Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Mədəniyyət və təbiət

Mədəniyyətin zaman və məkan çərçivəsində mövcudluğu haqqında söhbət açarkən hələ antik dövrlərdə coğrafi determinizmin geniş yaydığı ideyalarla – yəni təbiət amillərinin ayrı-ayrı sivilizasiyaların təşəkkülünə, inkişafına təsiretmə müddəaları haqqında fikirlə tanışıq. Başqa sözlə desək, bəşər mədəniyyətinin «vəhşi», «ram edilməyən» təbiətə təsiri haqqında əks təsiri də məlumdur.
Marks və Engelsin fəlsəfəsində qeyd edilir ki, kortəbii şəkildə inkişaf edən mədəniyyət əgər şüurlu qaydada təkmilləşmirsə, özündən sonra boşluq yaradır. Onların fikirincə insanın təbiət üzərindəki hər bir qələbəsi, həm də onun sivilizasiyaya etdiyi ziyanla eyni olur.
Z.Freyd təbiətin insanlara yönəldilmişəzəmətli, qorxunc gücünə qarşı qüvvələri bir yerə toplayaraq ona qarşı mübarizəsini vacib məsələlərdən biri hesab edirdi. Məhz bunu nəzərə alaraq görkəmli alim yazırdı: «Mədəniyyətin başlıca vəzifəsi, onun həqiqi əsası – bizi təbiətdən qorumaqdır.»


Ardı →

Mədəniyyətin tədqiqində müxtəlif məktəb və nəzəriyyələr

İki əsrə qədər tarixi olan kulturologiyanın humanitar bilik sahəsi kimi formalaşmasında nəzəri konsepsiyaların böyük rolu olmuşdur. Bu kulturoloji nəzəri məktəblər mədəniyyət nəzəriyyəsinin bir elm kimi formalaşması, habelə təkmilləşməsində əhəmiyyətli yer tutmuşdur. Mədəniyyətin tədqiqində klassik kulturoloji məktəb və nəzəriyyələr kulturologiyanın nəzəri bünövrəsini təşkil edir. Nümunəvi əhəmiyyət kəsb edən bu klassik konsepsiyalardan İ.Q.Gerder, N.Y.Danilevski, O.Şpenqler, Z.Freyd, P.Sorokin, A.Toynbinin nəzəriyyə və məktəblərinin adları mütləq sadalanmalıdır. Həm forma, həm də məzmun keyfiyyətlərinə görə bu nəzəriyyəçilərin kulturoloji təlimləri böyük əhəmiyyət kəsb edir.
Alman filosofu İohann Qotfrid Gerder (1744-1803) Keniqsberq Universitetinin ilahiyyat fakültəsində təhsil alarkən İ.Kantın mühazirələrini dinləmiş və öz dövründə həyata şəxsi mütərəqqi baxışı ilə fərqlənmişdir. Onun fikirincə, insan təkamülün sonuncu məhsuludur. İnsanı digər canlılardan fərqləndirən də məhz mədəniyyətdir.


Ardı →

Mədəniyyət və sivilizasiya

Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis» sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt «inkişaf», «tərəqqi» mənalarında işlədirik. Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə, sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda süqutun başlanğıcıdır. Bunu sübut etmək üçün tarixi mərhələlərin bir-birini əvəz edərək süqutlarının nümunəsi kifayətdir.


Ardı →

Mədəniyyətin gender aspektləri

Mədəniyyətin gender təhlilində, genderin mədəni quruluşunda kişi və qadın təfəkkür üslubları, maskulin və femin dərketmə paradiqmaları münasibətlərini öyrənmək ayrıca bir əhəmiyət daşıyır. Androsentist bir cəmiyyətdə uzun müddət qadında məntiqi təfəkkür qabiliyyəti olmamasına dair təsəvvür formalaşmışdır. Bu imtiyaz isə kişiyə verilmişdi. Ancaq araşdırmalar artıq bu təsəvvürün əleyhinə nəticələr göstərir. Kişi məntiqinin hökm sürdüyü cəmiyyətdə qadın kişi təfəkkürü qaydalarını qəbul edərək sosiallaşır, o cümlədən, gender rolu və stereotiplərini mənimsəyir. Belə bir şəraitdə, daha doğrusu, maksulin məntiqin hökm sürdüyü dövrlərdə formalaşan dünyadərki gender asimmetriyasını təsbit edir. Kişi və qadın təfəkkür üslubları, dərketmə paradiqmaları münasibətini öyrənmək baxımından da bədii ədəbiyyat çox dəyərli vasitə və qaynaqdır.


