Рейтинг
+28.66

İslami Hekayətlər

44 üzv, 109 topik

Qismətdən artığı yoxdur...

Gəncin biri Kəbədə həmişə, «ey doğruların köməkçisi olan Allahım,
ey haramdan çəkinənlərin köməkçisi olan Allahım, sənə həmdi səna edərəm»- deyə dua edər.
Bu vəziyyət hər kəsin diqqətini çəkər.biri, niyə həmişə eyni duanı edirsən, başqa bir şey bilmirsənmi?-deyər.
o da başlayar izah etməyə:
7-8 il əvvəl yenə Kəbədə ikən içi qızılla dolu bir torba tapdım.Düz 1000 qızıl var idi. içimdən bir səs bu qızıllarla, bunları- bunları edərsən deyirdi. Yox dedim öz özümə, bu mənim deyil, başqasının malıdır, istifadə etməyim haram olar dedim.
Ardı →

Siz kimsiniz?

Bir rəvayətdə belə deyilmişdir:
-“Qiyamət günü namaz qılanların dərəcələrinə görə cənnətət göndərilmələri əmr edilir.
İlk təbəqədəkilərin üzləri ulduzlar kimi parıldayar.
Onları mələklər qarşılayıb “Siz kimsiniz?” deyirlər.Onlar da belə cəvab verirlər:
-“Biz Mühəmmədin (s.a.v.) ümmətindənik.Dünyada ikən namaz qılanlarıq.”
Mələklər də:
Ardı →

Özünü tülküyə yox, aslana tay tut!

“Başqasından nə isə istəməkdən çəkin! Çünki bu iş dünyada zəlilliyə səbəb olar, ardınca fəqirlik gətirər, qiyamətdə isə uzun-uzadı sorğu-sualla nəticələnər”. Hz. Mühəmməd Peyğəmbər (s.ə.s)

ozunu aslana tay tutKeçmiş zamanlarda bir dərviş vardı. Dərviş gününün çox hissəsini tənhalığa çəkilib ibadət etməklə keçirirdi. Amma camaata möhtac olmağı da xoşlamazdı. Bunun üçün günün bir hissəsini işləməkdən ötrü ayırmışdı. Bir az işləyər, əlinin zəhməti ilə qazandığı pula yemək alardı. Ehtiyacından artıq qalanı isə fəqirlərə verərdi.

Bir gün yenə səhrada ibadətlə məşğul ikən gözü bir tülküyə sataşdı. Tülkünün ayaqları kəsilmişdi, sürünə-sürünə yeriyirdi. Dərviş öz-özünə fikirləşdi: “Görəsən, bu tülkü nə ilə dolanır? Bütün vəhşi heyvanlar ov etməyin hesabına yaşayırlar. Ov etmək üçün heyvana iti qaçan ayaqlar lazımdır. Bu biçarənin ayaqları yoxdur. Görəsən, Allah bunun ruzisini hansı yolla yetirir?”

Dərviş bu fikirdə ikən gördü ki, uzaqdan bir aslan ovladığı ceyranı dişində sürüyərək gətirir. Aslan ceyranın leşini yerə qoyub parçaladı və yeməyə başladı. Doyandan sonra leşin qalıqlarını orada qoyub uzaqlaşdı. Bayaqdan bəri onu güdən tülkü sürünə-sürünə gəldi, ceyranın ətindən yeyib qarnını doyurdu.


Ardı →

Günahlarınızı kiçik saymayın!

      Hz. Peyğəmbər (s.a.s) səfərlərinin birində səhabələri ilə susuz və otsuz bir bölgədə yerləşdilər. Peygəmbərimiz səhabələrinə buyurdu:

      — Odun gətirin yandıraq.

      Səhabələr:

      — Ya Rəsulullah! Bura otsuz ağacsız bir bölgədir, burada odun tapılmaz!

      — Hz. Peyğembər(s.a.s) buyurdu:

      — Gedin, hər kəs tapa bildiyi qədər odun yığsın gətirsin.

      Səhabələrdən hər biri odun yığmaq üçün hərəsi bir tərəfə getdi. Onlardan hər biri yığa bildikləri qədər kol, zibil yığıb gətirdilər. Yığdiqları şeyləri Rəsulullahin qarşısında üst-üstə tökdülər. Beləcə yığınla odun toplanmış oldu. Bu anda Rəsulullah (s.a.s) belə buyurdu:

      — Kiçik günahlar da bu kiçik odunlar kimidir, əvvəlcə gözə görünməz amma bir-birinin üzərinə toplanınca, böyük bir yığın olaraq qarşımıza çıxar. Ey dostlar! Kiçik günahlardan qaçının. Hərçənd kiçik günahlara çox əhəmiyyət verilmir, amma bilin ki, hər şeyin bir talib və güdəni var. Bu güdənlər Allah və mələkləridir. Əhəmiyyət verilməyən bu kiçik günahaların bir gün nə qədər böyük bir yığını təşkil etdiyini görəcəksiniz."


