Portağal biskvitli, vişnə cemli tort

İsti yay günündə yüngül, yağsız, bol meyvəli tort resepti tam yerinə düşər. 
Bu gün sizə portağal ətirli, vişnə cemli, diyetik bir şirniyyat resepti təqdim edirik.

Biskvit:
  • 3 yumurta
  • 2 x.q tam buğda unu
  • 1 x.q nişasta
  • 1 x.q üyüdülmüş yulaf kəpəyi
  • 50 ml süd
  • 1 x.q zeytun yağı
  • 0.5 paket qabartma tozu
  • vanil
  • 10 ədəd şəkərevezedici
  • portağal qabığının rəndəsi

Krem:
  • 1 st süd
  • 1 x.q nişasta
  • 1 yumurta
  • 2 ədəd fit parad (şəkər əvəzedicisi)

Vişnə cemi:
  • 1 st tumsuz vişnəni blendrden keçiririk, az odda 30 deqiqə bişiririk. Sonda 2 ədəd fit parad əlavə edib 2 deqiqə qarışdırıb götürün.
 
Kremin hazırlanması:
1 st süd,1 x.q dolu nişasta,1 yumurta, 2 ədəd fit parad qarışdırıb qoyuruq bişməyə.
Qatılaşana qədər bişir+vanil. Soyuduqdan sonra 70-75 qram kəsmik və 1 ədəd portağalın qabığının rəndlənmiş formada əlavə edib mikserlə qarışdırırıq.
Soyumuş biskvitin arasını kəsib portağallı kremi biskvitin arasına və bütünlüklə üzərinə çəkirik. Üzərinə də vişnə cemini çəkirik.



Hazırlanması:
yumurtanın ağı və sarısı ayrılır. Ağını beze kimi çalırıq. Sarını şəkərevezedici ilə çalırıq. Ələnmiş un, nişasta, kəpək və qabartma tozu, vanil, portağal qabığı. Qaşıqla qarışdırırıq. Sonra süd və yağı əlavə edib qarışdırırıq. Bezeni qaşıq qaşıq əlavə edib yavaşca qarışdırırıq. Yağlı kağız salınmış qaba töküb 170 dərəcədə əvvəlcədən isidilmiş sobada 25 dəqiqə bişirin.
Soyuduqdan sonra arasını kəsib kremləyin. Daha sonra kənarlarını qara çörəkotuyla bəzəyin. Üzərinə vişnə və ya fərqli giləmeyvələrlə bəzəyə edə bilərsiniz.
 

0 şərh