Flört etmək nəyə görə vacibdir?

  • Sevgi
Flört etməyin fəlsəfəsi
Digər şirkətdə işləyən bir adam var ki, sən onunla tez-tez telefonda danışmalı olursan — əksərən lisenziya razılaşması kimi cari işlər barədə. Siz heç vaxt qarşılaşmamısınız, hərəniz dünyanın bir ucunda yaşayırsınız, bununla belə, onun profil şəkli səni dinc qoymur: ağ köynək geyinib, gözəl eynək taxıb, amma sən bilirsən ki, ona bu barədə nəsə bir söz deyə bilməzsən.

Onunla danışmaq həmişə əyləncəlidir – onun səsini eşitmək xoşdur; nəsə bir problem çıxanda, o, sözləri qəşəngcə uzada-uzada “a… bilirəm… bilirəm” deyir – sən ancaq ticarət hüquqları barədə təkliflərdəki qarışıqlıqdan şikayətlənirsən, amma onun səsi səninki kimi səslənmək əvəzinə, digər mümkün imkanlar barədə təkliflər verir: kaşki sən ona Antverpendəki satış konfransında özünü necə yalqız hiss etdiyini və ya Baxın “Bist du bei mir” kantantasına qulaq asarkən necə doluxsunduğunu deyə bilərdin.
Davamı →

Evlilikdə sevgi şərtdirmi?

  • Sevgi
Biz uşaqlıqdan sevgi olarsa evliliyin yağ-bal kimi gedəcəyinə inanmışıq, amma reallıq budur ki, evlilik çoxlu güzəştlər tələb edir” – Rakuel Velç

“Sevgi və evlilik bir-birini tamamlayır” anlayışı hələ də yayğındır, lakin gün keçdikcə buna əks arqumentlər də çoxalır. Ona görə də biz əsl sevgi deyəndə nəyi nəzərdə tutduğumuzu aydınlaşdırmalıyıq.

Sevgi və evlilik arasındakı əlaqə
“Yaşa dolduqca, insan irqinin evli olmadığım nümayəndələri ilə daha az vaxt keçirmək istəyirəm” – Robert Brault

Evlilikdə sevginin şərt olması barədə fikir əslində təzəlikcə ortaya çıxıb. Evliliyin tarixi barədə kitab yazan Stefani Kuntz (2005) bu fikrin cəmi iki əsrdir ki, geniş yayıldığını bildirir: “İnsanlar daim bir-birlərini seviblər və əsrlər boyunca cütlüklər arasında ürəkdən gələn məhəbbət olub. Lakin tarixdə çox nadir hallarda sevgi evlilik üçün əsas şərt sayılıb”.
Davamı →

Sağlam münasibət qurmağın qaydaları

"Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar".

"Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz".

"Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır"
 
«Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar».
Davamı →

Sevgilinizlə barışmağın 9 yolu

İki insan arasındakı münasibət onların fərqləri ilə güclü olur. İstər dostluq olsun, istər sevgi, istərsə də evlilik – uğurlu münasibətin sirri varmı? Hər şeyi qaydasında saxlamaq üçün hansısa yollar mövcuddurmu?

Həyatınızda əsas yeri tutan münasibətləri sağlam tutmaq üçün sizə bir neçə praktik məsləhətlər təqdim edirik.

Özünüzə hörmətlə yanaşın
Özünü münasibətə qurban vermək asandır, amma bəzən bir müddət sonra, məğlub olduğunu zənn edərsən. Həm özün, həm də partnyoruna sərbəstlik tanımaq son dərəcə vacib məsələdir. Hobbi və maraqlarınızı qoruyun və sizin üçün əhəmiyyət daşıyan şeylərdən imtina etməyin.
Davamı →

Kişi-qadın münasibətlərinin 10 sirri

1. Münasibətlərdə hər kəs özünə qarşı diqqət axtarır.
Əgər tərəflərdən hər hansı biri kifayət qədər diqqət görmürsə, belə münasibətlərin aqibəti uğursuzluğa məhkumdur. Heç nə münasibətləri biganəlik və etinasızlıq qədər riskə atmır. Pis hərəkətlər, pis xarakter və ya zərərli vərdişlər, bununla müqayisədə əhəmiyyətsizdir.

Diqqətin iki növü var: kişi və qadın. Qadından gözlənilir ki, o, həmsöhbətinə qulaq assın. Qadın diqqət forması — müqavimət göstərmir və etiraz etmir, o, kişinin təklifləri ilə tam razılaşır. Kişi qadında məhz bu tip diqqəti axtarır. Ona lazımdır ki, qadını dediklərinə və ya təkliflərinə həmişə diqqətlə, anlayışla qulaq assın və hər şeyə maraqla yanaşsın, eləcə də cinsəl istəklərinə qarşılıq versin.
Davamı →

Partnyorlar arasında enerji əlaqəsinin xüsusiyyətləri

Tantrik təliminə inansaq, qadın və kişi arasında energetik əlaqə cinsi münasibətlər baş verməzdən xeyli əvvəl başlayır. İki insan qarşılıqlı olaraq bir-birini bəyəndiyi zaman onların arasında çoxkanallı enerji mübadiləsi aktivləşir. Bu enerji yaradıcılıq potensialını göstərməyə, psixo-emosional balansı normallaşdırmağa və həyatın bütün aspektlərini yaxşılaşdırmağa imkan verir.

