Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Kulturoloji baxışlar

Mədəniyyətə kulturoloji konteksdə baxışlar aşağıdakı alimlərin olmuşdur.
H.Hesse – intellektual, mənəvi və estetik mədəniyyət, klassik mədəni irs və ziyalıların xüsusi yaradıcı rolunun prioritetlərinə əsaslanan, humanist mədəniyyətin səviyyəsi ilə müəyyən edilən sosial sərvətdir.
A.Toynbi — yaradıcı azlığın fəaliyyəti ilə şərtlənən lokal sivilizasiyaların rəngarəngliyində təzahür olunan, lakin insan təbiətinə xas olan şüur, iradə, xeyir və şəri fərqləndirmək qabiliyyəti və dindarlığın birliyinə malik sosial fenomendir.
Ardı →

Dinin mənşəyi və onun kulturoloji mahiyyəti

Dinin mənşəsi din fəlsəfəsinin ən mühüm mövzularından biridir. Dinin mənşəsi dedikdə nəzərdə nə tutulur? Bu sualın cavabında deməliyik ki, dinin mənşəsi məsələsi iki müxtəlif mənada başa düşülür. Dinin mənşəsi haqqında irəli sürülən fikir və mülahizələrin şərhinə keçməzdən öncə uyğun iki mənanı açıqlayıb, onların bir-birinə münasibətini müəyyənləşdiririk.


Ardı →

Kulturologiya və Sivilizasiya

Antik tarixi konsepsiyalarda mədəni tərəqqi ideyası ana xətt kimi keçirilməsinə baxmayaraq, bu təkamül sırasında sivilizasiyanın formalaşması ilə əlaqədar olan sərhəd dəqiq qeyd olunmurdu. “Sivilizasiya” sözü, “mədəniyyət” sözü kimi, hələ qədim romalılar tərəfindən işlənmşdir. Onlar barbarların bəsit həyat tərzindən üstün olan şəhər həyat tərzini bu terminlə ifadə edirdilər. İ.Kant, O.Şpenqler, A.Toynbi, M.Veber, F.Koneçnı, L.Qumilyov, L.Meçnikaov və digərləri sivilizasiyanın mahiyyətini mədəniyyətdən fərqləndirən əsas cəhətləri göstərmək üçün müxtəlif mülahizələr irəli sürmüşlər.
Ardı →

Azərbaycan mədəniyyəti XX əsrdə

XX əsrdə Azərbaycanda kulturoloji fikrin inkişaf tarixini və onun əsas istiqamətlərini bilmək cəmiyyətimiz üçün olduqca vacib məsələlərindən biridir.XX əsr Azərbaycan kulturoloji fikir tarixi, yüksələn xətlə inkişaf etmişdir. Bunu biz XX əsr Azərbaycan mədəniyyətin inkişaf tarixi ilə tanış olduqda bir daha onun şahidi oluruq. Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin zənginləşməsində XX əsr məhsuldar bir mərhələ kimi özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü Xüsusiyyətləri, tarixi — ictimai şəraiti ilə fərqləndiyindən bütün bunlar istər — istəməz mədəniyyət və incəsənət sahəsində də öz dərin izini buraxmışdır.Baş verən ictimai — tarixi, siyasi dəyişmələr milli mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə də, ümumiyyətlə, inkişaf nöqteyi nəzərindən bu dövrü məhsuldar bir mərhələ kimi səciyyələndirmək olar.


Ardı →

Qədim Roma mədəniyyəti

Roma şəhəri eramızın ilk əsrlərində. Roma Aralıq dənizi sahillərində olan ən böyük şəhər idi. Onu «əbədi qızıl şəhər», ya da sadəcə, «şəhər» adlandırırdılar. Eramızın ilk əsrində burada bir milyon əhali yaşayırdı. Şəhər Tibr çayının hər iki sahilində yerləşirdi. Buraya dağ bulaqlarından 11 kəmərlə öz axarı ilə su gətirilirdi. Sezardan başlayaraq Roma forumu ətrafında abidələr ucaldılır, məbəd və saraylar tikilirdi. Roma imperatorlarının heykəli qoyulurdu. Trayan Dunay qələbələrinin şərəfinə Forumda 40 metr hündürlüyündə sütun ucaltmış, onun üstündə özünün heykəlini qoydurmuşdu.

