Happy birthday!

Düz 1 il əvvəl Kayzen.az saytı qapalı şəraitdə fəaliyyətə başladı.
Düz bir il əvvəl saytın yaradılmasında böyük əməyi olmuş və administrasiyaya bacardığı qədər köməklik etmiş, məsləhətlər vermiş bir insan kimi demək istəyirəm ki,məhz bu gündə  mən Kayzen.az saytında qeydiyyatdan keçmişəm.
Bu əlamətdar gündə sayt administrasiyası kiçik konkurs təşkil edir. Əlavədə gördüyünüz cədvəldə bütün istifadəçilərin reytinqi 8 fevral 21:30 anına uyğun verilib. Əsl kayzençi üçün bir kitab almaq və dil öyrənmək ən faydalı şeydir. Buna görə də bir ay ərzində reytinqi ən çox artırmış istifadəçiyə 50 AZN pul və "Baku Language and Business Center" mərkəzində 20 faizlik endirim kuponu verilir. İnanırıq ki, mehriban kollektivə malik və əməkdaşlıq etdiyimiz BLBS-də kayzençilərimiz darıxmayacaq. Təbii ki,bizim Facebookdakı dostlarımızı da yaddan çıxarmaq olmaz. Bəzən mövzulara Facebookda daha çox şərhlər yazılır ki,nəinki Kayzendə. Ona görə də bir ay ərzində Facebookda kommenti ən çox like olunan istifadəçiyə də eyni hədiyyələr verilir.
Bu bir ildə çox böyük uğurlara nail olan kayzen.az saytı onun istifadəçilərinin və administrasiyasının əməyi sayəsində çox böyük resursa çevrildi. Tez-tez girməyimə baxmayaraq kayzenə girəndə heç vaxt darıxmıram, çünki burada Azərbaycan gəncliyinə, inkişaf etmək istəyən insanlara çox faydalı məlumatlara rast gəlirəm. Bu bir il ərzində saytda bəstəkarların həyatından tutmuş onkoloji xəstəliklərə qədər bir çox mövzularda faydalı yazılar yazılmış, mikrobloqda həcmi az, mənası böyük fikirlər yerləşdirilmiş, darıxmamaq üçün qalereyada xeyli albomlar qoyulmuş, neçə-neçə insana sevinc bəxş olunmuşdur. Bu işdə əziyyəti olan hər bir kəsə təşəkkürlər.

 

ad günün mübarək!

UPD. Cədvəldə qeydiyyatdan keməmiş bir çox adamların da reytinqi var idi,ona görə də reytinq cədvəlində kiçik düzəliş oldu.

 

18 şərh

Xrizoberil
təbriklər, inşaallah üzun ömürlü olar. Amin.
Yucin
Həqiqətən səmimi qəlbdən təbrik edirəm. 1 il nədi ki. Amma bu 1 il ərzində çox böyük işlər görülüb. İnanıram ki, saytımızın ömrü uzun olacaq. Qeydiyyattdan keçmiş istifadəçilərin sayı birə on artacaq. Başımızın ucalığıdır. Təbrik edirəm.
Yucin
Yeyib içmək zad olacaq?
girl_moon
Təbriklər və uğurlar kayzen. az!Saytda zəhməti olan hər bir kəsə təşəkkür edirəm.
təpəgöz
Təbrik edirəm hamını.
Tort dadlıdır?
Samir012
Çudo-Peçka dan alınıb tort deyesen, yeqinki dadlı olar))
Samir012
Mən də həm öz adımdan həm də bütün Samir-lər adından təbrik edirəm və uğurlar arzulayıram. İnşAllah yüz yaşını qeyd edək.
Zahid_GDMLI
Mən də bütün kayzençiləri təbrik edirəm, əməyi keçən hər kəsə təşəkkür edirəm.
Coka94
Tebrikler yaxwiki Bu sayt var...!The Best site!
memmed30
Файл для скачиванияMen de sizi urekden tebrik edirem,men bu saytin yeni uzvlerinden sayiliram.amma sizin sayti cox beyenirem bura cox maraqlidir.men bu saytdan o qeder melumat toplamisham,hetta dostlarima da bu sayti meslehet gorurem.buna gore de size cox minnetdaram.menim ingilis diline cox boyuk maragim var.duzdur burda bezi melumatlar mene komek olub,amma sizden xahish edirem ki ingilis qrammatikasi,danishiq dili haqqinda daha cox melimat veresiniz.teshekkurler ve bir daha tebrikler.omrunuz uzun olsun…
memmed30
men de sizi urekden tebrik edirem nece bele illere cixasiniz,omrunuz uzun olsun.
Admin 2011-02-11 20:40:36 redakte edib
2ral
Bugün,yəni 27 fevral kayzen tarixində çox əlamətdar gündür. Bütün dostları təbrik edirəm.
ruby88

Tebtikler!men de istedim o tortdan:))


 

bahar
Yəqin ki,bugün kayzenin 2-ci ad günüdür.
Mən də bütün kayzençiləri təbrik edirəm.Sözün əsl mənasında uzun ömür arzulayıram.
Bu saytda Azərbaycanın vətənpərvər və savadlı gənclərinin olduğuna 1 daha əmin oldum.
Aynur
Əsl bayram bugün olmalı idi.Sönük keçdi. Hamıya təbrik.
puja8

Dünən qeydiyyatdan keçdim, amma artıq bu gün mənimçün doğmalaşdı bura.


TƏBRİK EDİRƏM SƏMİMİ QƏLBLƏ!

şərh silinmişdir