Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Qədim Hind mədəniyyəti

Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini ehkamlar və təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim dövrlərdə bitkilərə, aya, günəşə və çaya sitayiş edirdi. Hind-İran birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda,suya, əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər.Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı.
Davamı →

İglolarda kimlər yaşar

Ehtimalla artıq kimsə yaşamaz.
«Iglo» (ya da iglu) sözü İnuitçədə (Eskimo dili) «ev» mənasını verər. İgloların çoxu daşdan ya da heyvan dərisindən hazırlanır.  Qardan edilən iglolar, «Thule» xalqının (İnuklərin öncüllərdən) həyat tərzinin bir parçasıydı və orta və şərq Kanadada çox yaxın bir tarixə qədər istifadə edilirdi.

 Yalnız Kanada Eskimoların igloları qardan edirdi.

Bunları Alyaskada heç kimsə bilmirdi. 1920-ci illərdə edilən siyahıyalma nəticəsində Qrenlandiyada yaşayan 14.000 Eskimodan isə yalnız 300-ü qardan edilmişdi. İndiki vaxtda bunlardan çox az qalmışdır.Avropalıların gördüyü ilk iglolar, Martin Frobisher'in 1576-ci ildə Şimal-Qərb Keçidini axtardığı sırada Baffin adasında qarşılaşdıqlarıdır. Frobisher bir Eskimo tərəfindən ombasından vurulunca, adamları bir neçə İnuitu öldürüb, birini əsir aldı və Londona apardı. Bu İnuit burada bir heyvan kimi sərgiləndi.


Ardı →

Dünya mədəniyyətlərində islam

Müasir insan cəmiyyətinin böyük nailiyyətlərinin əksəriyyəti müsəlman kökləri üzərində əldə edilmişdir. Biz hər zaman istəyimizdən asılı olmayaraq, kosmos, riyaziyyat, musiqi, ədəbiyyat, rəngkarlıq, memarlıq və digər mənəvi məsələlərdən xəbər tuturuq. Bütün bunların islam alimlərinin minilliklər boyu çəkdikləri zəhmətin nəticəsində meydana gəldiyini bilirikmi? Onu da bilirikmi ki, bütün sadaladıqlarımız bəşər cəmiyyətinin hərəkətverici qüvvəsi olan mədəniyyətin tərkib hissələridir? Ümumiyyətlə, geniş mənada mədəniyyət dedikdə incəsənət (təsviri sənət, rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və s), memarlıq, ədəbiyyat (dramaturgiya, poeziya, nəsr), musiqi, teatr, bədii qiraət, kinematoqrafiya, xoreoqrafiya, fotoqrafiya, etiqad, din, mifologiya, elm (fəlsəfə, təbiət elmləri, humanitar elmlər, sosial elmlər, texnika elmləri, riyaziyyat, tibb), muzeylər, etiket, ünsiyyət, kütləvi informasiya vasitələri (nəşriyyat, radio, televiziya, internet), əyləncə (gülüş, yumor, oyunlar), texnika, kulinariya və idman nəzərdə tutulur.
Davamı →

L.A.Uaytın Kulturologinanın inkişafında rolu

Kulturologiyanın müstəqil elm kimi formalaşması XX əsrin ortalarında  başlamışdır. Ondan əvvəl,  insan və insan dünyasını  tədqiq edən və kulturologiyanın  ilkin nailiyyəti olan — antropologiya,  XIX əsrin axırlarında isə sosiumun öyrənilməsi nəticəsində, sosiologiya mövcud olmuşdur. Buna, məkan və zaman daxilində özünəməxsus inkişaf və fəaliyyət qanunauyğunluqları olan, insan mədəniyyətinin bütöv sistemi haqqındakı  təsəvvürlər də yardım etmişdir.
Ardı →

Qloballaşma şəraitində mədəniyyətə elmi baxış

XXI əsrin əvvələrində qloballaşma nəzəri mübahisə və siyasi diskussiyalar predmeti olmaqla yanaşı, artıq sosial-mədəni reallığa çevrildi. Bu gün qloballaşan mədəni məkanın səjiyyəvi xüsusiyyətləri kimi aşağıdakı amilləri göstərmək olar:
• iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin sərhədlərinin genişlənməsi prosesinin intensifikasiyası;
• soyuq müharibədən sonra yeni tarixi mərhələnin başlanğıjı;
• dünya iqtisadiyyatının transformasiyası;
• qeyri-liberal iqdisadi proqramların siyasi demokratizasiya proqramlarılə əlaqələndirməsi nətijəsində amerikan dəyər sisteminin üstünlük təşkil etməsi;
• ortodoksal(bir məsləkin sabitliyi və ardıcıllığı) ideologiya;
Ardı →

Mədəniyyətdə millilik və beynəlmiləlçilik

Mədəniyyətin inkişafı cəmiyyətin obyektiv qanunlarına əsaslanır. Bu baxımdan mədəniyyət spesifik, xüsusi və ümumi qanunlar əsasında inkişaf edir. Spesifik qanunlar yalnız cəmiyyətin müəyyən mərhələsində mövcud olan mədəniyyətdə, xüsusi qanunlar məzmun baxımından yaxın olan mədəniyyət tiplərində, ümumi qanunlar isə bəşər mədəniyyətinin inkişafı prosesində fəaliyyət göstərir. Qeyd etdiyimiz qanunlar öz inkişafında bir-biri ilə vəhdət təşkil edir. Qanunların belə vəhdəti müxtəlif tipli mədəniyyətlər arasında da əlaqəyə səbəb olur. Nəticədə mədəniyyətin inkişafında təkcə, xüsusi və ümuminin əlaqəsi meydana çıxır. Bu nöqteyinəzərdən mədəniyyətin milli xüsusiyyətlərinin və beynəlmiləl xarakterinin öyrənilməsi müəyyən mənada xüsusinin ümumiyə, ümuminin isə xüsusiyə münasibətindən, nisbət və vəhdətindən asılıdır.
Ardı →

Mədəniyyət anlayışı və ona tarixi yanaşma

Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin — antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir.
Ardı →

Qədim Midiya mədəniyyyəti

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi müasir İranın mərkəzi hissəsində yaranmışdı. Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid mixi yazılı qaynaqlarda verilir.
Midiya sənətkarları — dulusçular, toxucular, dəmirçilər əmək alətləri, parça, xalça, silah, bəzək əşyaları, məişət əşyaları və s. hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir.
Ardı →

İbtidai dövrün mədəniyyəti

Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir. Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir.
Ardı →

Kulturologiya elmi və onun tarixi kökləri

Kulturologiya (lat. cultura, yun ) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elmdir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Ardı →