Romanın ən əzəmətli və gözəl binalarından biri I əsrdə tikilmiş Kolizey (latınca «kolosseus» «böyük», «iri» demək idi) 50 min tamaşaçı tutur, burada qladiator döyüşləri keçirilir və tamaşalar göstərilirdi. Roma şəhərinin ən gözəl memarlıq abidələrindən biri Panteon (bütün allahların məbədi) indiyə kimi qalır. Məbəd kümbəz formasında tikilmişdi. Romada zəfər tağları (triumf) geniş yayılmışdı. Triumf zamanı imperatorlar bu tağların altından keçirdilər. Əvvəllər adi bazar olmuş Forum paytaxtın ən gözəl yerinə çevrilmişdi. Onun yaxınlığında Palatin təpəsi yerləşirdi. Burada imperatorların mərmərdən gözəl sarayları yerləşirdi. İmperatorların saraylarının yaxınlığında quldarların evləri var idi. Onların evlərinin divarları freskalarla bəzədilir, döşəmələri mozaika ilə örtülürdü. Otaqlarda bəzəkli mebellər, həyət və bağlarda gözəl heykəllər qoyulurdu. Varlı romalılara xidmət edən qullar içərisində savadlı həkimlər, müəllimlər, musiqiçilər, rəssamlar var idi. Varlıların alaqapısında it yerinə qul zəncirlənirdi.


Ardı →

Qədim yunan mədəniyyəti

Yunan əfsanələri. Homer. Qədim yunanlar ölkənin keçmişindən bəhs edən çoxlu əfsanələr və mahnılar yaratmışlar. Bu mahnı və əfsanələrdə uydurmalar olsa da, onlar yunanların məşğuliyyəti, əmək alətləri, hansı ölkələrdə olmaları, dini və s. haqqında məlumat verir.
Alimlər əfsanələrdən tarixi mənbə kimi istifadə edirlər. Yunanlar «Dedal və İkar», «Tesey», «Arqonavtlar», «Herakl», «Promotey», «Demetra və Persofena»və s. əfsanələr yaratmışlar. Bu əfsanələrin hər biri yunanların keçmişi, insanları və onların qəhrəmanları haqqında iftixar hissi tərbiyə edirdi.
Yunan əfsanələrindən birinə görə, Troya şahzadəsi Paris ilahə Afroditanın yardımı ilə Sparta padşahının arvadı Yelenanı qaçırır. Padşah bundan qəzəblənir, bütün yunanları müharibəyə çağırır. Yunanların yüzlərlə gəmisi Troyanın yerləşdiyi Kiçik Asiyaya yan alır. Müharibə on il davam edir. Troya müharibəsi e.ə 1200-cü ildə başlanmışdı. Yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaratmışdılar. Kor şair Homer bu əfsanələr əsasında e.ə. VIII əsrdə «İliada» və «Odisseya» epik poemalarını yaratmış, onlar e.ə. VI əsrdə yazıya alınmışdı. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. XI-IX əsrlər Homer dövrü adlanır.


Ardı →

Orta əsrlərdə ərəb mədəniyyəti

Ərəblər işğal etdikləri xalqlardan mədəni cəhətdən aşağı səviyyədə idi. Onlar bu xalqların və hətta işğal etmədikləri xalqların, məsələn, yunanların, romalıların mədəniyyətlərini öyrənib mənimsəyərək öz müstəqil mədəniyyətlərini yaratdılar. Ərəblərin işğal etdikləri ölkələrdən çıxan adamlar Xilafətin idarə olunmasında və İslam mədəniyyətinin yaranmasında iştirak etdilər. Müxtəlif xalqlardan olan alimlər, yazıçılar ərəb dilində yazıb yaradırdılar. Buna səbəb aşağıdakılardır:
1. Ərəb dili xilafətin dövlət dili idi. Dövlət işləri və məhkəmələr ərəb dilində aparılırdı;
2. Ərəb dili islam dininin, «Quran»ın dili idi. Bütün dini ibadətlər, məktəblərdə dərslər ərəb dilində aparılırdı;
3. Yunanıstanın və şərq alimlərinin əsərləri ərəb dilinə tərcümə edilmişdi;
4. Ərəb dilində yazılan əsərlər daha tez və geniş ərazilərdə yayılırdı.
Beləliklə, İslam mədəniyyəti yarandı. Bu mədəniyyətin yaranmasında Xilafətə daxil olan bütün xalqların nümayəndələri iştirak etmişdilər.