Davamı →

Cənnət və Cəhənnəm

Cənnət və cəhənnəm əhlinin vəziyyəti haqqında misala oxşar belə bir rəvayət danışırlar. Deyirlər, bir nəfər dua edib Allaha yalvarır ki, ilahi, mənə bu dünyada cənnəti və cəhənnəmi göstər. Görüm oradakıların vəziyyəti necədir, cənnətin ləzzəti və cəhənnəmin əzabı nədən ibarətdir?

Allah bu adamın duasını qəbul edir. Onun gözləri qarşısında iki qapı görünür. Adam bu qapılardan birinə yaxınlaşıb açır. Görür ki, qapının o biri tərəfindəki otağın ortasında iri bir miz var. Mizin üstünə xörəklə dolu böyük bir boşqab qoyulub. Xörəkdən gələn ətir onun çox dadlı olduğundan xəbər verirdi. Mizin ətrafına acından üzülmüş xeyli arıq adam toplaşmışdı. Xörəyin dövrəsində dairə vurub oturmuş adamların hər birinin əlində uzun qaşıq vardı. Hər kəsin qaşığı onun qoluna bitişmişdi. Qaşıqların dəstəsi çox uzun olduğu üçün, hər kəs oturduğu yerdən rahatlıqla öz qaşığını xörəklə doldura bilirdi. Amma sonra yeməyi agızlarına qoya bilmirdilər, çünki qaşığın dəstəsi uzun idi. Beləcə, bu adamların heç biri yeməkdən bircə qaşıq da yeyə bilmirdi, uzaqdan xörəyə baxa-baxa qalmışdılar.

Allahdan həmin adama nida gəldi: “Cəhənnəmin mənzərəsini gördün. Indi cənnətə də bax”. Adam ikinci qapını açdı. Burada da oxşar mənzərə ilə rastlaşdı. Yenə otağın ortasına böyük bir miz, onun üstünə dadlı xörəklə dolu iri boşqab qoyulmuşdu. Mizin ətrafında dövrə vurub oturanların da qoluna bitişik uzun qaşıqları vardı. Amma bu adamlar o birilər kimi arıq deyildilər, ac görünmürdülər. Deyib-gülür, sevinirdilər, bədənləri də kök və sağlam idi. Adamı əvvəlcə heyrət bürüdü. Əgər hər şey o biri otaqdakının eynidirsə, bunlar hansı yolla xörəyi yeyirlər? Axı uzun dəstəli qaşığı ağızlarına aparmaları qeyri-mümkün idi.


Ardı →

O biri dünya haqqında hekayə

Bir qız! Sanki bu dünyada hər şey ona məxsus! Pul, şan-şöhrət, əhli-keyf! Hər gün-bu günün ibadətini sabaha saxlayan özündən razı qız! «Onsuz hələm ömrümə var» deyərək öz işində idi! Yenə bir gün! Hava sakit! Günəş buludlar arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol! Yenə həmin qız gözəl bir maşında! Sürət norması yenə yüksək! Gözləniləmədən böyük bir qəza! Artıq hər şey qaranlığa qərq oldu! Bu dünyada keyf çəkən indi tabutda çiyinlərdə gedir!
Anası: Balam, balam, balam gəncliyinin dadından doya bilmədən getdi. Nə tələsiyin vardı? Axı səni nə vadar etdi bu yüksək sürətlə sürmək?
Bacısı :Canım bacım sən sən o murdar torpağa layiq olacaq qız deyilsən! Dön geri,dön!
Ardı →

Dini 20 qəpiyə satmayanlar...

Londondakı məscidin yeni axundu şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt eyni şoferə rast gəlirmiş.
Bir gün, bilet götürərkən şofer səhvən 20 qəpik çox verir. Axund isə 20 qəpik artıq qaytarıldlğını dərhal hiss edir. Öz-özünə düşünür ki, «20 qəpiyi geri versəmmi şoferə?» Amma içindən bir səs deyir ki "Çox kiçik bir puldur və şofer onsuzda hiss etməyib.Avtobus şirkətinə 20 qəpik nə fərq edər? Bu pulu Allahdan gələn bir hədiyyə kimi düşün."

Enəcəyi dayanacağa gəlincə, axund qalxır və fikirini dəyişir, enmədən əvvəl şoferin yanına gedir, 20 qəpiyi geri qaytarır və deyir ki: «Mənə çox pul verdiniz, 20 qəpik artıq qaytarmısınız.»

Şofer gülümsəyir və deyir ki: «Siz məscidin yeni axundusunuz deyilmi? Əslində uzun zamandır sizi məscidinizi ziyarət etmək istəyirdim, İslamı öyrənmək, namaz qılmağı öyrənmək istəyirdim sizdən. Buna görə də bilərək sizə çox pul verdim ki, görüm necə reaksiya verəcəksiniz, halal, yoxsa haram insan olduğunuzu bilmək, görmək istədim.»

Axund enərkən sanki qıçlarını hiss etmirdi, yerə yıxılacaqmışcasına bir dirəyə yapışdı və özünə gəlməyə çalışırdı. Axundun gözlərindən yaşlar tökülürdü. O səmaya baxaraq deyirdi: «ALLAHIM az qala İslamı 20 qəpiyə satırdım!»

