Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan ?
Qardaşmı olacaq, yadmı olacaq ?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən

Məzarının baş ucunda oturmuşam... Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.

Çox sevinirdin-çünki ilk dəfə idi sənə “gəl, şəklini çəkim” demişdim. Yüyürüb saçlarını qaydaya saldın, paltarını dəyişdin.
Mən isə qışqırdım: “Tez ol! Yoxsa çəkməyəcəm”. Bu sevinci də sənə çox gördüm. Gözlərin doldu. Vecimə də olmadı. Şəklini çəkdim. Sən bilmədin niyə. Sadəcə gülümsədin-axı şəkil çəkəndə hamı gülümsəyir.
Necə mənasızdır. Fotoaparatı qurdalamaq üçün çəkdiyim o şəklin surətini çıxartdırıb gətirincə min dəfə yalvartdım səni...

yazıq baxışlarla baxan ərindən yarımayan qadınKülək əsir. Evə getmək istəmirəm. Səndən daha çox vaxt ayırdığım, uğrunda sağa-sola pul xərclədiklərimi də daha görmək istəmirəm, başımın tacı...
Başımın tacı?! Görəsən bunu son dəfə nə vaxt demişəm sənə?
Deyəsən heç vaxt...
Bunu demək üçün ölmənimi gözlədim?! Amma sən çox dedin...

Səni həmişə ən axırıncı yerə qoydum. Məndən “böyüklərə” deyə bilmədiklərimi sənə dedim, üzünə tüpürmək istədiyim əclaflara vura bilmədiyim şillələri sənə vurdum, bütün günü süni təbəssümlə, hamıya xoş gəlim deyə üzümə taxdığım “mədəni insan” maskasını təkcə sənin önündə çıxartdım.
Düçar olduğum uğursuzluqların acığını səndən çıxdım, adını “kişini kişi eləyən arvadıdır” qoydum.
Həmkarlarımın ayağımın altını qazımasının, vəzifəsi məndən üstün olanların təhqir və hədələrini udub-udub evdə sənin üstünə qusdum.

Adını “ərkim çatır” qoydum. Kişiliyimi təkcə sənə sübut etməyə çalışdım. Vuran əlimin, deyən dilimin olduğunu qüdrətli, ağıllı, sözükeçən olduğumu təkcə sənin yanında göstərə bildim.
Sənə gözəl sözlər deməyi çoxdan tərgitdim, adını “bu, əttökənlikdir” qoydum. Amma internetdə, işdə, orda-burda qadınlara bol-bol xoş söz dedim.
Nömrəsini oğlan adı ilə qeyd etdiklərimə gecə tualetə girib, romantik sms-lər yazdım. Sonra onların başqalarının maşınından boylanan başlarını gördüm. Adını “xəyanət” qoydum. Məndən əvvəl üzü onlarla üz görmüşlərdən vəfa umdum. İçdim, içdim...
Evə gələndə sənin mehriban üzünü gördüm. Ürəyim birtəhər oldu. Varlığına şükr etdim-gizlincə. Səhəri gün isə unutdum.

Ehtiyaclarını qorxa-qorxa dedin. Hər şeyə deyindim. Göz yaşların yanaqlarını islatmağa başlayanda “bayquş, yenə də başladın” dedim. Əl qaldırdım sənə. Hönkür-hönkür ağlatdım səni.
Ağlamağı da çox gördüm. “Başımı yeyən” bu qadını qarşıma çıxartdığı üçün Allaha üsyan etdim.

Evə getmək istəmirəm... En böyük qəbirstanlıq evimizdədir. O evin hər şeyi sən imişsən. Qabları yumaq-faciə imiş. Oğlumuzun çoxlu suallarına cavab verməkkk... Əzizimmmm...

Mən isə elə bilirdim təkcə çörək qazanan əziyyət çəkir!! Evə gələndə mənim yorğunluğumu sən çıxarırdın, bəs sənin qayğına kim qaldı, ay yazıq??!!