Ardı →

Hettlərin mədəniyyəti

Het dövləti Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (ind.Qızıl İrmoq) çayının hövzəsində meydana gəlmişdir. Anadolu dağlıq və aran bölgələrindən ibarətdir. Lakin təsərrüfatın təşkilində bu təbii şəraitin özünəməxsus rolu olmuşdur. Anadolunun qədim əhalisi barədə dəqiq məlumat yoxdur. Vaxtılə bu ərazidə müxtəlif dillərdə danışan etnoslar yaşayırdı. Hetlər haqqında məlumat İncildə XIX əsrin ortalarına qədər mövcud idi. İncilin rus tərcüməsində bu xalq «Het oğulları», «Hetlər» kimi Fələstin və Suriyanın yəhudilərə qədərki millətləri kimi qeydə alınmışdır. Ona görə də, alimlər əslində Fələstin və Suriyanı hetlərin ilkin vətəni kimi göstərirlər.
XIX əsrin sonuncu dövründən başlayaraq Misirin Tel-Əmər arxivindən mixi yazılı mətnlərdən hetlərin yaşayış tərzi haqqında məlumatlar əldə edilmişdir. Bu mətnlərdə Misir fironlarının (xüsusilə, III Amenemxet və IV Amenxotep-Exnaton) Yaxın Şərqin bir çox dövlət başçıları ilə diplomatik yazışmaları (akkad dilində) qeyd edilir.
Davamı →

Mədəniyyətin funksiyaları

Geniş mənada mədəniyyət, yəni onun hər iki təzahür formaları – maddi və mənəvi mədəniyyət məkan və zaman çərçivəsində insanları birləşdirərək dünyanın təkmilləşdirilməsinə doğru yönəldilir. Bu mənada mədəniyyətin ən vacid vəzifəsini insanları vahid bəşəriyyət timsalında birləşdirərək konkret ictimai funksiyaların reallaşdırılmasını təmin etmək təşkil edirdi. Tarixi inkişaf prosesində mədəniyyətin bir sıra funksiyaları formalaşmışdır: ətraf aləmə uyğunlaşma funksiyası; dərketmə funksiyası, informativ funksiya, kommunikativ funksiya, requlyativ funksiya, insan qruplarının inteqrasiyası funksiyası, sosiallaşma funksiyası.
Bu funksiyaların hər birinin qısa şərhə ehtiyacı olduğundan onların hər biri üzərində dayanaq.


Ardı →

Maddi və mənəvi mədəniyyət

Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – maddi və mənəvi istehsalın mövcudluğuna uyğundur. Maddi mədəniyyət insanın maddi-istehsal fəaliyyətinin bütün sahələrini əhatə edir. Buraya əmək vasitələri, yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları aid edilir. Buraya şüurun bütün sahələri – elm, mənəviyyat, tərbiyə v maarif, hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s. aiddir. Həmçinin buraya insanların bir-birilə əlaqəsi, münasibətləri, insanın özünə, təbiətə olan münasibəti dəşamil edilir ki, bu da maddi və mənəvi fəaliyyət prosesində məhsulların istehsalını təmin edir. Qeyd etmək lazımdır ki, mədəni fəaliyyətin iki növü – yaradıcı və reproduktiv növü mövcuddur: birincisi, yeni mədəni dəyərlər hazırlayırsa, ikincisi onları yenidən hazırlayaraq tiracını artırır. Bəzən bu cür fəaliyyət başqasının əqli, hissləri ilə yaradılan sərvətlərin mexaniki təkrarlanmasına yönəldilir. Bəzən və çox hallarda səhvən bunu da mənəvi istehsala aid edirlər. Əslində, bu düzgün deyil, məhz bu amilə görə tarixin və ya ayrı-ayrı ölkələrin dövr və ya mərhələlərin mədəni səviyyəsinin müqayisəsini elmi və ya bədii məhsulların kəmiyyət meyarları ilə deyil, milli özünəməxsusluq və keyfiyyət xüsusiyyətləri ilə müəyyən edirlər.


Ardı →