Feyxoa dolması

Feyxoa dolmasıƏrzaqlar:
600qr. feyxoa,
50-60 qr. düyü,
300 qr.qoyun əti,
100 qr. soğan,
zövqə görə duzvə istiot.

Hazırlanması:
Çox iri və bərk feyxoanı yuyub gül tərəfdən kəsib, içini ovuruq.Əti maşından keçiririk, pörtlədilmiş soğanı və düyünü əzib, xırda-xırda doğrayıb ətə qatırıq.

Hazırolmuş əti feyxoanın içinə doldururuq. Tavaya yığıb sobada bişiririk.Hazır olandan 5 dəqiqə sonra süfrəyə vermək olar.

Mənbə: «Azərbaycan-Macarıstan mətbəxi» kitabı.
Kitab 2014-cü ildə Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Macarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilib.
 

0 şərh