Ağ tut mürəbbəsinin hazırlanması

Tut yay aylarının ən sevilən və faydalı meyvələrindən biridir. Bu faydalı meyvədən səhər süfrənizə ləzzət qatacaq mürəbbə hazırlamaq istəyirsiniz?

O zaman qışa hazırlıq üçün mürəbbəmizi bişirməyə başlayaq 

Tərkibi:
2 kq tut
1,800 kq şəkər tozu
2 stəkan su
1 çay qaşığının yarısı limon duzu
Hazırlanma qaydası:

Tutları ilk öncə yuyub suyunu süzün. Şərbəti hazırlamaq üçün bir qabda şəkər tozu və suyu töküb qarışdırıb qaynadın. Yuyulub suyu süzülən tutları hazırladığınız şərbətin içərisinə əlavə edib 3-4 dəqiqə qaynadın. Daha sonra ocaqdan götürüb soyuması üçün kənara qoyun. Tam soyuduqdan sonra mürəbbəyə limon duzu əlavə edib yenə qaynadın. Hazır mürəbbəni ocaqdan götürüb bankalara doldurun.

Artıq ləziz və faydalı mürəbbəni süfrəyə təqdim edə bilərsiniz. Nuş olsun!
 

0 şərh