Dünən ən sevdiyim köynəyimi yumaq istədim. Nə qədər əzyiyyət çəkdim, ləkəsi getmədi. Ütü isə lap zülm imiş. Heç vaxt sənin səliqəylə ütülədiyin köynəkləri geyinəndə minnətdar olmadım.
Onlara başqa qadınların ətirini, kirşanını hopduranda vicdanım sızlamadı, sadəcə beynimdə növbəti yalanın mətnini düşündüm. Sən bunu bildin, amma üzümə vurmadın...

Sevdiyim yeməkləri bişirməkdən heç yorulmadın. Mənsə təşəkkür etməyi ağlımdan belə keçirmədim. Həmişə yedim, doydum və sadəcə gəyirdim. Əllərinə qurban olum, həyatımın dəyəri! Kaş sağ olaydın, bir quru çörəyi gətirib qoyardın qabağıma. Milyon dəfə əllərindən öpüb “çox sağ ol” deyərdim....

bir kişi kimi yoldaşımı xoşbəxt etmədim.Allah cəzamı verdiYatağıma girmək istəmirəm gecələr. O yataq sənə qadınlığını unutdurdu. Həmişə təkcə özümün nə istədiyim mənim üçün vacib oldu. Sənin nə hiss etdiyi heç ağlıma da gətirmədim. Ya arxamı çevirib yatdım, ya da “başım ağrıdı”.
Mən səninlə bəyənmədənmi evlənmişdim? Yoxxx. Oğlumuzu dünyaya gətirəndən sonra sallanan qarnından diksinənə qədər səni bəyəndim. Sən gündüzləri ayaqlarını divanın altına keçirib, yerdə uzanaraq idman etdin ki, formaya düşəsən, xoşuma gələsən. Mən isə səni ələ salıb, mənliyini qırdım.
Sən diqqətimi çəkmək üçün tv-dəki qadın proqramlarından öyrəndiklərini etdin, mən səni lağa qoydum. Sən bunlara necə dözdünnn?? Niyə dözdün?

İt kimi peşmanam. Kaş indi olaydın yanımda. Yerdə diz üstə çöküb oğlumuzu bətnində daşıyarkən damarları partlamış o ayaqlarından öpərdim. Mənə övlad bəxş etdiyin üçün milyon dəfə sənə təşəkkür edərdim...

Oğlumuz...Onun hər əziyyətini sən çəkdin. Əlində işlərin bir-birinə qarışanda, yemək ocaqda yananda, uşaq durmadan ağlayanda ancaq qışqırmağı bildim.
Sənə kömək etməyi, qızarmış kotleti tavada çevirməyi, ya da balamızın qusub-batırdığı köynəyini dəyişməyi yaxınıma belə buraxmadım.
Adını qoydum “mən kişiyəm”. Gecələri səhərə qədər oğlumuz ağladı, sən yatmadın, mən isə “kəs də o ...... səsini” dedim. Amma başqa vaxt ağız dolusu “Mənim oğlum!” dedim.

Çiyinlərimdə oturub günahlarımı yazan mələk ağırlıq edir, torpağa basılır... Kaş torpağa girəydim elə indi. Sənin yanında uzanaydım, illərlə sığal çəkmədiyim saçlarını tumarlayardım.

Aman Allah, yəni bu, doğurdan mümkün deyil?!!! Bu saniyə səni görməsəm, dəli olacam!
Kaş bu, bir yuxu olaydı, sən sağ çıxaydın o dəhşətli qəzadan. Niyə mən düşünmədim ki, yoxluğun bu boyda boşluq yaradar həyatımda?
Bəlkə də varlığının doldurduğu yerin böyüklüyü hiss etmədiyim üçün. Kaş sağlığında bunları dərk edəydim...

İndi çox gecdir. İçimdə- vicdansız ürəyimin boşluğunda külək uluyur…
Və mən yetim qalmışam-qadından yetim...

