Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

Cəsur yeni dünya

Oldos Haksli Britaniyada, məşhur Haksli ailəsində 1894-cü ildə doğulmuşdur. Müasirləri onun iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyən və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı.

Müəllifə görə “Cəsur Yeni Dünya” romanı gələcək haqqında kəhanətdən ibarətdir. Antik yunan mifologiyası, polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa… Haksli “Cəsur Yeni Dünya”nı bütün bunlardan topladığını deyir.

Kitabdan serçmələr:
Və məhz elə bu xoşbəxtlik və məziyyətin sirridir-görməli olduğunuz işi xoşlamaq. Bütün tənzimləmələrin məqsədi budur: insanlara qaçılmaz sosial qismətlərini sevdirmək.

Xoşbəxtlik haqqında insanlar düşünməli olmasa, həyat necə də əyləncəli olardı. Hə, amma mən suni xoşbəxtlikdənsə bədbəxt olmağı daha üstün tuturam.
Davamı →

Daha çox kitab oxumaq üçün

Sürətli oxu metodu
Sürətli kitab oxumaq üçün fərqli metodlar və bu metodları inkişaf etdirməyin müxtəlif yolları mövcuddur. Bu metodlardan bəziləri, kitabın kiçik detallarını buraxaraq, əsas məzmununa fokuslanmaq yolu ilə mümkündür. Lakin, daha effektiv və yararlı metodlar isə göz əzələlərini genişləndirərək, oxu sürətinizi artırmağınıza yol aça bilər. Bu mövzuda dünyanın müxtəlif yerlərində məşğələ və seminarlar keçirilir. Bakıda bu cür seminarlar keçirilməsə də,siz internet vasitəsilə lazımlı resursları tapa bilərsiniz.
Davamı →

Uşaqlar haqqında

Qucağında uşaq tutmuş bir qadın söylədi:
“Uşaqlardan danış bizə”.
Əl-Mustafa dedi:
“Sizin uşaqlar – sizin uşaqlarınız deyil. Onlar Həyatın özünün özünə qarşı həsrətinin oğul və qızlarıdırlar. Onlar sizin vasitənizlə gəlirlər, lakin sizdən gəlmirlər. Sizinlə olmaqlarına baxmayaraq, sizə məxsus deyillər.

Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, amma öz fikirlərinizi yox. Zira, onların öz fikirləri var. Siz onların bədənlərinə sığınacaq verə bilərsiniz, amma ruhlarına yox. Zira, onların ruhları sabahkı gündə sığınacaq tapmışdır, siz ora heç xəyalınızda belə gedə bilməzsiniz.
Davamı →

"Hərb və Sülh" romanı haqqında 10 fakt

1. Çoxları düşünür ki, 1300 səhifəlik “Hərb və Sülh” dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman 17-ci əsrdə Fransada yazılmış 13 min səhifəlik, 10 cildlik o qədər də tanınmayan “Artamène ou le Grand Cyrus” romanıdır. “Hərb və Sülh” romanın ilk iki nəşri 6 kitaba bölünmüşdü. Günümüzdə isə onu 1873-cü ildə Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.

2. Tolstoy «Hərb və Sülh»ün qaralamasını yazarkən əvvəlcə Napaleon müharibələri haqda yox, köhnə dekabrist üsyançısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən sonra qayıtmasına icazə verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış. Amma sonra yazıçı fikirləşir ki, Dekabristlər üsyanı haqda kitabı senzura xoşlamayacaq, ona görə də planını dəyişdirir.
Davamı →

Bədii əsər oxumaq beyinə necə təsir edir?

Uzun müddət bədii əsərlərdəki reallıqlara aludə olmaq beyinə uzunmüddətli təsir göstərir. Roman oxumaqla beyinin bəzi hissələrində əmələ gələn dəyişikliklər kitabı bağladıqdan sonra da bizimlə qalır.

Emori Universitetinin (ABŞ) tədqiqatçıları  uzunmüddətli fasiləsiz roman oxuduqdan sonra beyində uzunmüddətli izlər qalıb qalmadığını aydınlaşdırmağa çalışmışlar. Gregory Berns və onun kolleqaları eksperimentdə iştirak etmək üçün 21 könüllü dəvət etmişlər. Onlar bu könüllülərdən  9 gün ərzində Robert Harrisin “Pompey” romanını oxumağa məcbur etmişlər. Romanın mövzusu kifayət qədər geniş yayılmış mövzudur: təhlükəni hiss edən əsərin baş qəhrəmanı hadisədən heç bir xəbəri olmayan digərlərini xəbərdar etməyə çalışır.  Gözlənildiyi kimi əsərdə məhəbbət motivləri də yer almışdır.
Davamı →

Uşaqlara oxumaq həvəsinin aşılanması

Jurnalist, filoloq, “Serebryannıy dojd” (“Gümüş yağmur”) radiostansiyasında yayımlanan “Kamennıy qost” (“Daş qonaq”) ədəbiyyat verilişinin müəllifi və aparıcısı, müəllim Leonid Kleyn uşaqlarda mütaliə həvəsinin necə oyadılmalı olduğunu bilir.

Mütaliə alışqanlığı zadəganlıq kimi bir şeydir, o ya irsi, ya da şəxsi ola bilər. Doğrudur, şəxsi mütaliə zadəganlığı çox nadir rast olunan haldır.

1. Yaxşı müəllim axtarın
20 il məktəbdə dərs demiş bir şəxs kimi mən əminəm ki, şəxsi zadəganlıq yalnız yaxşı ədəbiyyat müəllimi olan yerdə mümkündür. Özü də bu, 5-ci sinifdən gec olmayaraq baş verməlidir. Uşaqlar olduqca erkən yaşlarda formalaşırlar.

