Рейтинг
+52.01

islam və cəmiyyət

45 üzv, 81 topik

Başqasının sevgilisini sevmək günahdırmı?

Şeytan vəsvəsə vasitəsi ilə sizin qəlbinizə haram olan sevgidən bir köz atıb. Siz bu haram olan şəhvət közünü şeytandan sizə təlqin olunan zəhərli oxlarının vasitəsi ilə (yəni haram olan nəzərlərlə, naməhrəmə baxmaqla), fəsad verən xam xəyallarla, yalnış ümidlərə qapılaraq və yalan olan arzularla alovlandırmısınız.

Böyük islam alimi İbn əl-Qeyyim (rahiməhullahu) «Zəədu-l-Məad» kitabında belə demişdir: «Bu xəstəlik qəlb xəstəliklərindən biridir. Həm öz-özlüyü, həm səbəbləri, həmdəki müalicəsi ilə başqa xəstəliklərdən fərqlidir. Əgər davamlı olarsa, bu xəstəlik getdikcə daha da şiddətlinib möhkəmlənər, həkimlərin xəstəni müalicə etməsi çox çətinləşər və xəstə üçün olduqca böyük təhlükələr yaradar. Sonra o yenə də sözünə davam edərək deyir; Eşq bəlasına əsasən Uca Allahın məhhəbbətindən xali (boş) olan qəlblər tutulur.
Davamı →

Cadudan necə qorunmaq olar?

Cadudan, şeytanın vəsvəsəsindən qorunmaq üçün Uca Allaha sığınmaq, Uca Allaha sığınmaq üçün də Ona itaəti çoxaltmaq lazımdır:

Namaz qılmaq, həmçinin Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (Ramazan orucu kimi);

Günahları tərk edərək onlardan tövbə etmək;

Qurani Kərim oxumaq, həmçinin gün ərzində evdə səslənməsinə qulaq asmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:
Davamı →

Dünyəvilik Qədim Yunanlardan və Romalılardan Deyil, Haqq Dinlərdən Öyrənilmiş İdarəetmə Formasıdır

Rəbbimiz bütün haqq dinlərdə eyni əmr və qadağaları bildirmiş və hz. İbrahimdən (ə.s) bu yana iman edənlərin hamısını müsəlman adlandırmışdır. Dolayısilə bütün haqq dinlər içində təhrif olmadan günümüzə qədər gəlib çatan İslam dini dünyəviliyin də təməlidir.  

«Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!»  (Həcc surəsi, 78)


Ardı →

Ruh

Ruh haqqında Qurani-Kərimin İsra surəsinin 85-ci ayəsində buyurulur ki, «Səndən ruh haqqında soruşsalar de ki, ruh mənim Rəbbimin əmrindədir və bu elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir».
Allahın palçıqdan yapdığı Adəmə öz ruhundan üfurməsilə o, cana gəldi. Məntiqlə düşünsək, ruh gedərsə, insan quru palçıqdan başqa bir şey deyil.Ruhu nələr zədələyir və onu qorumağın yolları nədir?

Ruh nədir?

Axı «az bir şey» «heç bir şey» kimi anlaşılmamalıdır. Bu «az şeydən» nə öyrənmək olar? Peyğəmbərimiz (s.ə.s.) və imamların hədislərində qismən bu barədə məlumat qorunmuşdur. Allahın Rəsulu (s.ə.s.): «Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar» — dediyi məlumdur. Bunu ruhi enerjinin bir-birinə uyuşması, dinə bağlılıq dərəcəsinin yaxınlığı ruhları doğmalaşdırır kimi də düşünmək olar.


Ardı →

Səmimiyyətsizliyin danışıqdakı əksi

Danışma tərzi də, insanların səmimiyyətsizliklərini biruzə verən mövzuların ən diqqət çəkənidir.Belə insanlara Quran ayələri xatırladıldığında söz və davranışlarıyla təslimiyyətləri dərhal görünən möminlərin əksinə, səmimiyyətsiz şəxslər çox vaxt Quran əxlaqıyla uyğun olmayan bir üslubda danışmağa başlayırlar.İnsanın özünü ifadə etməsində sanki bir ayna vəzifəsi görən danışıq üslubuna, Allah Quranda "Əgər Biz diləsək, sənə onları əlbəttə göstərərik, beləliklə onları simalarından tanıyarsan. And olsun, sən onları, sözlərin söyləniş tərzindən də tanıyarsan. Allah, əməllərinizi bilər." (Məhəmməd Surəsi, 30) ayəsiylə diqqət çəkir. Bu şəxslərin danışıqlarındakı qüsurlar bir neçə şəkildə ortaya çıxır. Bunlardan əsaslarını belə sıralaya bilərik:
Davamı →

