Asan Pendirli Piroq

İçlik:
  • 2 stəkan iri-iri ovulmuş duzlu ağ pendir
  • Təxminən 2 xörək qaşığı doğranmış cəfəri və şüyüd (cəfəri daha çox olsun, istəyə görə sadəcə cəfəridən də  istifadə etmək olar)
Xəmir:
  • 3 stəkan un
  • 1 çay qaşığı duz
  • 2¼ çay qaşığı qabartma tozu
  • 2 yumurta (sarılardan birini piroqun üstü üçün saxlayın)
  • 1 stəkan qatıq
  • 3/4 stəkan zeytun yağı
Üstü:
  • 1 ədəd kənara qoyduğunuz yumurta sarısı
  • Çörəkotu
  
İçliyi  hazırlayın:
  • Balaca qarışdırma qabında pendir və göyərtiləri qarışdırın. Pendir duzlu olduğuna görə əlavə duz vurmuruq.Xəmiri hazırlayın: İri qarışdırma qabında 2 stəkan un, duz və qabartma tozunu qarışdırın. Buraya yumurta, qatıq və zeytun yağını əlavə edin. Qarışdırıb qalan unu da qatın. Əlinizlə kobud xəmir alınanadək qarışdırın. Xəmiri masaya devirib əlinizlə elastik və ələyapışmaz xəmir yoğurun.
  • Sobanızı 180ºCdək isidin.
  • İri soba listinin üstünə perqament kağızı sərin.
  • Xəmiri ikiyə bölün.
  • Oxlovla xəmirin birini 22 sm diametri olmaq şərtilə yayın.
  • Dairəni listə yerləşdirin.
  • İçliyi üstünə səpin.
  • İkinci xəmiri də eyni şəkildə yayıb içliyin üstünə yerləşdirin.
  • Kənarlarını barmağınızla bərkidin.
  • Çörəyin səthinə yumurta sarısı çəkib çörəkotu səpin.
  • Sobanın orta rəfində üstü qızaranadək bişirin.
 Mənbə: azcookbook.com
 

0 şərh