Рейтинг
+61.09

islam dininin əsasları

55 üzv, 89 topik

Nəfs

Hər an pisliyə yönəltməkdən usanmayan, səhvlərlə bir yerdə həyat sürməkdən, xəta və üsyanlar içində kök salmaqdan, həlaka aparan yollarda yorulmadan gəzməkdən, məni Sənin nəzərində məxluqatının ən səviyyəsizi vəziyyətinə düşürmək üçün dayanmadan çalışan, bundan bezməyən, yorulmaq nədir bilməyən. Saysız-hesabsız qüsurlara əli bulaşmış. Bitib tükənmək bilməyən arzuların arxasınca nəfəs almadan qaçan. Elə ki, başı dərdə düşdümü sızıldayıb dayanan. Xeyirli bir işə müvəffəq olduğunda onu özündən bilən. Paylaşmaq fikrinə heç yaxın durmayan. Bütün boş və vecsiz işlərə ağzı sulanan. Hər cür boş-boş fikirlərə və vaxt öldürməyə peşəkarlaşan. Qəflət və unutqanlığa gəldikdə isə alüdəçilikdən ləzzət alan. Fürsət tapan kimi günaha girmək üçün saniyəni qənimət bilən. Tövbəyə gəlincə isə ustalıqla təxirə salan. Bu nəfsi əmmarəmdən Sənə şikayət edirəm. 


Ardı →

Namazın faydası

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Əz-Zariyat surəsi, 56)
İbadət Quranda bildirildiyi kimi, yaradılışımızın səbəbidir. Zahiri görünüş baxımından mahiyyəti məlum olmayan namazda Allahı zikretmə sirrinin müxtəlif dərəcələri əks olunur və namaz təqlidi namazdan həqiqi namaza, oradan da merac namazına qədər müxtəlif səviyyə fərqlərinə malik olur.
İlk olaraq namazın əsas şərti olan dəstəmazın insan orqanizminə müsbət təsirləri barədə bəzi maraqlı məqamlara nəzər salaq.
Dəstəmaz və ya qüsl vasitəsilə:
1. Orqanizmdə toplanan elektronlar kənarlaşdırılır və onun verdiyi gərginlik yox edilir.
2. Ümumi qan dövranında olan qüsurlar aradan qaldırılır və “qocalma” prosesi yavaşıyır.
3. Orqanizmin mühafizə sisteminin əsasını təşkil edən limfa dövranı ən yüksək səviyyədə fəaliyyət göstərir.
Ardı →

Bəşər övladına verilən iztirablar

Bütün bəşəriyyət kef-ləzzət və ağrı-acı qanununa məhkumdur. İnsanlar dünya əziyyətləri və iztirablarından elə zəifləyə bilərlər ki, nankorluq dərəcəsinə  belə çatarlar. Bəzən də nemət və mənfəətlərin çoxluğundan  asi olarlar. Mömin bəndə isə nə qədər zəifləsə də, bəlalara düçar olsa da nankorluq etməz, nemətlərin çoxluğundan da yolunu azmaz. Mömin bəndə ömrü boyu imtahanların bitməyəcəyini bilməlidir.


Ardı →

Mehir

Mehir evlilik əsnasında qadına verilən maddi vəsaitdir. Mehir vermək qadına deyil, kişiyə vacibdir. Allah Quranda qadınlara verilən mehirlə bağlı belə buyurur: «Qadınlarınızın mehirlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!» («Nisa» surəsi, 4). Qadına verilən mehirdə nə qadının qohumlarının, nə də qadının ərinin heç bir mülkiyyət haqqı yoxdur. Ancaq qadın bu məsələdə -ayədə də ifadə edildiyi kimi- heç kimlə məsləhətləşmədən istədiyi şəxsə istədiyi miqdarda öz razılığı ilə köməklik göstərə bilər.
Ardı →

İbadət və ondan ala biləcəyimiz zövq

Günümüzün müsəlmanları arasında «mən ilk ibadət etməyə başladığım zamanlarda yaşadığım həyacanı, şövqü, aldığım zövqü indi hiss edə bilmirəm» və ya «ilk quran oxuduğum, Quranı-Kərimə dair söhbətlərə qatıldığım məclislər zamanı yaşadığım o hisslər üçün çox darıxmışam» deyən insanlar heç də az deyillər. Allaha inanan amma ona ibadət etməyib yaşadığı həyatında Allahın qoyduğu ölçülərdən kənar olan şəxs əslində sözün əsl mənasında «ac» insandır. Yəni Allahla mütəmadi və düzgün şəkildə təmasda olmadığından insanın ruhu və bədəni mənəvi hisslərdən uzaq qaldığı üçün insan «ac» bir məxluqa çevrilir.
Ardı →

