Badımcan mürəbbəsi

Ərzaqlar:
  • Badımcan – 12 ədəd (kiçik ölçüdə)
  • Şəkər tozu – 1 kq. 200 qr.
  • Su – 7 st.
  • Çay sodası – 1 ç.q.
  • Vanilin – 1 paket.

Hazırlanması:
Badımcanların qabığını soyuruq, tən ortadan (uzununa) bölürük və çəngəllə yaxşıca dəliklər açırıq. Bu iş zamanı rəngləri qaralmasın deyə, badımcanları soyuq suda saxlayırıq. 0,5 st. qaynar suda çay sodasını həll edirik, onu 4 st. soyuq suya qatırıq və çəngəllənmiş badımcanlar bu suda 5-6 saat saxlanılır. Sonra onları yaxşıca yumaq lazımdır.

Şəkər tozunun yarısını (600 qr.) qalan 3 st. su ilə qarışdırırıq, orta odun üzərinə qoyuruq ki, qaynasın. 15 dəqiqə qaynadandan sonra üzərinə badımcanları tökürük və bu şirədə daha 12-15 dəqiqə qanadırıq. Mürəbbəni oddan götürürük və düz 12 saat bir kənarda saxlayırıq.

Daha sonra qalan 600 qr. şəkər tozunu da badımcanların üzərinə tökürük və odun üzərinə qoyuruq. Mürəbbə qaynara düşən kimi odu azaldırıq və 3 saat vam odda bişirik. Götürməzdən öncə üzərinə vanilin səpirik və qarışdırırıq. Hazır mürəbbələr təmiz bankalara doldurulur, ağzı bağlanılır. Nuş olsun!
 

0 şərh