Ardı →

Mədəniyyətdə mentalitet problemi

Kulturologiya ilə bağlı mənbələrdə «mentalitet», «mentallıq» sözlərinə indiki dövrdə çox tez-tez rast gəlinir. Demək olar ki, bu, son on il ərzində dilimizə nüfuz edən ən populyar anlayışlardan birinə çevrilib. Mentallığın tarixi mənşəyi, onun ayrı-ayrı millət və xalqlara xas olma xüsusiyyətlərindən də danışılır. Bu sözün mənşəyi latın dilində «əql, düşüncə tərzi, mənəvi tərz» mənalarını verir. Bir sözlə, mentallıq, mentalitet – insan birliklərinin, mədəni ənənələrin vəhdətini möhkəmləndirən ruhi, mənəvi vərdiş, bacarıqlar, inam və fikirlər toplusudur, — desək, yanılmarıq.
İnsanların təfəkkürü haqqında danışılarkən antropoloji və ya mədəni ştrixlər nəzərə alınır. Mentallıq fərdi və kollektiv şüurun spesifik səviyyələri ilə səciyyələndirilir. Bu səciyyəsinə görə, mentallıq təfəkkürün özünəməxsus tipidir. Hər hansı bir konkret ictimai və ya şəxsi hadisəyə fərdi münasibətə əvvəlki sosial təcrübə, sağlam düşüncə, maraqlar, emosional təəssürat da təsir göstərir. Bunun ardınca qeyd etmək olar ki, mentallıq insanın özündən çox-çox əvvəllərdən mövcud olan təbii və sosial komponentlərin ümumiliyidir.


Ardı →

Mədəniyyətin qorunması və müdafiəsi

Mədəni irsin mənimsənilməsi prosesi müəyyən xüsusiyyətlərə malikdir. Mədəni irsin rol və əhəmiyyətinin dəyərləndirilməsinin müasir tendensiyası onları təkcə olduqları formada, ilkin vəziyyətlərində saxlamaq, qorumaq deyil, həmçinin müasir həyatda onlardan istifadə etməyi bacarmaq təşkil edir.
Mədəni irs müasir mədəni hadisələrin funksiyalarını özündə cəmləşdirir. Bütün bunlarla yanaşı mədəni irs, bədii dəyərlər köhnəlmə və deformasiyaya məruz qalır. Bu məruzqalma prosesinin ən əlverişli məqamlarından biri mədəni irsin qorunması və müdafiəsinin təminidir. Bütün cəmiyyətlərdə bu prosesə diqqətlə yanaşılır. Bütün başqa ölkələrdə olduğu kimi Azərbaycanda da mədəni irsin qorunması beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə, əməkdaşlıq nəticəsində həyata keçirilir. Belə ki, 1972-ci ilə Yuneskonun tərkibindəki ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya (1972-ci il) və Tarixi ansamblların qorunması üzrə tövsiyələr (1976) hazırlandı. Konvensiyanın əsas nəticəsi beynəlxalq mədəni əməkdaşlıq sisteminin yaradılması oldu.


Ardı →

Estetik mədəniyyətin inkişafında bədii irsin rolu

Estetik mədəniyyətin insanın maddi və mənəvi fəaliyyəti ilə əlaqədə təhlili həm müasir fəlsəfədə, həm də kulturoloji ədəbiyyatda genişəksini tapmışdır. Doğrudur, bir sıra tədqiqatçılar bu əlaqənin konkret izahında müxtəlif mülahizələrlə çıxış edirlər. Həmin mülahizələrdən ən populyar olanı estetik mədəniyyəti insani fəaliyyətinin xüsusilə onun ədəbi-bədii fəaliyyətinin nəticəsi hesab edən mülahizələrdir. Doğrudan da çox vaxt ümumiyyətlə, mədəniyyətə tərif verərkən ona daxil olan fəaliyyət növlərini (maddi, mənəvi, elmi, ictimai-siyasi, bədii, ekoloji və s.) sadəcə olaraq sadalamaqla kifayətlənirdilər. Ancaq son dövrlərin fəlsəfi kulturoloji ədəbiyyatında belə bir konsepsiya da geniş yayılmışdır ki, mədəniyyətə təkcə insan fəaliyyətinin nəticələri deyil, həm də həmin fəaliyyətin özü daxildir.
Cəmiyyətin insanların fəaliyyəti sayəsində yaradılmış predmetlər aləmi (maddi və mənəvi sərvət) mədəniyyətin varlığının ancaq zahiri formasını təşkil edir.


