Sodanın inanılmaz faydalı xüsusiyyətləri

Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin sodanı bir çox sahələrdə də istifadə etmək olur. Soda məişətdə də çox effektli yuyucu vasitəsi kimi istifadə olunur. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə allergiyası olan xanımlar üçün vacibdir. Soda allergiyaya səbəb olmur.

  • Soda qıcqırma və gəyirmədə tez köməkçi olur. Bunun üçün

Davamı →

Faydalı və dadlı qabaq şorbası


Qabaq şorbası ilə həm ağzınızı dadlandırın, həm də sağlamlığınızı qoruyun!

Ərzaqlar:
3 ədəd qabaq
3 ədəd yerkökü
1 ədəd kartof
1 ədəd soğan
1 diş sarımsaq
2 yemək qaşığı un
1 yemək qaşığı zeytun yağı
1 dəstə şüyüd
Davamı →

İşinizə yarayacaq məsləhətlər

Mətbəx qadınların çox vaxt keçirdiyi məkanlardan biridir. Təbii ki, bu halda qadınlar mətbəx sirlərindən daha çox xəbərdar olur. Lakin bəzən elə gözlənilməz hadisələr baş verir ki, qadınlar onların qarşısında aciz qalır. Məsələn, bəzən ət bişdikdən sonra bərk qalır, tərəvəz yeməyi çox duzlu alınır, hazırladığınız mürəbbələrin şirnisi çox olur və s. Əslində bunların hamısının sadə bir həlli var.

Bişdikdən sonra bərk qalan ətlər
Ət bişməzdən əvvəl çox ləzzətli görünür, lakin bişirdikdən sonra çeynənilməsi çətin olacaq qədər sərt qalır. Bu vəziyyəti aradan qaldırmaq üçün meyvə, kola və ya limon istifadə edə bilərsiniz.
Davamı →

Kiçik mətbəxi böyük göstərməyin yolları

Mətbəxiniz kiçik, dar və qarışıqdırmı? Narahat olmayın. Evdə xanımların çox vaxt keçirdiyi bu məkanı geniş, daha rahat etmək mümkündür.

Açıq rənglər istifadə etmək
Ağ və digər açıq rənglər işığı əks etdirdiyi üçün mətbəxi böyük göstərəcək. Bir az rəng qatmaq istəsəniz, rəngli stol, stul və kətillərə yer verin.

Açıq rəflərə şans verin
Mətbəxdə qapaqlı şkaflar görməyə adət etmişik. Ancaq açıq rəflər mətbəxinizin nəfəs almasını təmin edəcək. Yalnız tozunu almağa laqeyd yanaşmayın.

Şüşə qapaqlara üstünlük verin
Açıq rəflər mövzusunda tərəddüdünüz varsa, mətbəxinizə dərinlik qazandırmaq üçün şüşə qapaqlı şkaflar seçə bilərsiniz.
Davamı →

Mətbəx dizaynı

Mətbəx dizaynlarında estetikadan daha əhəmiyyətli bir məqam var. Bu, mətbəxin rahatlığıdır. Əlbəttə, mətbəxin funksionallığı baxımından ən əhəmiyyətli ünsürlərdən biri kifayət qədər geniş sahəsi olmasıdır. Mətbəx dolabları və rəflər bu baxımdan mətbəx dizaynlarının əsasını təşkil edir. Lakin mətbəxinizdən daha rahat istifadə etmənin və mövcud dolab, rəflərdən çox funksiyalı, effektiv istifadə etmənin asan yolları da var. 

1. Köhnə mətbəx əşyalarından xilas olun!
Mətbəxinizdəki sahədən daha rahat və effektiv istifadə etmənin ən asan yolu əşyaları ehtiyacınız olduğu miqdarda saxlamaqdır. Təbii ki, bəzən evimizdən bəzi əşyaları əskik etmək, bəzən də heç atmaq istəmirik. Bəzi əşyaları istifadə etməsək də, nə vaxtsa lazım olacağını düşünürük. Ancaq daha rahat və axtardığınızı asanlıqla tapa biləcəyiniz bir mətbəx istəyirsinizsə, mütləq köhnə və istifadə edilməyən əşyaları çıxarmalısınız. Bunu etmənin ən asan üsullarından biri də mətbəxinizdəki bütün əşyaları gözdən keçirmək və hamısını ən son bir il ərzində istifadə edib-etməyəcəyinizə qərar verməkdir. Son bir ildə heç istifadə etmədiyiniz qazan, tava, qab və s. əşyaları zibil deyilsə belə, evin anbarına yığmaq və ya daha yaxşısı ehtiyacı olanlara verməkdir.
Davamı →

Mətbəxdə rahatlıq

Hər dəfə mətbəxə keçib yemək hazırlamaq, səliqə-sahman yaratmaq sizə çətin gəlməsin.
Çünki bu çətinliyi aradan qaldırmaq üçün sizə bəzi təkliflərimiz var: yemək hazırlamaq, yığıb-yığışdırmaq işini asanlaşdırmaq, daha doğrusu, əyləncəyə çevirmək öz əlinizdədir.

