Рейтинг
+21.87

istinad-hərəkət apparatı

21 üzv, 37 topik

Osteoxondroz və onun müalicəsi

Hal hazırda insanların, demək olar, əksəriyyətində bu pozulmanı müxtəlif formalarda aşkar etmək mümkündür.

Xalq arasında buna «duzların yığılması» deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur.

Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdan amortizasiya funksiyasını yerinə yetirir — qığırdaq fəqərələrə bir birini saxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir birini sıxmağa başalayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.

Belə ki, boyun osteoxondrozu zamanı xəstədə bu kimi simptomlar müşahidə olunur: baş ağrıları, başgicəllənməsi, boyun nahiyəsində və qollarda ağrılar, qolların keyiməsi, qulaqlarda küy, beyin qan dövranı pozulması, diqqət və yaddaşın zəifləməsi.


Ardı →

Boyun osteoxondrozu

Osteoxondroz onurğa sütununda olan xroniki distrofik prosesdir.

Hal hazırda osteoxondroz tibb elmində çox ciddi problem kimi qəbul olunur. Osteoxondroz cavan və orta yaşlı insanlarda inkişaf edir, müxtəlif pozulmalara, iş qabiliyyətinin azalmasına, hətta şikəstliyə gətirib çıxarır.

Statistikaya görə, damar xəstəliklərdən (hipertoniya, ateroskleroz, ürəyin işemik xəstəliyi, infarkt və insult) sonra osteoxondroz xəstəliklər arasında 2-ci yer tutur. Lakin damar xəstəliklərdən fərqli olaraq osteoxondroz cavan insanlarda inkişaf edir. Həkimlərin müşahidələrinə görə, insanların bir çox hissəsində osteoxondroz var. Bunun səbəbini isə həkimlər müasir insanın azhərəkətli həyat tərzində, düzgün olmayan qidalanmada görürlər. Müasir insanın həyatı gündən-günə avtomatlaşdırılır. Müasir həyat tərzi daha hərəkətsizdir — məişətdə paltaryuyan, qabyuyan maşınlar istifadə olunur. İnternet vasitəsilə evdən çıxmadan insan hər bir şey əldə edə bilir və s. Bütün bu rahatlıqlar isə insanı daha zəif edir...

Boyun osteoxondrozu bu xəstəliyin ən təhlükəli növü sayılır. Boyun osteoxondrozu zamanı onurğanın boyun hissəsinə aid olan fəqərələr və onların arasında olan disklər deformasiyalara uğrayır.
Ardı →

Osteoporozun profilaktikası

- Bədən çəkisinin aşağı olması (bədən kütləsi indeksinin 20 kq/m-dən az olması) osteoporoz üçün ciddi risk faktoru hesab olunur. Ona görə də hal-hazırda qadınlar arasında arıqlamaq dəbi onların sümük sistemi üçün çox təhlükəli hesab olunur.

Çünki hazırda bu məqsədlə tətbiq edilən, demək olar, heç bir pəhriz proqramı orqanizmin müvafiq maddələrlə tam şəkildə təmin edilməsinə imkan vermir. Qadın bu pəhrizdə uzun müddət qaldıqda isə bu daha təhlükəli hesab edilir.

Bədən kütləsi indeksinin (BKİ) müəyyən edilməsi üçün belə bir formuldan istifadə edilir:

Çəkinizi kiloqramla (kq) ifadə olunmaqla cəkin və qeyd edin. 
Boyunuzu metrlə (m) ifadə olunmaqla ölçün və qeyd edin. 
Bədən kütləsi indeksinin (BKİ) müəyyən etmək üçün kiloqramla (kq) ifadə olunmuş çəkini metrin kvadratı (m2) ilə ifadə olunmuş boyun ölçüsünə bölmək lazımdır:


Ardı →

Osteoxondroz nədir?

ОстеохондрозOsteoxondroz – olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Hazırkı dövrdə müxtəlif dərəcəli osteoxondroz insanların əksəriyyətində qeyd olunur.

Bu hal təəccüblü deyil – müasir insan çox az hərəkət edir, vaxtının əsas hissəsini ən zərərli vəziyyətdə — kompyuter qarşısında və ya yazı masası arxasında oturaraq keçirir.

Həkimlər təəssüflə qeyd edirlər ki, bu xəstələr tibbi yardım üçün çox gec müraciət edirlər – xəstəlik o qədər inkişaf edir ki, hətta cərrahi əməliyyat tələb olunur.

Bəli, insanların çoxu osteoxondrozu təhlükəsiz xəstəlik hesab edir, lakin bu heç də elə deyil. Vaxtında və düzgün müalicə tədbirləri görülmədikdə osteoxondroz ciddi narahatlıq, ağrılar və hətta əlilliklə nəticələnə bilər.


Ardı →

Uşaqlarda onurğa sütununun əyrilikləri

5-6 yaşlarında onurğa sütununun bütün fizioloji əyrilikləri artıq əmələ gəlir və insanın qaməti formalaşmış olur.

Həkimlər qeyd etdiyinə görə, hal-hazırda 50-80% uşaqlarda qamətin bu və ya digər əyrilikləri müşahidə olunur. 5-9% uşaqlarda isə onurğa sütununun ən ağır formalı deformasiyalarından hesab edilən və son nəticədə hətta əlilliyə də səbəb ola bilən skolioz xəstəliyiaşkar edilir.

