Рейтинг
+21.87

istinad-hərəkət apparatı

21 üzv, 37 topik

Onurğa əyriliyi-Skalioz

Sağlamlıq hər şeydən önəmlidir.Sağlam olmaq üçün təbii soklar içməli,idmanla məşğul olmalıyıq.Kalsium çatışmamazlığı bir çox xəstəliklərə yol açır.Küçədə gedərkən çoxunda bel kürək nahiyyəsində ya şişkinlik yadaki çiyinlərinin eyni olmamasını görürəm.Bəlkədə bilmirlərki onlarda onurğa əyrilikləri var.Buda ən çox uşaqlarda və 18-25 yaş arası insanlarda rast gəlinir.Daha çox rast gəldiyim SKALİOZDU. Adətən, skolioz uşaqlarda və gənc yaşlarda, orqanizmin sürətlə inkişaf etdiyi vaxtda inkişaf edir. Skolioz olan şəxslərdə orqanizm inkişaf etdikcə, sonrakı yaşlarda da təəssüf ki, skolioz inkişaf etməkdə davam edir. Bununçündə bu movzuya toxunmaq istədim.Güman edirəmki faydalana bilərsiz


Ardı →

Skalioz xəstələrinə görə idman növü




Əvvəla bu linki düzəltməkdə mənə yardımcı olan Cavid və Orijinal istifadəçilərinə təşəkkürümü bildirirəm.Videonu izləyin və əgər sizdə skalioz xəstəliyi varsa gün ərzində bu idmnaı etməklə sağalmaq olar.Qeyd edim ki, skaliozun ilkin əlamətləri  bel,ürək və təngnəfəslikdir.Videonu izləyib və sizə aydın olmayan məqam olsa mənə müraciət edə bilərsiniz
Davamı →

Oynaqları təmizləyək

Oynaqları ən gözəl təmizləyən bitki dəfnə yarpağıdır.15-20 ədəd dəfnə yarpağını 1 litr suya töküb zəif odun üzərinə 5 dəqiqə qaynadın.sonra termosa  töküb 3-4 saat saxlayın.Süzüb soyutduqdan sonra 10-12 saat ərzində kiçik qurtumlara için.Dəfnə yarpağından hazırlanmış dəmləməni ildə 1 dəfə 3 gün müntəzəm içmək lazımdır.
Diqqət! Prosedurlardan əvvəl mütləq 1 litr su ilə təmizləyici imalə edin.Ümumiyyətlə yoğun bağırsağı təmizləmək lazımdır.Dəfnə yarpağı çox güclü vasitədir.
Ardı →

Bel ağrısı

Bel ağrısı həzm pozğunluğu, əsəbi narahatlıq, psixoloji amillər, yorğunluq və s. səbəblərdən meydana çıxa bilər. Bəzən mədə, dalaq, qara ciyər və öd kisəsi xəstələnərkən beldə ağrılar olur. Adi bel ağrılarının qarşısını almaq üçün yol gedərkən beli düz saxlamaq, oturarkən beli əyməmək, ürək və mə«də fəaliyyətinin yaxşı olması üçün dərindən nəfəs almaq lazımdır. Bu həm də qan dövranına yaxşı tə»sir göstərir, nəticə etibarilə bel ağrısının qarşısını alır.
Ardı →

Çox oturmaq sümükləri zəiflədir

Araşdırmalara görə, günün çox hissəsini oturaq tərzdə keçirən insanların sümükləri zəifləyir, qan-damar sistemi daralır, əzələlərin elastikliyi azalır, beldə, boyunda ağrılar, oynaqlarda şəkil pozuqluğu meydana çıxır. Bunun qarşısını almaq üçün tez-tez qalxıb gəzinmək, əzələləri, oynaqları hərəkət etdirmək lazımdır. Saatlarla oturmaqla yanaşı, dirsəklənmək də orqanizmə xoş vədlər vermir. Bütün bunların qarşısını almaq üçün deyildiyi kimi, tez-tez durub gəzinmək, oturanda kürəyi dik tutmaq, masa arxasında çalışarkən əyilməyəcək tərzdə oturmaq, yəni oturuş qaydasını pozmamaq, masa ilə vücud arasında qolları sərbəst tərpətmək üçün ara məsafəni saxlamaq lazımdır. Bir saatdan bir qalxıb 5-10 dəqiqə gəzərkən əzələləri hərəkət etdirmək, müxtəlif idman hərəkətləri ilə məşğul olmaq vacibdir.
Davamı →

Əzələ spazmı nədir ? Əzələ sıxılması səbəbləri və müalicəsi

Əzələ spazmı sinirlər tərəfindən əzələlərə birdən-birə həddindən artıq siqnalların ötürülməsi ilə ortaya çıxan bir haldır. Bunun əsas səbəbi isə beyninin soyuq əzələ kütləsinə bəzi hərəkətləri anidən etməsinə olan tələbkarlığıdır. Normal halda əzələlərin müəyyən hərəkətləri icra edə bilməsi üçün əzələ yağ toxumasının isinməsi və lazımi qədər protein və s. başqa vitaminləri depolaşdırılması gərəklidir. Ən çox ayaqların ön və arxa tərəfində uyuşmalar ilə hiss edilən əzələ spazmı, həmçinin əllərdə, beldə, qarın nahiyəsində də görülə bilir.


Davamı →

Revmatizm

Revmatizm dedikdə çox adamın ağlına yüngül oynaq ağrısı gəlir. Yağış yağmazdan əvvəl yaşanan və əslində həyata çox da təsir etməyən "şirin" bir ağrı. Halbuki, yüzlərlə növü olan revmatizm doğru diaqnoz qoyulmadığı təqdirdə gəzməyə belə mane ola bilir.

Davamı →

Bel yırtığı riskini azaltmağın yolları

Bel yırtığının qarşısını almaq üçün hərəkətsiz qalmayın
Bel yırtığı halları hərəkətsizliyin əsas nəticəsidir. Stolüstü işdə uzun müddət çox çalışmaq əzələ yorğunluğuna səbəb olur. Bunun qarşısını almaq üçün masada işləyənlərin bir saat oturduqdan sonra 10 dəqiqə qalxıb yerimələri və əzələlərini məşqlərlə işlətmələri çox faydalıdır. Uzun müddət maşın sürənlərdən birisinizsə, eyni şəkildə fasilələr vermək faydalıdır.

Davamı →

Boyun mioziti nədir?

Boyun ağrılarının 50%-i əzələ boyun-çiyin əzələ qrupunun iltihabi prosesindən qaynaqlanır. Miozit xəstəliyinin növləri içində ən çox yayılmışı da məhz boyun miozitidir. Xəstəlik istənilən yaşda, qadın-kişi fərqi olmadan hər kəsi yaxalaya bilər.

Xəstəliyin əlamətləri:
— Boyun miozitini çox vaxt həkim və pasiyentlərin səhv saldığı ostexondroz, radikulit, onurğa yırtığından fərqləndirən əsas əlamət onun bir neçə gün ərzində başlayıb, 1 həftə ərzində kəskinləşməsi və ağrıların dözülməz olmasıdır.

— Boyunu tərpədəndə, çevirəndə, fiziki yük zamanı, başı əyəndə ağrı kəskinləşir, çiyinə, qola, qulağa yayılır. Adətən miozit boynun bir tərəfini tutur.
Davamı →