Dünyanın ən zərərli mətbəxləri

Ekspertlər insan səhhətinə daha çox ziyanlı olan dünya mətbəxlərinin siyahısını tərtib ediblər.
Ən yüksək kalorili yeməklər Çexiyaya məxsusdur. Burada milli mətbəxin mayalı xəmirdən hazırlanmış yeməkləri pivə ilə qəbul edilir. Elə bu səbəbdən də ölkədə çox sayda insan piylənmədən əziyyət çəkir. Dünyanın ən zərərli mətbəxləri
 
İkinci yerdə ABŞ-ın milli mətbəxidir.Ölkədə burgerlər, pitsalar, həmçinin Çin mətbəxinin müxtəlif yeməkləri üstünlük təşkil edir.
ABŞ mətbəxi
Üçüncü – Almaniyadır: donuz əti, sosiskalar və kolbasalar, şnitsel və əlbəttə ki, pivə.
Almaniya mətbəxi
Sonrakı yerlərdə Belçika, Macarıstan və Argentina qərarlaşıb.
Siyahıda ərəb ölkələri də yer alıblar, əsasən lülə kabab və müxtəlif növ şirniyyatlara görə.
Keçmiş Sovetlər birliyindən Belarus, Türkmənistan, Qırğızıstan və Qazaxıstan da sözügedən sıralamada xatırlanıb.
 
 

0 şərh