Onurğanın ağır formalı əyrilikləri uşağı fiziki cəhətdən eybəcərləşdirir, onurğa sütununun donqarına və əlilliyə də gətirib çıxara bilir. Bundan başqa, onurğanın ağır formalı əyrilikləri bir çox orqan və sistemlərin (tənəffüs sistemi orqanları, ürək, böyrəklərin) fəaliyyətinə də mənfi təsir göstərir. Məhz buna görə ortoped həkimlər əksər hallarda boş yerə — “sağlam onurğa — sağlam insan deməkdir” ifadəsini işlətmirlər. Profilaktik olaraq uşağı ildə 1 dəfə həkim-ortopedə göstərmək lazımdır.


Ardı →

Uşaqlarda yastıpəncəlik

Yastıpəncəlik uşaqlarda dayaq-hərəkət aparatı xəstəlikləri arasında ən geniş yayılan patologiyadır. Yastıpəncəlik zamanı pəncə deformasiya olunur və ayaqaltı hissə bütün səthi boyu yerə dəyir.

Uşaqda yastıpəncəlik olub-olmadığını yalnız 5-6 yaşlarında dəqiq bilmək olar. Niyə?

Birincisi, bu yaşa qədər uşaqlarda pəncə sümükləri hələ tam bərkiməmiş və onların müəyyən hissəsi isə qığırdaq toxumasından ibarət olur; bağlar və əzələlər də zəif olaraq asanlıqla dartılırlar. Dayaq-hərəkət aparatın normal inkişafı zəminində 5-6 yaşlarında pəncə qövsu düzgün formasını alır. Lakin bəzi hallarda pəncənin inkişafında normadan kənar dəyişikliklər baş verir və nəticədə yastıpəncəlik əmələ gəlir.

uşaqlarda yastıpəncəlik


Ardı →

At quyruğu sindromu

Cauda equine syndrome və ya at quyruğu sindromu onurğa beyni kötüklərinin bel fəqərələri səviyyəsində sıxılmasıdır. Bunun nəticəsindən aşağı ətrafların və çanaq orqanlarının innervasiyası pozulmuş olur. Xəstəliyin məhz belə ad alması buradakı sinir kötüyü dəstəsinin at quyruğuna bənzəməsidir.

Səbəbləri
müxtəlifdir, lakin 60% hallarda səbəb bel fəqərələrini disk yırtığı olur. Bundan başqa, at quyruğu sindromunu digər adları da var: kürəyin anomaliyaları, anadangəlmə anomaliyalar, onurğa beyni anesteziyası, əməliyyatdan sonra baş verən ağırlaşmalar, onurğa beyni şişləri, infeksion xəstəliklər və s.


Ardı →

Ortopedik xəstəliklər və onların növləri

Dayaq-hərəkət sisteminin xəstəliklərinə kifayət qədər çox rast gəlinir. Bəzən heç pasientlər  özlərində hər hansı bir xəstəliyin olmasını hiss etmirlər. Bəzən isə vaxtın olmadığından şikayət edirlər, lakin vaxtında xəstəliyin qarşısının alınması onun tamam sağalmasına səbəb ola bilər. Skolioz və ya onurğa əyriliyi dedikdə, onurğanın yana 10 dərəcədən artıq əyilməsi nəzərdə tutulur. Skoliozun ən çox rast gəlinən forması aşağıdakılardır:


a)  İdiopatik, b)  Anadangəlmə, c)  Sinir-əzələ mənşəli, d)  Strukturlu


Ardı →

Skelet əzələləri

Skelet əzələləri eninəzolaqlı əzələ liflərindən təşkil olunmuşdur. Hər bir əzələyə qan damarları və sinirlər gəlir. Skelet əzələləri hissi və hərəki neyronların lifləri ilə sinirlənir. Dərinin, əzələlərin, vətərlərin, oynaqların reseptorlarından gələn impulslar hissi sinirlər vasitəsilə mərkəzi sinir sisteminə verilir. Onurğa beynindən gələn impulslar hərəki sinirlərlə əzələyə ötürülür, bunun nəticəsində əzələ yığılır. Əzələlər iradi olaraq yığılıb, bədənin hissələrini hərəkət etdirir, orqanizmin yeriməsini və müəyyən bir vəziyyət almasını təmin edir.


Ardı →

Sınıqlar və çıxıqlar zamanı ilk yardım

Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər bədbəxt hadisələr nəticəsində bədənin müxtəlif sümükləri sına bilər. Sınıqlar qapalı və açıq olur. Sınmış sümüklər görünürsə, yəni əzələnin və dərinin tamlığı pozulmuşsa, buna açıq sınıqlar, pozulmamışsa, buna qapalı sınıqlar deyilir. Sınmış sümük hissələri yerini dəyişən və ya dəyişməyən olur. Sümük bir neçə yerdən sınmışsa, buna mürəkkəb, bir yerdən sınmışsa, buna sadə sınıq deyilir. Güllə və ya qəlpə təsirindən də sınıqlar baş verə bilər. Buna güllə sınığı deyilir.


Ardı →