İslam subay qalmağı istəmir

Subaylıq sultanlıqdır deyiblər ancaq görəsn bu həqiqətən də belədir yoxsa bu deyim sadəcə bir xalq uydurmasıdır. Yetkinlik yaşına çatmış daha dəqiq desək özünü evlilik üçün hazır görən insanların evlənməsi bəyəniləndir. Dinimizdə də bu belə buyrulub. Bir dəfə üç nəfər Hz.Peyğəmbərin yanına gələrək, onun necə ibadət etdiklərini soruşdular. Onlara Rəsulullahın ibadəti haqqında bilgi verildi. Az olduğunu görüb təəccüblə: «Biz Peyğəmbərlə bir ola bilərik? Onun keçmiş və gələcək günahları bağışlanıb», — dedilər. Onlardan biri bütün gecəni namaz qılmaqla keçirəcəyini, başqasi hər gün oruc tutacağını və üçüncüsü də qadınlara yaxınlaşmayacağını bildirdi. Bu xəbər Hz.Peyğəmbərə çatdırıldı.


Ardı →

Həyat: ölümün bu üzündə, o üzündə

Bir hədisi şəriflərində Rəsulullah bu dünyanı uzun bir səfər zamanı insanın dibində oturduğu ağac kölgəsinə bənzədir.
Çox poetik və elə poetik olduğu qədər də düşündürücü tablodur, elə deyilmi? Hələ bu harasıdır? Başqa bir yerdə də dünya həyatı yuxuya bənzədilir. İnsan öldükcə yuxudan ayılırmış.
Şair də “uzun, incə bir yoldayıq“ deyir. Uzun, incə yolun bir hissəsi də bu dünyaya düşür. Yəni bu dünya o uzun, incə yolun çox qısa bir hissəsidir.
Davamı →

Gözəl əxlaqın məhək daşı

Yəqin ki, hamınız görmüsünüz. Avtomobillərdə sürət göstəricisi var (Buna başqa cür spidometr də deyirlər). O boyda avtomobilin sürətini balaca bir əqrəb göstərir. Özü küçük olsa da, gördüyü iş böyükdür. Sürücü işini ona görə nizamlayır. Bizim biliyimizi, bacarığımızı, qabiliyyətimizi gösərən “əqrəb də“ dilimizdir. O danışmağa başlayanda xarakterimizdə nə varsa, ortaya çıxır. Artıq “əsl üzümüzü“ uzun müddət gizləmək də mümkün olmur. Bəlkə də bir az riyakarlıq və ya bir az yalanla bu müddəti uzatmaq olur, ancaq bu da çox çəkmir, “papaq düşür, keçəl görünür“…
Davamı →

Nənə,sənə qurban olum

Məktəbin qarşısında günəbaxan tumu, alça qurusu satan yaşlı xalanı demək olar ki, hər gün görürdüm. Satmaq üçün gətirdiyi tumun ağırlığı bir kilo ancaq olardı. Kiçik bir bazar çantası, sini, bir də kiçik taxta oturacağı… Bu da onun səyyar dükanı və sərmayəsi. Nə qədər də ölümə bənzəyir. Ölünün də kəfəndən və qəbir daşından başqa nəyi var ki?
Xala ikiqat olmuş halda, dalğın-dalğın bir satdıqlarına, bir də gəlib-gedənə baxır. Sərmayəsi 3-5 manat olar, ya da olmaz. Sərmayəsi 3-5 manat olan bir ticarətdə malın hamısını satsan belə qazanc nə qədər olar?
Bir gün “bir manat nədir ki?” –deyən birinə “Bir manatın nə olduğunu get, xaladan soruş! Soyuqdan çatlamış əlləri, qat-qat geydiyi corablarla isitməyə çalışdığı ayaqları və dalğın-dalğın baxan düşüncəli gözləri sənə anlatsın” deyəcəkdim, amma susdum…
Davamı →

Dəmir planetimizə nə üçün göndərilmişdir?

“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər. Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik (mə’dənlərdən çıxartdıq) ki, Allah (Özünü) görmədən Ona (onun dininə) və peyğəmbərlərinə kömək göstərənləri (dəmirdən düzəlmiş silahlarla kafirlərə qarşı vuruşan mücahidləri) bəlli etsin. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!” (əl-Hədid, 25)
Davamı →