Pizza


Xəmir üçün:

-1 stəkan yarım ilıq su
-2 çay qaşığı quru maya
-yarım çay qaşığı şəkər
-1 çay qaşığı duz
-4 stəkan un
-1/4 stəkan əridilmiş sana yağı
Üzəri üçün:
-sosiska
-pomidor
-qarğıdalı
-qara zeytun
-pendir
-əlavə də zövqünüzə görə nə istəsəniz...
Hazırlanması:
İlıq su,maya və şəkəri kiçik bir qabda qarışdırın,şişənə qədər gözlədin.Un və duzu geniş bir qabda qarışdırın və ortasını açaraq yağ və mayanı əlavə edin.Qarışdırın.Üzərinə yüngülcə un səpərək xəmirinizi yoğurun.Üzərini bezlə qucaqlayaraq yarım saat istirahət etdirin.İstədiyiniz böyüklükdə (2 parça tövsiyə edirik) oxlovla açın.Üstünə pomidor püresini yaydıqdan sonra qalanlarını yerləşdirin. Ən son pendiri də əlavə edib 200 dərəcədə 15-20 dəqiqə bişirin.
 

0 şərh