Ləziz və faydalı qarğıdalı şorbası

Tərkibi:
50 qr qarğıdalı (konservləşdirilmiş),
yarım kq pomidor,
5 qr kərə yağı,

yarım ç/q şəkər tozu,
2 ədəd dəfnə yarpağı,
duz-istiot.

Hazırlanması:
Pomidoru rəndələyin və ya xırda-xırda doğrayın. Kərə yağını tavaya töküb əridin. Pomidoru həmin yağda bişirin. İstiotu, dəfnə yarpağını əlavə edin. Yarım litrdən bir az çox su əlavə edib qaynadın. İçərisinə şəkər tozu, duz ve qarğıdalını əlavə edəndən sonra 5 dəqiqə bişirin.



Qarğıdalı şorbası hazıdır.
Nuş olsun!
 

0 şərh