C.Nəzəroğlu
Həmçinin bax:
Qara paltarlı qadın (Ramiz Rövşənin şeiri)
Qadın susmağı öyrənir
 

45 şərh

ORIGINAL
Həddən artıq təsiredici və reallıqlarla dolu yazıydı.Təşəkkürlər
2ral
Səhər bu yazını oxuyandan sonra bazar günü üçün fikirləşdiyim xoş əhval korlandı. Amma peşman deyiləm.
Allah bütün qadınlara səbr versin.+1
Nailə_Rzayeva
Oxuduqca göz yaşlarımı saxlaya bilmədim…
BaKiNeC
Sadəcə super!!!Əllərinə sağlıq Silen_ce.ALLAH razı olsun səndən.Həqiqətən çox mənalı və düşündürücü yazı idi.ALLAH heç bir evi qadınsız,heç bir körpəni Anasız qoymasın.AMİN!!Bir daha sənə çox-çox minnətdarlıq edirəm.
Silen_ce

Siz sağ olun. Mən sadəcə sizlərlə paylaşdım. Çox səmimi yazılıb hər şey. İnsan bilmir müəllifə yazığı gəlsin, yoxsa onu qınasın. Təəssüflər olsun ki, insan bir şeyin dəyərini onu itirdikdən sonra anlayır. Hələ bu, evin xanımı, uşaqların anasıdırsa....Qadınsız evdə hərarət, huzur olmaz.

rustam_aLiyev

qəşşşşşşşşşşşşşşşşşşşşşəng yazıdı .bu taxta ürəyimin quru yerlərini nəmləndirdi )


təsir elədi və nəticə çıxartdırdı

Nailə_Qasarayeva
Çox təsirli yazıdı. Bildiyimə görə, məhz hər şeyə dözməli olduqlarına görə  Allah  qadınlara kişilərdən daha çox səbr verib.
məryam
İnanamıram. O qadın o kişiye nece dözüb? Allahım dehşet! Men ayrıla bilmesem, özümü öldürerdim. Yada nese ederdim. Bu döze bilmezdim!
kentavr
Çox yaxşı yazılıb.Amma dəyəri yoxdur,ona görə ki,kişi əziyyət çəkir,sadaladığı çətinliklərə görə qadınını axtarır,əgər onun çətinlikləri təmin  olunsa o yenə həmin adam olacaq!
ayxansevda
hələ yaxşı ki, sonra anlayır etdiklərinin bədəlini bəziləri qirxı çixmamış gözü başqasını gəzir çox təsiredici idi çox təşəkkürlər
Xrizoberil
ela yazmısınız… təəssüflər ki,bu həqiqətən belədir. Mən öz gözlərimlə şahidi olmuşam həyat yoldaşının qırxı çıxmamış ailə quran kəslərin… çox heyf.indi bəzən həmin insanları xatırlayanda elə təəssuraf yaranır ki, elə bil heç dünyaya gəlməyibmiş belə insanlar. nə bilim, həyatdırda… torpağın üzü soyuqdur deyiblər.
Old_Baku_
Bir sözlə super......Əllərinə 10000 dəfə sağlıq Silen_ce !!!Həqiqətən çox təsirləndim......(((
cahandar
Təşəkkür mövzuya görə.Kövrəlməmək mümükün deyil.
Rene
Bu əzablara dözən qadın ən azı o əzabları ona yaşadan kişi qədər günahkardır… Yaxşı deyir: niyə dözdün? Bax niyə də?! Sevirdimi? Belə sevgi olmaz, olsa-olsa bu xəstəlikdi… Övlada görəmi? Əbəs yerə… Elin qınağına görəmi? Bu təmiz axmaqlıqdır… Gedəcək yeri, özünü dolandıracaq qazancı yox idimi?.. Bax bunu başa düşə bilərəm… Allah heç kimi çarəsiz, məcburiyyət içində saxlamasın… Ona görə həmişəki fikrimi deyirəm ki: QADIN TƏHSİL ALMALIDIR. İŞLƏMƏLİDİR ki, sabah ÇARƏSİZ QALMASIN…
Ferbara
Bizim bir universitet müəllimi vardı. Biz 6 qıza patokdakı oğlanları göstərib deyirdi ki, bunlara arxayın olmayın, siz dərsinizi oxuyun, təhsil alın. :)
Rene

