Рейтинг
+28.66

İslami Hekayətlər

44 üzv, 109 topik

Daha güclü kimdir?

Uca Allah yeri yaradanda yer fasiləsiz hərəkət edirdi. buna görə də Allah-Təala dağları yaratdı. Dağları yerə oturdunca yer sabitləşdi. Mələklər dağların gücünə heyran olub Allahdan soruşdular:
-Ey Rəbbimiz, məxluqatın içində dağlardan daha güclüsü varmı?
Allah-Təala da:
-Bəli, dəmir,-buyurdu.
Ardı →

İki rükət namazın savabı


Bir gün Mələklərin rəhbəri Cəbrail ( əleyhissəlam ) ALLAH dərgahında 2 rükət Namaz qılır. Bu iki rükət Namazın müddəti, dünya vaxtı ilə dörd min ilə bərabər olur. Cəbrail (ə) Namazı bitirdikdən sonra, Cənabi Haqqa üzün tutub. "..Ey RƏBBim, yer üzərində, SƏNə ibadət edən bəndələrin arasında mənim kimi Namaz qılanı oldumu..?.." ALLAHu Təala Cəbrailə ( ə ): "..Bəli..Oldu.." cavabın verincə, Cəbrail ( ə ) təəcüblə bir anlıq fikrə gedir. ALLAHu Təala: "..Bəndəmin 2 rükət qıldığı Namaz, sənin dünya zamanı ilə dörd min il qıldığın 2 rükət Namazdan daha fəzilətli, savabı daha çoxdur..Çünki, sən günahın, pisliyin nə olduğunu bilmirsən. Sənin nəfsin, tamahın yox, bunlardan uzağsan. Ama bəndəm dünyada az bir zamanda olsa, dünya nemətlərindən üz çevirərək, nəfsinə, tamahına üstün gələrək, şeytanı unudarağ qibləyə üz tutub məni zikr edib, Təkbir gətirib, ALLAHu Əkbər deyəcək.."
Davamı →

Əqrəbi oda atan qadının rəvayəti

Bir yay axşamı idi. Qoca qadın namaz üçün məscidə gedən ərinin arxasından qapını bağlayb oturdu. Azan oxunan vaxt dəstəmaz alıb namazına başladı. Namazdan sonra uzun uzun dua edib ayağa qalxdı. Sonra yemək bişirmək üçün mətbəxə getdi və düyü götürüb təmizləmək üçün əyləşdi. Düyünü təmizləyə-təmizləyə «bir gəlinim olsaydı, ev uşaqlarla dolu olsaydı, evdə şənlik olardı» deyə fikirləşdi. Ocağı yandırmaq üçün mətbəxə getdi. Ocağı yandırdı və qazanı qoymaq istəyəndə birdən bir əqrəb gördü. Cəld maşanı əlinə alıb əqrəbi ocağa atdı. Əqrəb ocaqda qıvrıla-qıvrıla yanmağa başladı.
Ardı →

Ən zəngin insan

Bir gün Allahın Rəsulu, sevimli peyğəmbərimiz Məhəmməd (s.ə.s) ümmətini, möminləri bir yerə yığaraq, gözəl dinimiz haqda insalara danışırdı. İmanlı insanlar sakitcə oturub, çox diqqətlə Onu (s.ə.s) dinləyirdilər ki, birdən qapı açılır və içəri bir kasıb ixtiyar daxil olur. Onun pal-paltarına baxanda çox kasıb olduğu görsənirdi. Gecikdiyini görən kasıb, sakitcə boş yer axtarmağa başladı. Bu zaman şəhərin ən tanınmış zəngin bir adamın yanında boş yer olduğunu görür və ora tərəf gedir. Bunu görən zəngin ağız-burnunu əyərək, pal-paltarını özünə tərəf çəkir və narazı şəkildə dodaqları ilə nəsə də deyir.
Ardı →

Əməllərimə görə qorxuram...

Saatın əqrəbləri surətlə irəliləyirdi. Şam azanına bir necə saat qalırdı. Qapının səhərdən acıq olması səbəbindən ev bərk soyumuşdu. Qəribə səssizlik var idi. Bu səssizlik mənə qəbri xatırlatdı. Və məni bərk düşündürdü. Düşündüm ki, vaxt gələcək, bu evdə tək olduğum kimi, qəbirdə də tək olacağam. Necə mənim yaxınlarım məndən uzaqda olduqları, yanımda olmadıqları kimi, bir gün gələcək, qəbirdə də belə olacağam. O zaman da, indiki kimi yalnız Rəbbim mənimlə olacaq. Məni heç zaman tək qoymayan Rəbbim. Məni hər kəsdən daha çox sevən Rəbbim.


Ardı →

Kimi Allahı məmnun edir, kim də şeytanı güldürür

Bir gənc uzaq bir məmləkətə səfər edir. O, səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.
Qarşısına çıxan ilk qəribə mənzərə belə olur: Bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib qalxır, o andaca məhsul verir, amma əkinçilər məhsulu toplamaq əvəzinə tarlanı yandırırlar.
İkinci qəribə mənzərə belə idi: Bir adam böyük bir daşı yerdən qaldırmağa çalışır, amma bacarmır. O böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilir. Üçüncü daşı qoyanda daha asan qaldırır. Gənc nə qədər baxsa da, bir şey anlaya bilmir və yoluna davam edir.
Yolda rast gəldiyi üçüncü qəribə mənzərə də belə olur: Bir adam qoyunun belinə minib, bir neçə adam da onun çiyninə dırmaşıb. Qoyun sürətlə qaçır, bir neçə adam da onların dalınca nə qədər yüyürsələr də, çata bilmirlər.


Ardı →

Allahın əmrinə təslim olan ana

İlk xanımı Həz. Saradan övladı olmayan Həz. İbrahim (ə.s.) daha sonra Həz. Həcərlə evlənmişdi. Həz. Həcər anamız Həz. İsmayılı dünyaya gətirmişdi. Həz. Sara anamız buna çox sevinmişdi, ancaq gün keçdikcə qadınlıq hisslərinə hakim ola bilməmiş və qısqanmağa başlamışdı. Ağlı bu yersiz qısqanclığa qarşı çıxsa da, hissləri onu bir an sakit buraxmamışdı.
Bütün bunlar olarkən Həz. İbrahim (ə.s.) İlahi əmrlə Həcər anamızı və ana südündən kəsilməmiş olan oğlu Həz. İsmayılı da götürüb yola çıxmışdı. Uzun bir yol getdikdən sonra, nəhayət, Məkkəyə çatmışdılar. O vaxtlar Məkkə qupquru dağlar və yalın qayalıqlarla əhatələnmiş, qəlbləri ürpərdən, ot bitməyən, karvan keçməyən bir ərazi idi.
Ardı →

Şeytan

Bir yaşlı qadın olduqca dininə,Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: “Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun!” – deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: “Allah yoxdur, Allah yoxdur!” – deyə fəryad qoparardı.


Ardı →