Ağ şərabda bişirilmiş balıq

Tərkibi:
650-900 qr ağ balıq (paltus, treska balığı, xanı balığı, dəniz xanı balığı və s.) filesi
duz
istiot
3 xörək qaşığı kərə yağı və ya duru zeytun yağı
3 xörək qaşığı ağ şərab və ya quru xeres (şərab növü)
1 xörək qaşığı xırda doğranmış cəfəri Ağ şərabda bişirilmiş balıq

Hazırlanma qaydası:
Balıq filesinin dərisi soyun, sümüklərini təmizləyin. İlıq suyla balığı yaxalayın və kağız dəsmalla qurulayın. Zövqə görə balıq filesini bütöv şəkildə və doğrayaraq istifadə edə bilərsiniz
Cəfərini xırda doğrayın.
Balığı bişirəcəyiniz formanı yağlayın.
Balığı formanın içinə yerləşdirin və duz səpin.
Balıqların üzərinə ehtiyyatla kərə yağı qoyun (və ya duru zeytun yağı gəzdirin). Kərə yağı filenin üstünün qurumasının qarşısını alacaq.
Bişirəcəyiniz formaya ağ şərab tökün.
Balıqların üzərinə xırda doğranmış cəfəri səpin və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin. Xəfif və dadlı balığı sousuyla birlikdə boşqaba tökərək süfrəyə verə bilərsiniz. Zövqə görə yanında qarnir olaraq düyü, kartof püresi verə bilərsiniz.
Qeyd: Yalnız yağsız balıq olmalıdır!

Nuş olsun!

Mənbə: recept.az
 

0 şərh