Tez hazırlanan salat

Ərzaqlar:
Bir ədəd xiyar;
Bir ədəd pomidor;
Bir dəstə kahı;
Bir ədəd kök;
İki ədəd Çuğundur;
Yarım gül kələmi;
İki-üç budaq şüyüd;
İki-üç budaq cəfəri;
Üç qaşıq zeytunyağı;
Bir qaşıq sirkə;
Zövqə görə duz.

Hazırlanması:
Bütün bu ərzaqları ətrafımıza topladıqan sonra artıq salatı hazırlamağa başlaya bilərik.

Əvvəlcə çuğundurların qabıqlarını soyub duzlu suda yumuşalana qədər qaynadır, yumuşaldıqdan sonra isə suyun süzüb doğrayırıq.

Daha sonra gül kələmini çiçək-çiçək ayırır və duzlu suda qaynadırıq. Ardıcıl olaraq xiyar və pomidoru soyub doğrayır, kökü təmizləyib rəndədən keçiririk.

Kahını, cəfəri və şüyüdü təmizləyib doğradıqdan sonra bu ərzaqları dərin bir qaba tökərək üzərinə duz, zeytunyağı və sirkə əlavə edib qarışdırırıq.

Sonda isə salatı cəfəri və şüyüdlə bəzəyərək süfrəyə təqdim edirik.
Nuş olsun!
 

2 şərh

velili_hemide
Tez hazırlanan? Bunları bir araya gətirmək üçün belə nə qədər vaxt lazımdı…
Ferbara
Çüğündurun qabığını soyandan sonra qaynatmaq nə qədər düzgündü?