Şarlotta şirniyyatı

Tərkibi:
  • 5 ədəd alma
  • Darçın
  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan un
  • Vanilin
  • Şəkər kirşanı (pudrası)

Hazırlanması:
  • Əvvəlcə almaları soyun. Sonra hər almanı nazik dilimlərə bölün.
  • Formanın dibini və kənarlarını yağlayın. Əvvəlcə darçın səpin. Sonra alma dilimlərini formaya düzün.
  • İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə qarışdırın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanilin və un əlavə edib, bir az da qarışdırın.
  • Alınan kütləni almaların üzərinə tökün. Qarışdırmayın!
  • Sobanı 180 C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin.
  • Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Piroqu isti və ya soyuq halda yemək olar.

Nuş olsun!
 

0 şərh