Рейтинг
+52.01

islam və cəmiyyət

45 üzv, 81 topik

Alın yazısı

Dinimizdə “alın yazısı”, “qismət” kimi anlayışlar mövcuddur. Bu anlayışlar müsəlmanlar tərəfindən birmənalı şəkildə qəbul olunmur. Və çox təəssüf ki, bu anlayışların düzgün qavranılmaması nəticə etibarilə bir çox müsəlmanların İslam vaciblərindən yayınsalar belə özlərinə bəraət qazandırmalarına səbəb olur.
Allahın insana imtahan kimi verdiyi bu düynada insanlar öz əməlinə, əxlaqına və ən mühümü də təqvalarına (təqva – Allah əmrlərinə tabe olmaq, Allahın səni görmək istədiyi yerlərdə hazır, görmək istəmədiyi yerlərdə qaib olmaqdır) görə fərqlənirlər. Kimisi İslam qanunlarına tabedir və daha da üstün şəkildə tabe olmağa hər vaxt çalışır, kimisi qismən tabedir və bunu özünə kifayət hesab edir, kimisi tabe deyil və bunu vacib hesab etmir, kimisi ümumiyyətlə bu qanunlardan xəbərsizdir və bu barədə danışılanda hətta qulaqlarını da tıxayır ki, eşitməsin və s. Bu növlərin arasında daha bir növ insanlar var ki, onlar İslamdan cüzi məlumatlı olmaqla kifayətlənir və baş verən hər bir məsələnin sırf Allaha aid olduğunu vurğulayır. Bu xırda yazıdan da məqsəd məhz bu növ insanların fikirləridir.
Ardı →

Baxışlardakı pozuqluq

Baxışlar insanın bəzi xüsusiyyətlərini bəzən tamamilə aşkara çıxarır. Elə məhz çox hallar da bu baxışların altında gizlənir. Hər baxışın arxasında insanın niyyəti durur və elə hər şey bundan asılıdır. ELə məhz ramazan ayında insanların Oruc olması təkcə yemək-içməkdən çəkinmək deyil və həmçinin onun bütün bədən özvülərinin oruc olması əsasdır. Mövzuya əlavə olaraq danışığın da baxış qədər önəmli olmasını vurğulamağa ehtiyac var. Belə ki, danışıq qədər insanların xarakterlərini, duyğularını, düşüncələrini ya da səmimiyyət dərəcələrini biruzə verən bir başqa göstərici də baxışlardır. İnsan daxilən nə yaşayırsa, ürəyində nə saxlayırsa, ya da ağlından hər nə keçirirsə bu çox vaxt baxışlarına əks olunur. Bu, əslində xalq arasında da bilinən bir gerçəkdir və «gözlər ürəyin aynasıdır» deyimiylə ifadə edilir. Bu səbəbdən insanların bir-birlərini tanıyıb anlamalarında baxışların əhəmiyyətli bir yeri vardır.
Ardı →

İslamda təmizlik

təmizlikİslam dinində təmizlik insanlığın təməl prinsiplərindəndir. İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən keçdikdən sonra yönünü Qibləyə çevirir. Peyğəmbərimizin (s.ə.s.) hədislərində təmizlik həm gözəllik, həm ibadət, həm də sağlamlıq üçün çox önəmli amil kimi dəyərləndirilir. Onun buyruqlarında gigiyena ilə bağlı yer alan tövsiyələr bu gün tibb elmini heyrətə salır.

Rəsulullah(s.ə.s.) buyurur ki, dəstəmaz alarkən gözlərinizə su içirin. Bu, o deməkdir ki, göz çuxurlarına su verin, onları yaxşı-yaxşı ovuşdurun. Bu gün bir çox göz xəstəliklərinin məhz göz çuxurlarının təmizlənməməsi ucbatından əmələ gəldiyi məlumdur. Göz masajı, yəni göz çuxurlarının yüngülcə ovuşdurulması görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ən səmərəli təmrinlərdən hesab olunur. Hətta Dünya Səhiyyə Təşkilatı gün ərzində ən azı bir dəfə göz qapaqlarını və çuxurlarını yaxşı-yaxşı yumağı məsləhət görür.


