Oğlanlar və qızlar

Amandanın 18 yaşı olanda onun valideynləri qərara gəldilər ki, ad gününü restoranda qeyd etsinlər. Məclisə 200-dən çox adam gəlmişdi. Amandanın ad gününə gələn yaşlı xanım  səhnənin ortasında oynayan qızlara və oğlanlara baxırdı. Yaşlı xanım yanında oturan şəxsə deyir:
— Mən cavan olanda məclis fərqli olardı. Asanlıqla bilmək olardı ki, kim qızdır, kim oğlan. Amma indi qızları və oğlanları ayırmaq çətindir.
Yanında oturan şəxs heç nə demir. Yaşlı xanım davam edir,
— Nə vaxt ki, mən cavan idim oğlanlar şalvar, qızlar isə don geyinərdilər. Amma indiki qızlar şalvar geyinirlər. Baxın o qıza, oğlan  cins şalvarı geyinib.
Yenə yanında oturan şəxs ona heç nə demir. Qadın davam edir,
— Mən cavan olanda qızların uzun, oğlanların isə qısa saçları olardı. Buna görə də kimin qız, kimin oğlan olduğunu asanlıqla demək olardı. İndi qızlar saçları qısa kəsirlər. Baxın bir o qıza, oğlan saç düzümü edib.
Yanındakı şəxs heç nə demir. Yaşlı xanım yanındakı şəxsə sual verir:
— Sizcə o oğlandır, yoxsa qız? Ayırmaq çətindir, elə deyilmi?
Yanında oturan şəxs deyir:
— Yox, çətin deyil. Mən onu asanlıqla ayıra bilirəm, çünki o mənim qızımdır.
Yaşlı xanım pərt olur və deyir:
— Bağışlayın, mən bilmədim siz onun atasısınız.
Yanında oturan şəxs ona deyir:
— Mən onun atası deyiləm, anasıyam.

Məhz sizin gülüşünüz üçün tərcümə etdim. :-)

Mənbə: ENGLISH student`s book.
 

13 şərh

bahar

Allah da sizi güldürsün.


Təşəkkürlər

Ferbara
:))
Bəli, vaxt vardı. :)
Xrizoberil
təşəkkürlər, maraqlı idi. bir xeylidə güldüm… )))
yravil
Əlaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Shabnam_Ilham
Çox gülməli idi… Nə qədər güldüm ee, Allah sizi güldürsün :)
Nailə_Qasarayeva

Hər birinizə minnətdaram.

Bakılı
bunu da mən yazım,yersiz olsada.

-Qız: Əzizim hardasan?
-Oğlan: Qardaşım təzə BMW X6 alıb şəhəri gəzirik. Bəs sən hardasan?
-Qız: Avtobusda səndən 2 sıra arxada oturmuşam :)))
Shabnam_Ilham
Bu da super idi… :)))))
SKultet
Maraqlı söhbətdi.
Rene
Super idi, çox sağ ol ))))))))