Şumerlər və elmi

ixtiŞumerlər riyaziyyata say sistemini tətbiq ediblər. Dövrümüzdə istifadə edilən 10 sayı əsasında qurulmuş riyazi sistem əvəzinə 60 sayı əsasında qurulmuş riyazi sistemdən istifadə ediblər. 60 sayı hələ də bəzi hesablamalarda mühüm yer tutur, 1 saatın 60 dəqiqədən, 1 dəqiqənin 60 saniyədən ibarət olması və ya dairədə 360 dərəcə olması kimi… Ona görə, həndəsə və cəbrin ilk formullarını tərtib edən şumerlərin riyazi bilgiləri müasir riyaziyyatın əsası hesab edilir.

Bundan əlavə, şumerlər astronomiya sahəsində yüksək səviyyəyə çatmış, ay, il və günlərin sayını dövrümüzdəki hesabla, demək olar ki, eyni hesablamışdılar. 12 aydan ibarətşumertəqvimindən qədim misirlilər, yunanlar və bəzi sami mənşəli xalqlar da istifadə ediblər. Bu təqvimdə bir il qış və yay olmaqla iki fəsildən ibarət idi. Yay fəsli yazdakı gündönümündə, qış fəsli isə payızdakı gündönümündə başlayırdı.

  

Şumerlər “ziqqurat” adlandırdıqları qüllələrdə kosmosu da tədqiq edirdilər. 74 günəş və ay tutulmasını əvvəlcədən müəyyən etdikləri müxtəlif mənbələrdən görünür. Şumerlərin digər astronomik kəşfi də bir çox bürcün xəritəsini hazırlamalarıdır. Günəş və Ayla yanaşı, Merkuri, Venera, Mars, Yupiter və Saturnun da hərəkətlərini müşahidə edib qeyd etmişdilər. Bundan 5000 il əvvəl şumerlərin kosmosla bağlı elmi hesablamaları bu gün kosmik peyklərdən göndərilən görüntülərlə təsdiq edilir.

Şübhəsiz ki, bu, tarixin təkamülü iddialarına tamamilə ziddir. Müasir nəhəng teleskoplar və qabaqcıl kompyuterlərlə hər cür texniki imkana malik rəsədxanalarda yeni əldə edilmiş məlumatları bundan 5000 il əvvəl kəşf etmiş xalq var. Bu təqdirdə, təkamülçü elm adamları ön mühakimələrini bir kənara qoyaraq elmi və tarixi kəşflərin onlara göstərdiyi həqiqətə əsasən hərəkət etməlidirlər. Bu həqiqət darvinistlərin iddia etdiyi kimi, sivilizasiyaların daima ibtidaidən aliyə doğru təkmilləşdiyi, xalqların təkamül keçirdiyi tezisinin elmi və tarixi cəhətdən əsassız olduğunu göstərir. Sivilizasiyalar quran, musiqi bəstələyən, sənət əsərləri meydana gətirən, görkəmli tikililər inşa edən, kosmosla bağlı tədqiqatlar aparıb mühüm faktlar əldə edən, elmi nailiyyətlərə imza atan, texnoloji kəşflər edən insanın tarixini təkamül prosesi ilə açıqlamağa çalışmağın kökündə bəzi ideoloji qayğılar yatır. Elm adamları isə ideoloji qayğılara deyil, təcrübələrə, kəşflərə, müşahidələrə, qısaca desək, elmi faktların ortaya qoyduğu dəlillərə əsasən davranmalıdırlar.

 

 

0 şərh