Ardı →

Qərbi Qərb edən islam alimləri

Uzun əsrlərdir Qərb dünyasının öyündüyü kəşflərin əslində kimə məxsus olduğu yavaş-yavaş işıq üzü görür. Məhz bu kəşflər sayəsində Qərb, Qərb olub. Məhz bu kəşflər sayəsində uzun illər Qərb elm sahəsində birinci olub. Və müsəlmanların heç bir elmi nailiyyətlərdə əli olmadığ iddia olunub. Alimlərin yaşadıqları dövrə və ondan sonrakı illərə diqqət yetirsək görərik ki, sən demə dünyanın düzənini dəyişdirən əhəmiyyətli kəşflərin sahibi müsəlmanlardır. Qərb alimləri isə sadəcə müsəlman ölkələrinin işğalı zamanı qarət edilmiş kitabxanalardan götürülmüş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar. 
Ardı →

Fərqinə varmadığımız günahlar

Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan “məharətlə” istifadə edir.

Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.

Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir. Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.


Ardı →

İslamda valideyn övlad münasibətləri

Qurani-Kərimdə buyurulur ki, övladlarınız və sərvətiniz sizin üçün fitnədir. Burada işlədilmiş “fitnə” sözü çox çətin, qazanılması ağır olan imtahan anlamındadır. Göründüyü kimi, Allah-Təala bizi əmanət olaraq verdiyi dünya neməti ilə, övladlarla imtahana çəkir. Yəni qazanmaq qədər əlimizdə, ovcumuzda olanları yönləndirmək, haraya, niyə və necə sərf etmək də çox önəmli məsələdir. Bəzən deyirlər ki, övlad böyütmək bir növ borc vermək kimidir, yəni sən onu böyüdürsən, qocalanda da o sənə baxacaq. Amma Quran məntiqində bu cür yanaşma doğru deyil. Əgər fikir vermisinizsə, valideynə və ya övlada zəkat vermək düzgün sayılmır. Övladın valideynə baxması Allah-Təalanın əmridir. Valideyn sevgisi, insanlıq borcu bir tərəfə dursun, bizim üçün hər şeyin fövqündə Allah-Təalanın əmri var. Ola bilsin ki, bir valideyn heç övladına əməlli-başlı baxmayıb, özü yeyib, onu yedirməyib, yaxşı geyindirməyib, hər gün qəlbini qırıb, yad, ögey münasibət bəsləyib. O uşaq da bütün bunları xatırlaya-xatırlaya və bu yadlığın, ögeyliyin altında əzilə-əzilə böyüyüb. Əgər o övlad dinindən, Allah-Təalanın buyurduqlarından xəbərdardırsa, Allahı düşünərək öz valideyninə hörmət edəcək.


Ardı →

Lev Tolstoy:Məni müsəlman hesab edin

Lev Tolstoy: «Xahiş edirəm məni… müsəlman hesab edəsiniz»! Dahi ruz yazıçısı, ruz ədəbiyyatına və tarixinə böyük töhfələr verən mütəfəkkir, Lev Nikolayoviç Tolstoy 1828-1910-cu illərdə yaşamışdır. O bizə daha çox yazıçı kimi tanışdır. Onun fəlsəfi düşüncələri, Allah, ruh, bilik, məhəbbət, həyatın mənası və s. haqqında təsəvvürlərini əks etdirən elmi əsərləri isə nisbətən az məlumdur. Həyatın mənasının, mənəvi idealın, varlığın gizli umumi qanuna uyğunluqlarının əzablı axtarışları, mənəviyyatın və sosiyal durumun fəlsəfi tənqidi onun bütün yaradıcılığından keçir. 1870-ci ildən başlayaraq, o, ölüm qorxusu, günah, tövbə və mənəvi dirçəli. Mövzularına çox fikir verir. Onun tamamilə qeyri-adi təfəkkürü çox hallarda rus cəmiyyətinə aydın deyildi.
Ardı →

Qumar

Qumar pul ya da maddi dəyəri olan bir şeyin orta qoyulması ilə oynanılan, qarşılığında isə tərəflərdən biri və ya bir neçəsinin maddi gəlir qazandığı oyunlara verilən ümumi addır. Onu hobbi adlandıranlar da var, əyləncə, istirahət, məşğuliyyət növü hesab edənlər də, xəstəlik sayanlar da. Qumarı başqa sözlə azart oyun adlandırılır.