Davamı →

Yaraşmaz...

Vaxtilə ədalətli 1 hökmdar var imiş. Bir gün bu hökmdarın qulluqçuları 1 neçə oğrunu yaxalayırlar. Gecə ikən hökmdarın hüzuruna gətirirlər. Necə olursa, yolda oğrulardan 1-i qaçaraq qaranlıqda gözdən itir. Oğrunu axtarmağa başlayan qulluqçuların gözünə evinə gedən başqa 1 adam sataşır. Onu qaçan oğru zənn edib tuturlar. Sonra da oğrularla bərabər hökmdarın hüzuruna gətirirlər. Hökmdar hamısının zindana atılmasını əmr edir. Heç 1 günahı olmadığı halda zindana atılan adam, zindanda dəstəmaz alaraq vaxtın çıxmasına az qalmış namazını qılır. Namazını bitirdikdən sonra belə dua edir: «Ey Rəbbim! 1 təqsirimin olmadığını ancaq Sən bilirsən. Məni buradan ancaq Sən qurtara bilərsən».
Bu vaxt yuxuda olan hökmdar qəribə yuxu görür. Yuxusunda 4 nəfər qüvvətli şəxsin onun taxtını tərsinə çevirmək istədiyini görən hökmdar oyanır. Tez qalxıb dəstəmaz alır və 2 rükət namaz qılır. Yenidən yatağına uzanaraq yuxuya gedir. Eyni yuxunu görür, yuxudan oyanır. 1 məzlumun ahına tuş gəldiyini anlayır. Səhər açılan kimi zindanbaşını çağıraraq deyir:
— Səncə dünən zindana saldıqlarımız içərisində haqsızlığa məruz qalan varmı?
Zindanbaşı cavab verir...
— Bunu deyə bilmərəm, amma onların içərisindən 1-i namaz qılır, çox dua eləyir, göz yaşı tökür.
Hökmdar tez o adamı yanıma getirin deyə əmr edir. Hökmdar onun başına gələn hadisəni dinləyir, vəziyyətin nə yerdə olduğunu anlayır və deyir:
Sənden üzr istəyirəm. Sənə qarşı haqsızlıq etmişəm. Haqqını halal et. Bu hədiyyəmi də qəbul elə. Birdə hər hansı bir istəyin olsa, heç çəkinmədən yanıma gələrsən. Adamın cavabı isə belə olur :

Mən sənə haqqımı halal elədim, verdiyin hədiyyəni də qəbul edirəm. Ama istədiyim şeyi səndən almağa gələ bilmərəm. Çünki mənim kimi bir kasıbdan ötrü sənin kimi hökmdarın taxtını bir neçə dəfə çevirən Allahı qoyub istəkləri başqasına söyləmək qulluğa yaraşmaz. Namazlardan sonra etdiyim dualarla neçə-neçə sıxıntılardan qurtuldum, muradıma çatdım. Rəbbimin sonsuz rəhmət xəzinəsinin qapısı, xeyirxahlıq süfrəsi hamıya açıq ola-ola, nə üçün bir istəyim üçün başqasının üstünə gedim?...


 


islamadogru.biz saytına istinadən


Davamı →

Kəşv edilməyi gözləyən xəzinələr ( I hissə)

«Rəhman, Rəhim və tərbiyə edən Rəbb isminin əsl sahibi, gözəllər gözəli olan Allahın adı ilə.» Hər bir uşaq əslində kəşf edilməmiş bir xəzinədir. Əgər onları doğru şəkildə kəşf edərsək onların necə böyük bir xəzinə olduqlarını, onlardan sabahların necə böyük müsəlmanları yetişə biləcəklərini və bununlada həm cəmiyyətə həm dinimizə həm də insanlığa böyük bir fayda toxuna biləcəyini açıq şəkildə şahidi ola bilərik. Əslində hər bir uşaq, daha əkini olmayan amma xeyirli bir əkini gözləyən böyük bir tarladır. Əgər cütçü bu tarlada iman tumurcuqlarını doğru şəkildə əkərək, onun yetişməsində köməkçi olarsa, bu halda o, bir az sonra bu tarlada necə böyük bir iman ağaclarının bar verdiyini görəcəkdir. Deməli, hər bir uşaq cənnəti qazanmaq üçün bir tarla bir vəsilədir. Gözəllər gözəli Allahın sayəsində uşaqlarımızın tərbiyəsi bizdən çox asılıdır.
Ardı →

Onlar oruc tutmadılar

Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmalarını əmr edərək:
— Mən icazə vermədən kimsə orucunu açmasın, buyurar.
Hər kəs orucunu tutar. Axşam olunca, tək-tək müraciət edənlərə, iftar icazəsi verər. Bu vaxt bir adam gələrək:
— Ya Rəsulullah! İki gənc qız oruc tutdu və yoruldular. Zat-i alinizə gəlməyə utanırlar.
Ardı →