Narlı kartof şorbası

Tərkibi (4 nəfər üçün):
1 ədəd soğan
2 diş sarımsaq
1 ədəd bibər
1 çay qaşığı sumaq
2 xörək qaşığı kokos yağı
2 xörək qaşığı su
400 qram şirin kartof
4 ədəd xırda pomidor
5 stəkan tərəvəz suyu
1.5 xörək qaşığı narşərab
25 qram duzlu fıstıq
Yarım nar
Keşniş 1 ədəd yaşıl limon. 

Hazırlanması:
Kokos yağını tavaya tökün. Doğranmış soğan ilə bibəri, əzilmiş sarımsağı və sumağı 2 xörək qaşığı su ilə birlikdə tavaya əlavə edin. Soğanlar qırmızımtraq rəng alana kimi qarışdırın. Daha sonra iri doğranmış şirin kartofu, pomidoru və tərəvəz suyunu da əlavə edib qarışdırın. Qaynadıqdan sonra tərəvəzlər yumşalana qədər, təxminən, 20 dəqiqə bişirin.

Yeməyi ocaqdan götürüb içərisinə narşərabı əlavə edin. Şorbanı blendrın köməkliyi ilə qarışdırın. Süfrəyə verməzdən öncə üzərini fıstıq və nar dənələri ilə bəzəyin. İstəsəniz, yanında təzə keşniş və yaşıl limon dilimləri də verə bilərsiniz. Nuş olsun!
 

0 şərh