Limonlu dondurma

Düzgün hazırlanmış dondurma dadlı desertdən başqa, çox faydalı süd məhsulu hesab edilir. Dondurma orqanizmə kalsiumun daxil olmasına imkan yaradır ki, bu da öz növbəsində sümükləri bərkidir və onların artmasını stimullaşdırır. Bu səbəbdən dondurma uşaqlar üçün də faydalı hesab edilir.

Kalsiumdan başqa, onun tərkibinə kalium, dəmir, fosfor və maqnezium, həmçinin bir sıra vitaminlər daxildir. Bundan başqa dondurma çox kalorili və qidalı məhsul olduğu üçün o enerjini bərpa etməyə kömək edir. Sizə limonlu dondurmanın reseptini təqdim edirik.

İnqrediyentlər:
Süd 250 ml,
Qaymaq 250 ml,
Yumurta 4 ədəd,
Limon 1 ədəd,
Şəkər 5 x.q.

Hazırlıq prosesi:
Südü qaynadıb soyudun.
Limonun qabığını təmizləyib şirəsini sıxın.
Yumurtanın ağını sarısından ayırın.
Ayrı bir qabda şəkər, limon qabığını və şirəsini qarışdırın, üzərinə süd və yumurta sarısını əlavə edin. Bütün inqrediyentləri yaxşıca qarışdırdıqdan sonra odun üzərinə qoyun.

3-5 dəqiqə ərzində qarışıq qatılaşana qədər qaynadın, sonra qazın üstündən götürüb soyudun.
Qaymağı bərk köpük halına qədər çalın və üzərinə südlü-limonlu qarışığı əlavə edin.
Hazır dondurmanı plastik qaba yerləşdirərək ən azı 8 saatlıq soyuducuya qoyun. Dondurmanın daha yaxşı donması üçün onu hər bir saatdan bir qarışdırın.
 

0 şərh