İslamda iman əsasları

Allaha iman, Mələklərə iman, Kitablara iman, Peyğəmbərlərə iman, Axirətə iman, Qəza və Qədərə iman 
Bu altı ərkana dəlil Allahın bu kəlamıdır: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyil. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanandır. (Bəqərə 177) 
Qədərə dəlil Allahın bu kəlamıdır: Şübhəsiz ki, Biz hərşeyi müəyyən ölçüdə (lazım olan qədər) yaratdıq. 
(Əl-Qəmər 49) 

Ardı →

Tərk edilmiş sünnələr

Ayaq üstə dura-dura ayaqqabı geymək.Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) kiminsə ayaq üstə duraraq ayaqqabı geyməyini qadağan etdi.İbn Macə, Tirmizi, Əbu Davud.
Kiçik uşaqlara salam vermək.Ənəs (Allah ondan razı olsun) rəvayət edir:«Biz uşaq idik, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) yanımıza gəldi və hamımıza salam verdi».Buxari "Ədəbül Mürfad".
Ardı →

Kəbə

Allah Beytül-Haram olan Kəbəni insanlar üçün bir qiyam etdi. İslam kainat təsəvvüründə Kəbə, göylə yeri birləşdirən əsas müstəvidə yerləşir. Ora səmanın rəhmindən ərzin göbəyinə uzanan mənəvi bir bəslənmə bağıdır. Yəni Kəbə yer üzünü səmaya, aşağını yuxarıya, alçağı ucaya, sonlunu sonsuza bağlayan bir göbək bağıdır.
Kəbənin «kiçik aləm» olan insandakı qarşılığı qəlbdir. Yəni sevginin və imanın qərargahı olan qəlb. «Rəhmanın ərşi» olan, ilahi mərhəmətin təcəlli yeri olan qəlb. Kəbəni mələklərin təvaf etdiyi əl-Beytül-Mamurun yer üzündəki proyeksiyası sayan şifahi rəvayətdə, Kəbəni ilk dəfə kimin tikdiyi sualına iki fərqli cavab verilir. Birincisi, Adəm Allaha ibadət etsin deyə mələklər, ikincisi mələklərin yardımı ilə Adəmin şəxsən özü. Səbəbi də, insanlığın atasının Quranda simvolik bir dillə izah edilən cənnətdən «eniş» qissəsində açıqlanır:
Adəm, Şeytanın fitnə və fəsadı ilə Allahın «yaxınlaşma» dediyi ağaca yaxınlaşmış və onun meyvəsindən dadmışdır. Bunun üzərinə tənzili rütbəylə (Tənzili rütbə — burada vəzifəsinin aşağı salınması.) məqamı endirilmişdir. O artıq məsuliyyət dünyasında tək başına qalmışdır  

Ardı →

Şəhərlərin anası

Məkkə, ucsuz-bucaqsız bir səhranın bağrından fışqırmış vulkanik lava qayalığı meşəsinin ortasındakı dar bir vadidə qurulmuş təvazökar bir şəhərdir. Ətrafı tamamilə qara vulkanik qranit daşlarından ibarət olan sivri və çılpaq təpələrlə örtülüdür.
Cənub-şərqində Əbu Qubeys və Əcyad dağları alçalıb yüksələn bir silsilə halındadır, üzləri Kəbəyə çevrilmiş təzim üçün qiyamda dayanmış kimi süzülürlər. Şimalında Hind dağları, Səbir dağları. Qərbdə bir az daha uzaqda yenə vulkanik əhəng təpələri. Məkkəni əhatə edən bu dağlarda bəzən səhra sarısına çalan əhəng daşları görülsə də, ümumiyyətlə tutqun qara qayalardan meydana gəlir. Torpaq yox deyiləcək qədər azdır. Onun üçün yaşıl örtüsü də yoxdur. Hündürlüyü [Sevr 650, Hira 500m.] çox yüksək olmamağına baxmayaraq hamısı bir qıf kimi sivri olduğu və çox vaxt da ayrılmaz qayalardan meydana gəldiyi üçün olduğundan uca və əzəmətli görünürlər.

Ardı →