Düz deyib də :) Kişi dar ayaqda fəhləlik edib ailəsini çətinliklə də olsa saxlaya bilər. Amma qadının hər mühitdə olması, hər işi görməsi düzgün deyil… Mütləq deyil ki, hər kəs təhsil alsın, amma ən azı bir sənətə, bacarığa yiyələnmək lazımdır… Yoxsa bu ölkədə yaşamaq çox çətindir… :(

Ferbara
Tamamilə haqlısınız. Siz mənim deyəcəklərimi dediniz. :)
Rene

Xüsusilə də qadın təkdirsə və heç bir ixtisası yoxdursa onun ismətini qoruyaraq ruzisini qazanması çox çətindir… Burda əsas məsuliyyət əlbəttə ki, valideynlərin üzərinə düşür. İndi əri və onun ailəsi tərəfindən zorakılığa məruz qalan çox az qadının ata-anası qızının arxasında durur. Əksəriyyət "ər evi, gor evi" deyimini əsas tutur. Necə deyərlər, «Qız ərə getdimi, bir də o evdən meyidi çıxmalıdır!» Mən demirəm ilk mübahisədəcə boşanmaq lazımdır… Amma ər əyyaşdırsa, arvadı döyür, təhqir edirsə, qadınlıq ləyaqətini alçaldırsa qadın niyə bunlara dözməlidir ki?! Ona görə qadın öz ayaqları üzərində durmağı bacarmalıdır. Demirəm qadın işləyirsə ərinə yuxarıdan aşağı baxmalıdır. Sevmirəm belə qadınları. Ailədə qarşılıqlı hörmət və sevgi olmalıdır, anlayış olmalıdır mütləq. Mövzudan kənar görünə bilər, amma bunları yazmağımın səbəbi odur ki, bu cür təhqirə, işgəncəyə məruz qalan qadınların çoxu ona görə bütün bunlara dözür ki, gedəcək yeri yoxdur..

puma
Bravo, Rene.Ürəyimdən nə keçirsə onu deyirsiz. Əvffinizə sığınaraq, bir söz soruşmaq istəyirəm, Siz ailəlisinizmi? Cavab verməyə də bilərsiniz, sadəcə bundan sonra bir söz deyəcəyəm,ona görə soruşuram.
Rene

:) Yox ailəli deyiləm. Amma bunlar mənim görmək istədiyim, yaşamaq istədiyim ailə haqqında düşüncələrimdir..  Ailəm belə olmayacaqsa heç olmasın. Mən belə düşünürəm..

puma
Mən də həmişə belə düşünmüşəm. Sənə, özünə dilədiyn həyatı yaşamağı arzulayıram amma, çox vaxt  türklər demişkən " evdəki hesab çarşıya uymur ". Nə qədər ideal ailə qurmaq arzusunda olursan ol, hərdən qurduğun xəyalların  "şəraitə yenik"  düşdüyü hallar da olur.
Rene

Təşəkkür edirəm. Mən də eynisini hər kəsə arzu edirəm. Mən qeyri-real, ideal bir şey arzulamıram ki. :) Əslində ailə belə olmalıdır, əsl ailə…  İki insan arasında hörmət, sevgi, anlayış olmayanda həyat işgəncəyə çevrilir. Çox qadınlar görmüşəm həyatını dəyərbilməz kişiylə çürüdüb bugün hər şeyi qədərin üstünə atırlar: «qismətim beləymiş» deyib Allaha üsyan edirlər. Mən belələrindən olmaq istəmərəm, baxın heç vaxt olmaram demirəm, istəmərəm deyirəm. Bilmirəm məndə necə olacaq, bunu Allah daha yaxşı bilir… Mən də dəvəni bağlayıb, Ona təvəkkül etməyə çalışıram. :) Bacardığım kimi… Allah (c.c.) hamımızın köməyi olsun inşa Allah!

