələ də nəfsimə qalib gələ bilmirdim. Hər zaman namaza gec qalxar, ya da vaxtında qılmazdım. Bu səbəbdən namazı tez-tələsik qılmalı olurdum. Hər gün bu vəziyyətlə qarşılaşırdım.

Günlərin bir günü yerimdən qalxdım. Saata baxdım
Ardı →

Hər dərdin dərmanı olan sözlər

Əgər dadına çatan, köməyinə yetən, harayını eşidən yoxdursa...

Əgər çətinliklərin nəhəng girdabında dalğadan-dalğaya atılan tənha qayıq kimi gözün sahili axtarırsa… Bataqlığa düşmüş adam kimi sənə uzanacaq əl sorağındasansa… Hər yerdən və hər kəsdən ümidin üzülübsə… O zaman Onun yardımına sığın, “ya Müğis” deyə, Onu çağır!

Əgər evdə əlacsız xəstən varsa… Canından çox sevdiyin əziz adamın gözünün qarşısında əriyib-gedirsə… Təbiblərin dərmanı, həkimlərin əlacı fayda vermirsə… Xəstəni sağalda biləcək son ümid yerin olan məlhəmi almağa pulun yoxdursa… O zaman Onun şəfa qapısına üz tut, “ya Şafi” deyib dua et!

Əgər günahlarını yada saldıqca gözün qaralır, qəlbin sıxılırsa… Cəhənnəmin istisini öz bədənində hiss edirmiş kimi qovrulursansa… Əgər vicdanının məhkəməsi qarşısında boynunu büküb durduqca heç zaman bağışlanmayacağına yəqinliyin daha da artırsa… Insanların üzünə baxmaqdan utanırsansa… O halda “ya Ğəfur” deyə pıçılda!

Əgər bütün qapılar üzünə qapanmışsa, qulpundan yapışdığın hər iş yarımçıq qalırsa… Əgər bağlı qapıları açmağa gücün, yarımçıq işləri bitirməyə iradən çatmırsa… “Ya Fəttah” deyə haray sal!

Əgər hər kəs səndən uzaq qaçırsa, təsəlli üçün üz tutduğun hər adam öz ürəyinin pəncərəsini sənin üzünə qapayırsa… Özünü dünyada hamıdan tənha, hər kəsdən uzaq hiss edirsənsə… Əzizlərinin laqeydliyi, yaxınlarının uzaqlığı səni üzürsə… “Ya Qərib” söylə, Onun sənə boynundakı şah damarından da yaxın oduğunu duymağa çalış!


Ardı →

Maraqlı elmi mübahisə

İmam Sadiqlə (ə) hindistanlı bir nəfərlə tibb barədə söhbəti.

Günlərin birində İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi, onun yanında Hindistandan biri var idi və tibbi kitablar oxuyurdu. İmam Sadiq (ə) ona qulaq asdı. Eləki, hindistanlı kişinin oxunuşu sona çatdı, İmam Sadiqə dedi: Ey Əbu Əbdullah! Mənim yanımda olanlardan bir şey istəyirsən?

Buyurdu: Yox. Sənin yanında olandan daha yaxşısı mənim yanımda var.

Soruşdu: O nədir?

Buyurdu: İstini soyuqla, soyuqu isti ilə, qurunu tər ilə, təri quru ilə dərman edirəm. Və işi bir dəfəlik Allaha tapşırıram. Peyğəmbərin buyrduğunu əncam verirəm. Bilirəm ki mədə bütün dərdlərin evi və pəhriz etmək təkcə dərmandır. Bədəni onun ünsiyyət tutduğu şeyə adətləndirirəm.

Hindistanlı kişi dedi: Bəs tibb bundan başqa bir şeydirmi?

İmam Sadiq (ə) soruşdu: Bəs güman edirsən ki, tibbi kitablardan bir şey öyrənmişəm?


Ardı →

Müəllimin sadə sualına uşağın mükəmməl cavabı

Müəllim şagirddən soruşar:
«Cavab ver görüm, „3 ilə 2“ nə edər?»
Şagird:
«Nəyə görə müəllimim,
bu vəziyyətə görə dəyişir» deyər.
Müəllim:
Necə yəni? deyincə..
Şagird: ;
♦ 3-dən 2 çıxınca 1 qalar.
Bu da ALLAH 1dir deməkdir.
♦ Yox, 3 ilə 2-ni toplasaq 5 edər.
Bu da İslamın 5 şərti deməkdir.
♦ Yox əgər, 3 ilə 2-ni vursaq 6 edər,
Bu da imanın şərti deməkdir.
♦ Hə əgər 3 ilə 2-ni yan-yana oxusaq bu da 32 fərz
deməkdir.
Siz hansını soruşmuşdunuz?

Davamı →

Oyuncaq

Bəzən yay gecələrində evlərinə gedərdim. Həyətlətinə baxan geniş eyvanında oturur və gec saatlara qədər söhbət edirdik. O gecə onlara onlara gedəndə yenə eyvanda oturmuşdu. Məni görən kimi zarafatla:
— Hardasan, dostum? Üzünü görən hacı olacaq, — dedi.
Mən də zarafatla:
— Elə hacı olasan deyə gec — gec gəlirəm, — dedim.

Ardı →

Namaz qılmayan şəxsə şeytanın cavabı.


Keçmiş zamanlarda bir nəfər Ərəbistan çöllərində təkbaşına uzaq bir səfərə çıxıbmış.Şeytan onu yolundan azdırmaq üçün təğyiri-libas olub insan qiyafəsində onun qarşısına çıxır və deyir:- Salam, ey dost. Görürəm, təkbaşına harasa səfər edirsən. Istəyirsənsə, sənə yol-yoldaşı olaram. Mənim də yolum sən getdiyin cəhətədir.


Həmin şəxs çox sevinir və şeytanın təklifini qəbul edir. Bu minvalla iki yoldaşı uzun-uzadı yollarına davam edirlər. Nəhayət qaş qaralır, axşam düşür. Birdən şeytan yoldaşına deyir:
— Mən səninlə dostluq etmək istəmirəm!
Adam bunun səbəbini soruşduqda Şeytan dillənir:
— Səhərdən səni müşahidə edirəm. Səni bir dəfə də olsun namaz qılan görmədim. Mən insan qiyafəsinə girmiş şeytanam. Səni yolundan azdırmaq üçün belə etdim. Baxdım ki, səni azdırmağa ehtiyac yoxmuş. Mən Allaha yalnız bir dəfə səcdə etməyib Ona asi oldum. Bu əməlimə görə də Allah məni qiyamətə qədər lənətlədi. Sən isə gündə beş dəfə Allaha səcdə etməyə tənbəllik edirsən. Ona görə də səninlə olmağımla bir daha Allahın lənətinə düçar olmaqdan qorxuram və səninlə dostluq etməkdən imtina edirəm.
Sənin vəziyyətin mənimkindən betərmişki!


Davamı →