Haram oyun
Bu oyunun iştirakçıları öz pullarını artırmaq üçün risk edirlər. Əksər hallarda uduzub-uduzmamaq iştirakçıların öz əllərində deyil. Uduzandan sonra udmaq ümidiylə yenidən oynamaq istəyirsən. Amma bəxt həmişə adamın üzünə gülmür. Qumar müxtəlif məkanlarda müxtəlif cür oynanılır.
Ardı →

Könül xoşluğu ilə borc vermənin fəziləti

“Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verib-alarkən bunu yazın...” (əl-Bəqərə, 2/282)

İnsanların bir-birinə kömək etmə yollarından biri də borc alıb-verməkdir. Dünya halı belədir ki, bəzi səbəblərlə insanlar böyük maddi çətinlik içərisinə düşə bilərlər. Bu kimi çətin vəziyyətlərdə bir-birimizə borc vermək böyük əhəmiyyət daşıyır. Borc alınan pul və ya digər maddələr eyni növdən olan maddələrlə ödənər. Borcun qarşılığında əlavə bir şey verilməz. Əgər borc qarşılığında əlavə bir şey istənərsə, bu faiz olar. Faiz isə dinimizdə haram buyurulmuşdur.

Dinimizdə borc vermək savabdır. İslam borc verməyi təşviq edir. Uca Rəbbimiz belə buyurur:

“Əgər Allaha (Allah yolunda) gözəl bir borc versəniz, (Allah) sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbiləndir, həlimdir! (Dərhal cəzalandırmaz, möhlət verər)” (ət-Təğabun, 64/17)

Qarşılıqsız kömək gözəl bir davranış olduğu kimi, ehtiyacı olanlara borc vermək də fəzilətli bir davranışdır. Hətta borc vermək sədəqə verməkdən daha gözəl sayılmışdır. Həzrət Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurur:

“Merac gecəsi Cənnətin qapısı üzərində, “sədəqə on misli savabla qarşılanar. Borc isə on səkkiz misli savab ilə qarşılanar”, — deyə yazıldığını gördüm. Cəbraildən: “Borc verməyin sədəqədən üstün olmasının səbəbi nədir”,- deyə soruşdum. Cəbrail: “Çünki dilənçi varı olduğu halda dilənər. Halbuki borc istəyən kimsə ancaq möhtac olduğu üçün borc istəyər”,- deyə cavab verdi.”


Ardı →

Bir cənnət bucağı kimi

Kimi dindirsən, uşaqlığında şeir də yazıb, aşiq də olub. O ilk sevgi, ilk duyğu bir yaz yeli kimi başımızdan ötüb keçib, ancaq o ilıq xatirəsi ömür boyu bizimlə qalıb.
Bəlkə də, o işin faydası, hikməti tamam başqa məcrada, başqa yöndədir. Həyatın gözəlliyini dərk etmək üçün bizə bir nemət kimi gələn o uşaq sevgisi könlümüzün ilk çiçəklənməsidir. O sevgi ilə biz həyatı sevirik, xoşbəxtliyin nə olduğunu anlamağa çalışırıq. Duyğular bizdən asılı deyil, onları bir nemət kimi Allah ruhumuza, könlümüzə yerləşdirir və biz o duyğuları yaşaya-yaşaya, onların dadını damağımızda hiss edə-edə fəsildən-fəslə, mərhələdən-mərhələyə adlayıb, ömür yolunu keçirik.
Ardı →