Ay üzü xallı ceyran

Ay üzü xallı ceyran,
Ləbləri ballı ceyran,
Vermərəm öz xalımı,
Gəlsə yüz əli ceyran.

Nəqərat:
Ceyran, ceyran, ceyran,
Sevgilimsən sən, yarım,
Həyatım, vəfadarım.

Əzizinəm, bir birçək,
Qara zülfün bir-bir çək,
Məni isə candan eylər
Bir xal, bir göz, bir birçək.

Aşiqəm, yar arxalı,
Döşənmiş yar arxalıq,
Qəddinə baxdı zülfü,
Üzünə yar arxalı.
 
 
 

0 şərh