Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

Həbsxanada yazılan əsərlər

Migel de Servantes – “Don Kixot”
Dövlət xəzinəsinin yeyilməsi səbəbi ilə həbsə atılan Servantes dörd divar arasında bəşəriyyətin ən möhtəşəm romanlarından olan “Don Kixot”u yazmağa başlayır. Həbsxana həyatı da elə uzun deyildi. Və yazıçı burda “Don Kixot” kimi əfsanə romanı bitirməyə müvəffəq oldu.

Adolf Hitler – “Mənim mübarizəm”
Hitlerin Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınıb. Kitab iki cilddədir. Həyatını, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlər, yəhudilər haqqındakı ilk fikirləri, müharibə xatirələri bu kitabın əsas mövzusudur.
Davamı →

Cəsur yeni dünya

Oldos Haksli Britaniyada, məşhur Haksli ailəsində 1894-cü ildə doğulmuşdur. Müasirləri onun iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyən və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı.

Müəllifə görə “Cəsur Yeni Dünya” romanı gələcək haqqında kəhanətdən ibarətdir. Antik yunan mifologiyası, polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa… Haksli “Cəsur Yeni Dünya”nı bütün bunlardan topladığını deyir.

Kitabdan serçmələr:
Və məhz elə bu xoşbəxtlik və məziyyətin sirridir-görməli olduğunuz işi xoşlamaq. Bütün tənzimləmələrin məqsədi budur: insanlara qaçılmaz sosial qismətlərini sevdirmək.

Xoşbəxtlik haqqında insanlar düşünməli olmasa, həyat necə də əyləncəli olardı. Hə, amma mən suni xoşbəxtlikdənsə bədbəxt olmağı daha üstün tuturam.
Davamı →

Vudi Allenin sevdiyi 5 kitab

Tanınmış rejissor Vudi Allen bu dəfə sevimli kitablarının siyahısını tərtib edib. Allen ədəbi zövqünün formalaşmasında əhəmiyyətli rol oynayan kitablar haqda danışıb.

Cerom David Selincer “Çovdarlıqda uçurumdan qoruyan” (1951)
Bu roman həmişə mənim üçün xüsusi əhəmiyyət kəsb edib. Onu oxuyanda çox gənc idim, 18 yaşım ya olardı, ya olmazdı.

Romanı oxuyan zaman yaranan təəssüratlarım mənim Manhetten, Nyu York və digər böyük şəhərlərlə bağlı arzularımla üst-üstə düşürdü. “Çovdarlıqda uçurumdan qoruyan” məktəb vaxtı bizə oxutdurulan kitablardan, əsərlərdən çox fərqli idi.

Romanın atmosferi mənə çox yaxındır. Mənim ruh halımdır deyə bilərəm. Bu kitabı bir neçə dəfə oxumuşam və hər dəfə də eyni zövqü almışam.

Mezza Mezzrou və Bernard Volf  “Blyuzun reallıqları” (1946)
Bu kitabı oxuyandan bir neçə il sonra Mezzrounu şəxsən tanıyan musiqiçilərdən öyrəndim ki, romanda kifayət qədər uydurma hekayələr var. Ancaq bu hekayələr mənə inanılmaz təsir göstərib. Mən də Mezzrou kimi caz musiqiçisi olmaq istəyirdim…


Ardı →

Klassik yazıçıların uşaq kitabları

Ceyms Coys Ernest Hemingway
Ceyms Coys XX əsrin ən təsirli, həm də ən çətin başa düşülən ədəbiyyatçılarındandır. Amma kim deyər ki, “Dublinlilər”, “Uliss” kimi ağır əsərlərin müəllifi uşaqlar üçün də çoxlu kitablar yazıb, xüsusilə də pişiklərlə bağlı.

1936-cı ildə Coys nəvəsi Stefana iki nağıl yazıb göndərib. Yazıçının göndərdiyi “Şeytan və pişik” adlı nağıl kitab kimi onun ölümündən sonra çap olunub. Nağılda şəhər merinin şeytanla bağladığı müqavilədən bəhs edilir; mer şeytandan bir körpü tikməyi xahiş edir, şeytan isə bunu bir şərtlə qəbul edir: körpüdən keçən ilk adamın ruhu ona veriləcək. Şeytan işini qurtaranda mer körpüdən bir pişik keçirir və pişik şeytana verilir. Coysun “Kopenhagen pişikləri” adlı ikinci nağıl kitabı isə 2012-ci ildə yayımlanıb.

Ernest Heminquey
1951-ci ildə “Holiday” jurnalı Heminqueyin uşaqlar üçün yazdığı iki nağılı dərc edib: “Yaxşı şir” və “Vəfalı öküz”. Birinci nağılda yaxşı makaron yeməyi xoşlayan, qanadlı bir şirdən bəhs edilir. Afrikaya səfər edən şir orada yaxşı qarşılanmır. Ancaq şir buna görə pis olmur, əskinə həmişə əhvalını yüksək tutmağa çalışır. Afrikadan ayrılanda hətta bir əlvida da deyir: “”Adios”(Əlvida) – şir çox təmiz ispan ləhcəsi ilə dedi, çünki o mədəni aslan idi”.

“Vəfalı öküz” nağılı isə dava etməkdənsə, gül-çiçək iyləməyi sevən öküzdən bəhs edir.
Ardı →

"The task"- dünyanın ən bahalı kitabı

 «The task» (tapşırıq) — dünyada ən bahalı kitab sayılan bu kitab cəmi 13 səhifədən ibarətdir.

«The task» kitabı dəyəri 153 million avro ilə ölçülür.

Kitabın müəllifi alman yazıçı Tomas Alexandr Hartmandır.

Bu kitabda fundamental suallara cavab verilir: «Biz kimik? Hardan gəlmişik? Bizim etməli olduğumuz əsas nələrdir?» və s.

İlk dəfə 2009-cu ildə Dubayda keçirilən sərgidə nümayiş etdirilib və sonradan müəllifin tələbi ilə bir daha sərgilənməmişdir.

Davamı →

Kitab qurdları üçün 10 telefon proqramı

İnternetlə iç-içə yaşayanlar hansı proqramın nə qədər yararlı olduğunu, hansı proqramın kimlər üçün nəzərdə tutulduğunu və nə zaman istifadə ediləcəyini yaxşı bilirlər. Hər internet istifadəçisinin mobil telefonundakı əlavə proqramlara baxmaqla onun zövqünü və marağını asanlıqla təyin etmək olar. Bəs, ədəbiyyatsevərlərin telefonlarında hansı əlavələrə rast gələ bilərik?

1. Kitabxanam – Bu proqram vasitəsilə evinizdə oxumağı planlaşdırdığınız və ya oxuduğunuz kitabları elektron versiyada telefonunuza köçürə, qruplaşdıra bilərsiniz. Beləliklə, qiraət hədəfinizi diqqətlə izləyib, hansı kitabların uzun müddətdir oxunmağı gözlədiyini təyin edəcəksiniz. Kitabları telefonunuzun yaddaşına qeyd etməyiniz üçün sadəcə ştrix kodlarını yazıb axtarmalısınız.
Davamı →