Silen_ce
Amma mən belə düşümürəm, məncə insanın qarşısına gec-tez onun layiq olduğu, ürəyi istəyən birisi çıxacaq və onu xoşbəxt edəcək. Kənardakıların «nə oldu? nə vaxt gedirsən?» sualları insanı bezdirir sadəcə.
Xrizoberil
elədir… gedəcək yerləri yoxdur deyə məcbur dözürlər ((( bura həmçinin övlad sevgisi də daxildir. bəzi qadınlar sırf övladları üçün hər bir zülmə,əziyyətə qatlanır, öz həyatlarını puç etməyə razı olurlar. heyf o ömrə ki, həyatını qurban etdiyi övladları isə yaşa dolduqda nəinki onun istədiyi kimi bir övlad olmur, üstəlik qədrini bilmir, uzunə ağ olur...
Allah bütün hər birinizə xoşbəxt ailə nəsib etsin. Amin…
Rene
Haqlısınız, o da var… Arzunuza mən də qoşuluram və ürəkdən AMİN deyirəm. :)
məryam
Rene əsasda son sğzlərinizə böyük haqq verirəm.
Xrizoberil
məqaləyə söz ola bilməz...amma hər iki cinsin yaxşısı və pisi var. həyatda hər cür, hər tip insana rast gəlmək olur. qadının da daş ürəklisi var. eyni münasibəti xanımından görən kişilərimiz də az deyil.
o ki, qaldı dəyər verməyə, qiymətləndirməyə- «sağlığında qiymət verin insanlara» ( C.Novruz), fərqi yoxdur qadın olsun, ana- ata olsun və ya qeyri biri....


Rene

Çox doğru deyib..

bahar
Çox sağol Xrizoberil.
məryam
Məndə başa düşmürəm. Niyə insanlara sağlığında qiymət vermirlər. Çox mənasızdır. Video gözəl idi. Tesşekkürler.
Rene
məryam, hansı video? :)
məryam
Xrizoberil-in qoyduğu video. Məyər başqası var?
Rene
Mən axı burda video görmədim…
məryam
Mən görürəm. Və baxdım. Sizdə deyəsən görsənmir. Bahar xanımda ona görə təşəkkür etdi.
Rene
Bəs mən niyə görmürəm? :( Aman Tanrım, göremiyorum :)) Bu zarafat idi :) Baş açmadım niyə məndə görsənmir video…
məryam
Daha orasını bilmirəm:)
Xrizoberil
bəzən məndə də olur ki, hansısa video görsənmir… səbəbini bilmirəm (((
Ferbara
Burda deyiləsi bir şey qalmayıb. Bir az kövrəldim, yetim.
MaksiMuS
Beyenmekle sadece haqqini vere bildim meqalenin.Emeye ve paylawima göre de twk Silence. Meqaleye aid nese elave qeyd artiqdi.Oxu,ibret gotur.
Arzt
Maraqlı və ibratamizdir. Beyenilsin.
Kinosunas

Səni həmişə ən axrıncı yerə qoydum.


Əllərinizə sağlıq.

reality_man
əla yazılıb, günümüzün reallığı
seyidova
bu ne idi bele??dehşet gözümdeki yaşı saxlaya bilmirem.o kişi indi peşmandı ki guya??yox o qadını yerine başqa biri olsaydı onu seven ona dözen heç yadına düşmezdi.sadece tek qalıb ona görede o qadın deyere minib