Leço resepti

Ərzaqlar:
  • 2 kq paprika bibəri
  • 0,5 kq pomidor
  • 0,2 kq hisə verilmiş sosiska
  • 0.2 kq kolbasa
  • 2 ədəd orta soğan
  • 5 ədəd yumurta
  • 2 yemək qaşığı yağ
  • zövqə görə duz
  • 2 kiçik qaşıq qırmızı bibər.

Hazırlanması:
Paprika və pomidorları yuyub xırda doğrayırıq, soğanı təmizləyib həmçinin xırda doğrayırıq. Soğanı bir az yağda qızardırıq. Hamısını oddan alıb, içinə təxminən 2 çay qaşığı qırmızı bibər, paprikanın yarısını, pomidorları və sonra paprikanın qalan hissəsini. Xörəyi duzlayıb yaxşı qarışdırırıq və qapaq altında bişiririk. 

Xörək su verən kimi kolbasa əlavə edirik və hamısını qarışdırırıq. Sonra sosiskaları doğrayırıq və tərəvəz həddən artıq bişəndən sonra xörəyə əlavə edirik. Bir neçə dəqiqədən sonra döyülmüş yumurtanı əlavə etmək olar və daha bir neçə dəqiqədən sonra yemək hazırdır. 

Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.
 

0 şərh