2011-ci il və Kayzen

Kayzen.az layihəsinin ideya müəllifi kimi kayzençiləri Yeni ilin ilk günündə salamlamaq yenə mənim boynuma düşür.
Bir il ərzində xeyli uğura nail olduq: qədim Hindistan tarixindən tutmuş arıqlamaq mövzularına qədər müxtəlif sahələrə aid maraqlı,asan oxunaqlı faydalı yazılarla Azərbaycan gənclərini sevindirdik. Çatışmazlıqlarımız da oldu,özü də çox. Lakin onların üzərindən adlayıb keçir və Yeni ilə başlayırıq.
Bir il ərzində bizə köməklik etmiş,əlindən gələni əsirgəməyən insanlara təşəkkürüüzü bildiririk.
Kayzençilərdən yeni ildə yeni sınaqlar gözləyirik:
Hər hansı bir sahəyə aid olan istənilən növ faydalı məlumatı bizimlə paylaşmağınız xahiş olunur.Saytın qaydaları çərçivəsində Kayzendə nəsə etmək istəyən insanlara əvvəlcədən təşəkkür edirik. Müəyyən səbəblərə görə indi Kayzendə fəal iştirak etməsəm də,bir çox istifadəçilərin işi çox olsa da,inanırıq ki yeni istifadəçilərimiz əlindən gələn köməklikləri edəcək. Əlaqə vasitələrimiz isə dəyişməzdir: əlaqə formu.
Bu il ailə quran, işə girən,uşağı olan və s. sevincli hadisələrlə üzləşən yoldaşlarımızı da buradan təbrik edirəm.
 

2 şərh

nərgiz
Kayzen  günü-gündən inkişaf edir.Amma bəzi şeyləri düzəltmək olmur. Qalereya pis gündədir.
Bakinets
Mən kayzenə teztez girirəm.Mən də çalısacam maraqlı yazılar qoyum. Yeni il təbrikinə görə sağ olun. E-mailə baxırdım,bir də gördüm təbrik məktubu gəlib mənə kayzendən.Çox sağ olun.