Рейтинг
+52.08

İxtiralar və kəşflər

53 üzv, 15 topik

DNT-nin ilk foto şəkli

DNT-nin cüt zəncirdən ibarət modeli 1953-cü ildə qəbul edilmişdi. Elm adamları Ceyms Vatson və Frensis Krikin təklif etdiyi bu modelin qəbul edilməsindən 59 il sonra həyatın özünü təşkil edən zəncirlərə aid ilk həqiqi fotoşəkil çəkilib.

Məlum olan bütün canlı orqanizmlərin inkişafı və həyat funksiyaları ilə əlaqədar əsas məlumatları ehtiva edən DNT zəncirlərinin ilk dəfə foto şəkli çəkilib. İtaliyanın Maqna Qrasia Universitetində fizika professoru Enzo Di Fabrizio elektron mikroskopu ilə DNT-nin foto şəklini çəkib.

Elm adamları Di Fabrizionun uğurundan əvvəl DNT-nin quruluşunu müxtəlif vasitələrlə müşahidə etmişdi. DNT-nin cüt spiral formasındakı quruluşu ilk dəfə rentgen kristalloqrafiyası adlanan metodla müəyyən edilmişdi. Bu metodda rentgen şüalarının cisimlə toqquşduqdan sonra necə əks olunduğuna baxaraq cismin forması müəyyən edilir.


Ardı →

Dəniz dibindəki elektrik axınlarının mənbəyi

Elm adamları 3 il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.

Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub.

Elm adamları elektrikli bakteriyanın üzvi elektronika sahəsində yeniliyə səbəb olacağını, hətta insan bədəninə nəql edilən protezlərin təkmilləşdirilməsinə imkan verəcəyini bildiriblər.


Ardı →

Bağdad batareyası

1938-ci ildə alman arxeoloq Vilhelm Koniq tərəfindən tapılan vazaya bənzər bir əşya “Bağdadbatareyası” adlandırılır. Bəs 2000 illik tarixi olan bu əşyadan batareya kimi istifadə edildiyinə dair qənaətə necə gəliblər? Çünki bu əşyadan batareya kimi istifadə edilibsə – ki, aparılan tədqiqatlar bunun doğru olduğunu göstərir – mədəniyyətin daima təkmilləşdiyi, qədim xalqların isə ibtidai şəraitdə yaşadığına dair bütün nəzəriyyələr əsassız qalır.

Ağız hissəsi asfaltla örtülmüş bu torpaq qabın içində mis boru var. Alt hissədən mis diskə bağlanmış bu borunun içində dəmir çubuq üst tərəfdəki asfalt qapağa bərkidilmişdir. Çubuq borunun içinə doğru sallanmış vəziyyətdədir, ancaq heç bir nöqtə ilə birləşmir.


Ardı →

Şumerlər və elmi

ixtiŞumerlər riyaziyyata say sistemini tətbiq ediblər. Dövrümüzdə istifadə edilən 10 sayı əsasında qurulmuş riyazi sistem əvəzinə 60 sayı əsasında qurulmuş riyazi sistemdən istifadə ediblər. 60 sayı hələ də bəzi hesablamalarda mühüm yer tutur, 1 saatın 60 dəqiqədən, 1 dəqiqənin 60 saniyədən ibarət olması və ya dairədə 360 dərəcə olması kimi… Ona görə, həndəsə və cəbrin ilk formullarını tərtib edən şumerlərin riyazi bilgiləri müasir riyaziyyatın əsası hesab edilir.

Bundan əlavə, şumerlər astronomiya sahəsində yüksək səviyyəyə çatmış, ay, il və günlərin sayını dövrümüzdəki hesabla, demək olar ki, eyni hesablamışdılar. 12 aydan ibarətşumertəqvimindən qədim misirlilər, yunanlar və bəzi sami mənşəli xalqlar da istifadə ediblər. Bu təqvimdə bir il qış və yay olmaqla iki fəsildən ibarət idi. Yay fəsli yazdakı gündönümündə, qış fəsli isə payızdakı gündönümündə başlayırdı.


Ardı →

Kərtənkələ ayaqlarının texnologiyaya verdiyi ilham

Kərtənkələlərin yerin cazibə qüvvəsinə baxmayaraq, tavanda və divarda suda yeriməsi təmin eden fiziki qanun nədir və texnologiyaya necə ilham vermişdir?

Hər canlı növünün məhz ehtiyacına uyğun ayaqları var. Qartalın güclü pəncəli, ördəyin pərdəli, insanın bədəninin bütün ağırlığını daşıyan mükəmməl ayaqları var. Fərqli xüsusiyyətlərə malik ayaqlardan biri də kərtənkələnin ayaqlarıdır. Çünki kərtənkələ ayaqları qızğın qumların və ya suyun üzərində yerimək üçün əlverişli olduğu kimi, şüşənin üstündə və ya tavanda yeriməyə də uyğundur.

 Yerin cazibə qüvvəsinə qarşı divarda və tavanda yeriyən kərtənkələ
Kərtənkələlərin divarlara və tavanlara dırmanarkən yerin cazibə qüvvəsinə qarşı müqavimət göstərən milyonlarla mikroskopik tükcükdən təşkil edilmiş ayaqları bu canlıların tavana yapışmasına kömək edir. Elm adamları kərtənkələnin bu xüsusiyyətlərini təqlid edərək müxtəlif sahələrdə istifadə etmək üçün plasterlər  istehsal ediblər.


Ardı →