Bütün həyati proseslər enerji mübadiləsi ilə bağlıdır. Aldığımız müsbət və ya mənfi emosiyalar təbii enerji sahəsinə və aura vəziyyətinə təsir göstərir. Buddistlər əmindir ki, kişilər təbiətən enerjisini göydən alır, qadınlar isə əksinə yer enerjisi ilə qidalanır.

Güclü cinsin nümayəndəsi öz ideya və fikirlərini həyata keçirə bilmək, eləcə də qüvvə toplamaq üçün qadın enerjisinə ehtiyac duyur. Qızlar isə əksinə energetika ötürülməsi yolu ilə emosional baxımdan təmin olunur və gəncliyin ömrünü uzadırlar. Bu prosesdə özünəməxsus tarazlıq qurulduqdan sonra hər iki tərəf həyatının bütün aspektlərini yaxşılaşdırmağa doğru gedir, çünki enerji bütün kanallara düzgün istiqamətdə ötürülür, o cümlədən qəlbə kainatın «bankı» ilə birbaşa əlaqə yaratmağa imkan verir.
Davamı →

Boşanmış psixoloqdan qızıl dəyərində evlilik məsləhətləri

16 illik evliliyi boşanma ilə nəticələndi və o da, izləyicilərinə tövsiyələr etdi. Tövsiyələrində bir az peşmanlıq da hiss edilirdi. Boşanmış amerikan psixoloq Gerald Rogersin tövsiyələri izləyicilərindən minlərlə bəyənmə və rəy aldı. Gerald Rogers tövsiyələrinin bəlkə başqa münasibətlərini xilas edəcəyini düşünərək, Facebookda bunları yazdı: “Çox sevdiyim bir qadını 16 il davam edən bir evlilikdən sonra itirmiş biri olaraq sizə bəzi məsləhətlər vermək istəyirəm.” Onun bəzi tövsiyələrini sizlərə təqdim edirik:

Münasibətiniz barəsində tənbəl olmayın!
Unutmayın ki, ürək əmanət ediləcək ən vacib, ən müqəddəs xəzinə olduğu halda, o, sizi seçdi. Buna görə də münasibət barəsində qətiyyən tənbəl hərəkət etməyin. Bir münasibətdə yadınızda saxlamalı olduğunuz ilk şey nə qarşınızdakının sizə aid, nə də sizin qarşınızdakına aid olduğunuz gerçəyidir. Ona evlənmə təklif etdikdə onun ürəyinin sahibi olmaq və bunu qorumaq üçün istədiyi və layiq olduğu insan olmağa söz vermiş olursunuz.
Davamı →

Ailə səadətini necə qorumalı?

Ailə səadəti ilə bağlı mövzuda xoşbəxt, ideal ailələrdən bəhs edərkən, reallıqları da nəzərdən qaçırmaq olmaz.

Yəni nağıllardakı kimi bir ailəmiz yoxdursa, ara-sıra həyat yoldaşımızla mübahisə ediriksə və ya keçmişdə etmişiksə, xoşbəxt olmaqdan, sabahlara ümidlə baxmaqdan əlimizi üzə bilmərik.

Hər şeydən əvvəl bilməliyik ki, xoşbəxtlik bizdən asılıdır. Yəni xoşbəxt olmaq istəyiriksə ümidsizliyi bir kənara qoymalıyıq. Əlbəttə, hər ailədə söz-söhbət olur. Bir-biri ilə az-çox dalaşmayan, ayrı-ayrı fikirlər üstündə mübahisə etməyən nə qədər az ailə var.
Davamı →

Kişini evə bağlamağın 15 yolu

Kişilər qadınlara nisbətən daha sərbəstdir. Onlar gec saatlarda bayıra çıxa, dostları ilə əylənə bilər. «Kişidir, ona olar!», — deyərək onlara haqq da qazandırırıq. Ancaq qadın bunları etsə, adı pis çıxacaq.

Həyat yoldaşınız gecə yarıyadək dostları ilə gəzib dolaşır, evə çox gecmi gəlir? "Üzünü görmürəm", — deyə şikayət etməkdənsə, bu tövsiyələrə əməl edin. Bununla ərinizi evə bağlaya bilərsiniz.
Davamı →

Bürclərə uyğun ailə həyatı qurmaq olarmı?

Mövzunun adından, yəqin, elə düşündünüz ki, bu dəfə sizə hansı bürcə aid insanla ailə həyatı qurmağın məsləhət olduğunu tövsiyyə edəcəyik. Əsla… düz deyiblər, ailə həyatı qurmaq çox çətin məsələdir. Belə bir addım atmazdan öncə bir sıra məsələləri götür-qoy edirik. Görəsən, xasiyyətimiz tutacaqmı? Ailəmiz nə dərəcədə möhkəm olacaq? O mənə xəyanət edə bilərmi? və s. və ilaxır bu tip suallar daima beynimizi məşğul edir.

Diqqətimizdən yayınmayan əsas məsələlərdən biri ailə həyatı quracaq cütlüyün bürclərinin nə dərəcədə tutuşmasıdır. Evliliklə bağlı mediada yayımlanan yazıların bir çoxunda da oxucular üçün bu məsələnin ciddi önəm daşıdığını gördük. Bürclərə görə ailə həyatı qurmaq nə dərəcədə düzgündür?
Davamı →