Bilirsiniz ki, mətbəx də ev kimi təmizliyinə daim diqqət edilməsi vacib olan məkanlardandır. Çünki ailə çox vaxt elə burada süfrə başına toplaşır. Buna görə də, əvvəlcə mətbəxi darısqallaşdıran lazımsız əşyalardan təmizliyin. Müxtəlif ölçülərdə rəflər hazırlayıb mətbəxin bir küncündə yerləşdirə və gündəlik istifadə etdiyiniz ərzaq məhsullarını bu rəflərdə saxlaya bilərsiniz.

Hətta lazım gəlsə, mətbəx şkaflarını tavana qədər də qaldırmaq olar. Şkafın ən üst rəfinə isə daha az istifadə etdiyiniz əşyaları qoya bilərsiniz. Beləlikə, həm yer qazanar, həm də şkafın üstünü “toz basmaqdan” qorumuş olarsınız.

Boş divarları isə açıq rəflərlə doldura bilərsiniz. Yaxşı olar ki, mikrodalğalı sobanı və bəzi mətbəx vasitələrini şkafın üst rəflərinə yerləşdirəsiniz.

Mətbəxi gözəl, səliqəli və təmiz saxlamaqla həm orada yemək hazırlamaqdan, həm də bir yerdə süfrə başına toplaşmaqdan zövq alacaqsınız.
Davamı →

Mətbəxdə gigiyena

mətbəxdə təmizlikMətbəximizdə hər şey təmizliyə xidmət etməlidir. Bunun üçün zədəli qablar, yemək artıqları, çirkli parça qırıqları saxlamayın. Qablar yuyulmazdan əvvəl yemək artıqlarından təmizlənməlidir. Bu mənada qabyuyan maşın, soba və qaz plitələrinin təmizliyi də əsas şərtdir.
Yemək hazırlamağa başlamazdan əvvəl, çiy ət, yaxud toyuq məhsullarına toxunduqdan sonra əllər 20 saniyə fasiləsiz olaraq isti su və sabunla yuyulmalıdır. İstifadə etdiyiniz bez və süngərlər yaxşı təmizlənmədikdə bir neçə saat ərzində üzərlərindəki bakteriyalar artıb çoxalır. Çiy əti doğrayarkən işlətdiyiniz bıçağı təmizləyib, qaynar suda saxlayaraq dezinfeksiya edin.
Mətbəx avadanlıqları və əlüzyuyan isti, sabunlu su ilə yuyulduqdan sonra 1 çay qaşığı xlor əlavə edilmiş su ilə durulanmalıdır. Sintetik, plastik qablardan təkrarən istifadə etməyin, atın. Bəzən ət məhsullarını bişirməzdən əvvəl bakteriyalardan təmizləmək məqsədi ilə yuyurlar. Buna ehtiyac yoxdur, çünki bakteriyalar yalnız 71 dərəcə selsidə məhv olur.
Mətbəxdə işlədilən yaş bezlər mikrob mənbəyinə çevrilməsin deyə, həftədə 1 dəfə paltaryuyan maşında isti su ilə yuyun.
Əlüzyuyanda yığılıb qalmış yemək artıqları nəmli şəraitdə bakteriyaların çoxalmasına səbəb olur: Odur ki, əlüzyuyanı tez-tez xlorlu su ilə yumaq və dezinfeksiya etmək lazımdır.
Ardı →

Mətbəxə qulluq

  • Xörəkləri alüminium qablarda saxlamayın. Soyuducuya qoyduğunuz yeməkləri qapalı qabda saxlasanız, qoxuları bir-birinə qarışmaz.
  • Ətin üzərinə soyuq su töküb qaynatdıqda, ətin qida dəyəri suya keçir. Qaynar suya atdıqda, ətin qida dəyəri ətdə qalır.
  • Qaynatdığınız balığın suyundan şorba bişirə bilərsiniz.
  • Un şorbası bişirərkən unun qoxusunu almaq üçün içinə makaron əlavə edin.
  • Soğanı sirkə ilə yusanız, doğrayarkən gözləriniz yaşarmaz.
  • Sarımsağın qabıqlarını soyuq maye yağın içərisində illərlə saxlamaq mümkündür. Həmin yağdan daha ləzzətli olsun deyə, yemək bişirərkən və salat hazırlayarkən istifadə edə bilərsiniz.
  • Keks və qurabiyələri ağzıqapalı, hava çəkməyən qablarda soyuducuda uzun müddət saxladıqda təzəliyini itirmir.
  • Polad qazançalardan çətin gedən ləkələri təmizləmək üçün, süngərə az miqdarda yumşaldıcı tökərək yaxşıca ovun. Beləliklə, qazançalar əvvəlki parlaqlığına qovuşacaq.
  • Sobadakı pis qoxuların qarşısını almaq üçün yemək bişirməzdən əvvəl qabın yarısını su, yarısını isə sirkə ilə dolduraraq bir neçə dəqiqə sobada isidin.

Davamı →