Kasıb süfrəsindən saray süfrəsinə - Pizza Margherita

Bu gün pizzanın tarixinə nəzər salacağıq. 
Heç düşünmüsünüzmü pizza nə zaman, necə hazırlanıb? Dünyaya necə yayılıb ?
Gəlin bu valehedici ləzzətin tarixinə nəzər salaq. 

Pizza termini əzmək və üyütmək mənasını verən latınca «pinsere» felindən gəlir. Mozzarella pendiri və pomidorun qarışığı olan sadə pizza, yüz illər boyu kasıb İtalyan xalqının əvəzolunmaz dadı olaraq sevilərək hazırlanıb. Amma bu təamın dünyaya yayılmasının hekayəsi çox gec olub.

İtaliya kralı I Umbertonun sarayı olan «Palazzo di Capodimente» ilə bitişik Esposito ustanın «Pietro» adlı  pizza sobası vardı.

Bir gün kral və kraliça sarayda dincələrkən, onları ləziz yeməklərlə xoşbəxt etməyə çalışan saray aşpazları bütün bacarıqlarını sərgiləyərkən gözlənilmədən, kraliça saray aşpazlarına pizza istədiyini və bişirmələrini tapşırar. Kasıb təbəqənin yeməyi olan pizzanı necə bişirəcəklərini bilməyən saray aşpazları, Espositoya dərhal pizza sifarişi verirlər. Kraliçaya mozzarella, pomidor və reyhanla hazırladığı pizzanı təklif edən Esposito, həyəcanla kraliçanın pizzanı bəyənib bəyənmədiyini anlamağa çalışar. 

(Margherita of Savoy)

Kraliça Espositodan pizzanın adını soruşduqda Esposito həyəcanlanır və kraliçanın adını yəni «Margherita» deyər. Pizzanı çox bəyənən Kraliça Margherita, sonralar Espositoya yazdığı məktubunda pizzadan «Pizza Margherita» deyə bəhs edir. 1800-cü illərin sonlarında Amerikaya köçən italyanlar məskunlaşdıqları ölkədə yemək mədəniyyətlərini yaşatmağa çalışırlar. Zaman keçdikcə amerkalı iş adamları pizzada əlavələr və dəyişikliklər edərək, dünya bazarına təqdim edirlər.
Beləliklə bu ləzzətli təam bütün dünyaya yayılar və bir çox insanın sevimlisinə çevrilər. 


 

0 şərh