Ardı →

Milli müəyyənlik və estetik mədəniyyət

Keçmiş SSRİ xalqlarının siyasi müstəqillik əldə etməsi ilə əlaqədar milli şüurununun oyanması müasir dövrün ən əlamətdar hadisəsi hesab olunur. Həmin tarixi hadisə strateji cəhətdən sosial- iqtisadi, intellektual, mədəni həyat və dövlət idarəçiliyinin bütün sahələrində dərin demokratik dəyişikliklərlə müşayiət olunmuşdur. Əslində bu hadisə öz mahiyyətinə görə bir tərəfdən xalqın varlığının bütün həyat sahələrində tarixən keçici olmayan təkrarsız milliliyin intibahına, digər tərəfdən (təkrarsız fərdiliyin aşkarlanması ilə) xalqlar arasında inteqrativ proseslərin inkişafına şərait yaratmışdır. Burada söhbət millətin tarixin subyekti və dünya sivilizasiyasına mühüm töhvəsini verən müstəqil yaradıcı qüvvə kimi ağıllı özünütəsdiqinin yolları haqqında gedir. Haqqında danışdığımız meyllər mövcud mənəvi dəyərlərin yenidən qiymətləndirilməsini zəruri etmişdir. Lakin onu da qeyd etmək lazımdır ki, hazırda dəyərlərin qiymətləndirilməsi heç də həmişə ağıllı kriteriyalara müvafiq gəlmir və burada çox vaxt dramatik- faciəvi, kortəbii- anarxist özbaşınalıq prinsipləri hökm sürür. Bu baxımdan bütöv regionları əhatə edən qarşıdurma, xalqlar arasında hələ də davam edən müharibə qətiyyən heç bir məntiqə sığmır.


Ardı →

Estetik mədəniyyətin tarixi və kulturoloji aspektləri

Qloballaşma şəraitində etsteik mədəniyyət getdikcə daha böyük əhəmiyyət kəsb edir. Estetikmədəniyyətin spesifikası və funksiyası onun subyektin dünyaya münasibətinin azad özünüifadə etməsi sahəsi ilə bağlıdır. Deməli, estetik mədəniyyət insanın hər bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq və tətbiq etmək və beləliklə dəşeyin bütövlükdə bütün dünyaya nəzərən spesifik dəyərini aşkara çıxarmaq qabiliyyətində təzahür edir.
Estetik mədəniyyət estetik düşüncələrin məhsuludur. Estetik düşüncə təkcə maddi baza əsasında yox, həm də icma kollektivlərinin mənəvi həyatı əsasında yaranır. Bir sözlə, estetik düşüncə bu və ya digər formasiyada ictimai həyatın ən yüksək mənəvi forması kimi çıxış edir və həm də bu həyatın məzmununu bütövlüyü ilə ifadə edir. Məhz buna görə də estetik mədəniyyətdə ictimai, siyasi, əxlaqi və dini görüşlər, təbiətin dərki, ətraf mühitə münasibət kimi çoxcəhətli mənəvi keyfiyyətlər birləşir. Deməli, estetik mədəniyyət insan və dünya, insan və insan və nəhayət insan və cəmiyyət arasınadkı köklü münasibətləri birləşdirən mənəvi inkişafın zərurətindən doğan ictimai şüur formasıdır.


Ardı →

Mənəvi mədəniyyətin tərkib hissələri

Mənəvi dəyər əqli və bədii fəaliyyətin növləri ilə təzahür edir. Sözsüz ki, hər yaradıcılıq nümunəsini mənəvi dəyər kimi qiymətləndirmək düzgün olmazdı. Burada əsas meyar mədəni məhsulun ictimai əhəmiyyəti ilə ölçülür. Məsələn, adi qabiliyyətsiz rəssam tərəfindən təsvir olunan tablo və ya rəsmi sənət əsəri hesab etmək düzgün deyil. Ona görə də mədəniyyət xəzinəsinin mənəvi dəyərləri aşağıdakı əlamətlərə görə özünün məzmununa və vüsətinə görə müəyyən olunur.
Məzmununa görə mənəvi dəyərlər üç əsas sahəyə ayrılır: 1)elm; 2)mənəviyyat, əxlaq; 3)incəsənət.


Ardı →