2. Özünüz də kitab oxuyun
Tez-tez valideynlərdən belə şikayətlər eşidirəm ki, uşağa kitab oxumamış kompüterə yaxınlaşmağı da qadağan edirik, televizora da kod qoymuşuq, amma o oxumur ki, oxumur. Soruşuram: “Bəs siz özünüz çox mütaliə edirsiniz?” Cavab olaraq özlərinə haqq qazandırmağa çalışırlar ki, bəs, işimiz çoxdur…

Onda uşağa qarşı nə kimi narazılıqlar ola bilər ki? Hər şey ailədən gəlir. Mütaliə – bir növ genetik mədəni koddur. Məcburən siz heç kimə onu yeridə bilməzsiniz, yalnız öz şəxsi təcrübənizlə bölüşə bilərsiniz. Siz özünüz oxumağa başlasanız uşaq da mütləq mütaliə etməyə başlayacaq. Amma söhbət yalnız əsl ədəbiyyatdan gedir. “Ye, dua et, sev” kimi kitabçalar sayılmır.


Ardı →

Hazırlıqlı oxucu ilə sıravi oxucunun 16 fərqi

1. Sıravi oxucu kitabın səhifələri azaldıqca sevinib tez-bazar qurtarmaq istəyir, hazırlıqlı oxucu isə kitab xoşuna gəlibsə, bitməsini istəmir.

2. Sıravi oxucu kitaba dalıb 4-5 səhifə boyunca oxuduğunu başa düşməsə də davam edir, amma hazırlıqlı oxucu geriyə qayıdıb başa düşmədiyi yerləri təkrar oxuyur.

3. Sıravi oxucu kitabın müəllifinin sadəcə adını eşidib, hazırlıqlı oxucu isə yazıçının həyat və yaradıcılığı haqda məlumatlıdır, digər əsərlərini də oxuyub.

4. Sıravi oxucu kitab oxuyanda diqqəti tez-tez dağılsa da, hazırlıqlı oxucu kitaba elə qapılır ki, hətta onu çağıranda da eşitmir bəzən.


Ardı →

Kitab çap etmək üçün 7 qayda

Naşir Penni C.Sansevieri bir yazıçı ilə söhbət edərkən, ya da ondan bir e-mail alarkən adətən belə bir cümlə ilə qarşılaşdığını deyir: “Kitabım çapa hazırdır”.

Amma bu kitabların çoxunun həqiqətən çapa hazır olmadığını deyən Sansevieri bir kitabın çapa hazır olması barədə 7 maddəlik siyahı hazırlayıb.

1. Kitab bazarını yaxşı bilmək. Bu maddə çox vacibdir. Kitab bazarının kodlarını yaxşı bilməniz lazımdır. Mühiti, kitabınıza və çap təcrübənizə təsir edəcək amilləri bilməlisiniz. Bunu necə etmək olar? Nəşr olunmuş kitablar haqqında yazılanları oxumaq, bloqları araşdırmalısınız ki, kitab bazarında baş verənləri anlaya biləsiz.

2. Yazdığınız kitabın janrı və bu janra bazardakı tələbatı analiz etmək. Bu nöqtə adətən diqqətdən qaçır. Kitab bazarında hansı janrların daha çox satıldığını bilirsinizmi? Sizinlə eyni mövzuda yazan başqa kim var? Onların kitablarını alıb oxumusunuzmu? Kitab bazarında nəyin trend olduğunu, hansı kitabların satılıb, hansı kitabların satılmadığını bilmək sizin üçün vacibdir.


Ardı →

Müalicəvi mütaliə

Klassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.

Bu yaxınlarda Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir. Bu metodika məhz stressdən və müxtəlif fobiyalardan əziyyət çəkən pasientlərin realibitasiyası üçün yaradılmışdır.

Tədqiqatçıların fikrincə, müalicəvi kitabı hər kəs öz istəyinə uyğun olaraq seçə bilər. Yalnız biblioterapiyanın başlıca prinsiplərini yadda saxlamaq lazımdır: əsər cəlbedici olmalı, mütaliə təkcə zövq verməməli, həm də düşünməyə vadar etməlidir. Yaxşı olardı ki, əsərin baş qəhrəmanı nə vaxtsa oxucu ilə baş vermiş və hələ də onu narahat edən hadisələrlə üzləşsin.

Kitab həm də nikbinlik, inam yaratmalı və ya azacıq qüssələndirməklə ruhumuzu saflaşdırmalıdır. Bu məsələ ilə bağlı həkim psixiatr Orxan Fərəclinin də fikirləri var: “Kitabın insan psixikasına, dünyagörüşünün formalaşmasına təsiri uzun illərdir bilinən mövzudur. Lakin ayrı-ayrı ədəbi janrların psixikamızın konkret hansı sferasına təsir edəcəyi və bundan terapiya məqsədi ilə istifadəsi isə ayrıca maraq doğurur. Təcrübələrimiz göstərir ki, bəzi janrların hətta bəzi konkret müəlliflərin belə əsərlərinin müalicəvi təsiri vardır. Təcrübədə bunun şahidi olmağımıza baxmayaraq, əlimizdə bunu sübut edə biləcək elmi tədqiqat nəticələri yoxdur. Məhz buna görə də bu tipli terapiya metodlarını heç vaxt həmin xəstəliklərin əsas müalicə metodu kimi məsləhət görə bilmirik. Amma yardımçı metod olaraq sizə deyim ki, bu əvəz olunmazdır. Düzgün seçilmiş, bədii mətinləri mütəxəssislər tərəfindən təhlil edilmiş nağılların nəinki uşaqların psixikasının, hətta millət olaraq etnopsixologiyamızın formalaşmasına ciddi təsiri vardır”.


Ardı →